QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 7

Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.0. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində aşağıdakı əsas anlayışlardan istifadə olunur:

7.0.1. cinayət hadisəsi — cinayətin əlamətlərini özündə əks etdirən hadisədir;

7.0.2. ərizəçi — özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanlara və ya məhkəməyə müraciət edən şəxsdir;

7.0.3. cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur;

7.0.4. cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir;

7.0.5. cinayət prosesini həyata keçirən orqanlar — icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir;

7.0.6. cinayət işi — törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusudur;

7.0.7. cinayət təqibi ilə bağlı digər materiallar — məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət və ya xüsusi icraat üzrə cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar toplanmış materiallardır;

7.0.8. Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları … t və ya xüsusi ittiham qaydasında şikayət və ya xüsusi icraat üzrə cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar toplanmış materiallardır;

7.0.8. cinayət mühakimə icraatı — bu Məcəllədə nəzərdə tutulmuş qaydada məhkəməyədək, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır; 7.0.8-1. cinayət təqibi üzrə qiyabi icraat – məhkəmə tərəfindən qəbul edilmiş cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar əsasında təqsirləndirilən şəxsin iştirakı olmadan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır;

7.0.9. məhkəmə — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ədalət mühakiməsini həyata keçirmək məqsədi ilə yaradılan, bu Məcəllə ilə müəyyən edilmiş qaydada birinci, apellyasiya və kassasiya instansiyası qismində cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara baxan məhkəmədir;

7.0.10. birinci instansiya məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.11. apellyasiya instansiyası məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə, habelə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digə Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları … qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə, habelə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.12. kassasiya instansiyası məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.13. hakim — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin vəzifəyə təyin edilmiş şəxsdir (məhkəmənin sədri, onun müavini, kollegiya sədri və ya birinci, apellyasiya, yaxud kassasiya instansiyası məhkəməsinin hakimi);

7.0.14. məhkəmə iclasında sədrlik edən — cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına, bir neçə hakimdən ibarət tərkibdə baxılarkən məhkəmə iclasında sədrlik edən hakimdir;

7.0.18. cinayət prosesinin iştirakçıları — təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidir;

7.0.19. cinayət prosesinin tərəfləri — çəkişmə və hüquq Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları … hüquqi şəxsin nümayəndəsi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidir;

7.0.19. cinayət prosesinin tərəfləri — çəkişmə və hüquq bərabərliyi əsasında cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən cinayət prosesinin iştirakçılarıdır;

7.0.20. ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir;

7.0.21. ittiham tərəfi — birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır;

7.0.22. ibtidai araşdırma — cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır;

7.0.23. prokuror — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir;

7.0.24. müstəntiq — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan şəxsdir;

7.0.25. təhqiqatçı — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət təqibi üzrə təhqiqat aparan şəxsdir;

7.0.26. xüsusi ittihamçı — bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir;

7.0.27. müdafiə — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın tə Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları … dən zərər çəkmiş şəxsdir;

7.0.27. müdafiə — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir;

7.0.28. müdafiə tərəfi — birlikdə götürülmüş şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, onun müdafiəçisi və mülki cavabdehdir;

7.0.29. cinayət prosesində iştirak edən digər şəxslər — hal şahidi, şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi və tərcüməçidir;

7.0.30. zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndələri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil edən valideynlәr, övladlığa götürənlər, qəyyumlar, himayəçilər, habelə qəyyumluq və ya himayəçilik orqanıdır;

7.0.31. zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi — cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil, həmçinin zərər çəkmiş fiziki şəxsin, yaxud mülki iddi Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları … qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil, həmçinin zərər çəkmiş fiziki şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan fiziki şəxsin yaxın qohumu, habelə zərər çəkmiş hüquqi şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan hüquqi şəxsin qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləridir; 7.0.31-1. barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi – hüquqi şəxsin maraqlarını təmsil edən, səlahiyyətləri qanunla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilən hüquqi şəxsin təsisçisi, rəhbəri və ya digər vəzifəli şəxsidir;

7.0.32. yaxın qohumlar — babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir;

7.0.33. qohumlar — babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır; 7.0.33-1. yetkinlik yaşına çatmayan şəxs (uşaq) – 18 yaşına çatmayan şəxsdir; 7.0.33-2. cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2-1.1, 149.3.3, 150.2-1.1, 150.3.3, 152, Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları … insi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2-1.1, 149.3.3, 150.2-1.1, 150.3.3, 152, 153, 171, 171-1-ci və 171-2-ci maddələrində göstərilən cinayətlərdən zərərçəkmiş və cinayətin törədilməsi anınadək yetkinlik yaşına çatmamış şəxsdir;

7.0.34. yaşayış yeri — bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir);

7.0.35. gecə vaxtı — yerli vaxtla axşam saat 22-dən səhər saat 7-dək olan vaxt müddətidir;

7.0.36. zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır;

7.0.37. prosessual hərəkətlər — cinayət prosesi iştirakçılarının bu Məcəllədə nəzərdə tutulmuş və onun müddəalarına uyğun həyata keçirdikləri hərəkətlərdir;

7.0.38. qətimkan tədbiri — bu Məcəllədə nəzərdə Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları … kçılarının bu Məcəllədə nəzərdə tutulmuş və onun müddəalarına uyğun həyata keçirdikləri hərəkətlərdir;

7.0.38. qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir; 7.0.38-1. həbs yerləri – tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtlarıdır;

7.0.39. tutulma — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır;

7.0.40. həbs — qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır;

7.0.41. vəsatət — cinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən orqana ünvanlanmış xahişidir;

7.0.42. izahat — cinayət prosesi iştirakçılarının və ya ərizəçilərin özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlillərdir;

7.0.43. prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları … rdir;

7.0.43. prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır;

7.0.45. məhkəmənin hökmü — şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır;

7.0.46. protest — dövlət ittihamçısının iştirak etdiyi cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hökmdən və ya məhkəmənin digər qərarından prokurorun yuxarı məhkəməyə verilən şikayətidir;

7.0.47. şikayət — prosessual hərəkətlərin və ya prosessual qərarların qanunsuz, yaxud əsassız olduğu barədə cinayət prosesini həyata keçirən orqana ünvanlanmış yazılı müraciətdir;

7.0.48. prosessual sənədlər – ərizə, şikayət, protest, vəsatət, etiraz, bildiriş, çağırış vərəqəsi, rəy, ekspert rəyi, qərar, hökm və bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada məhkəmə və ya cinayət prosesinin iştirakçıları tərəfindən tərtib edilən digər sənədlər;

7.0.49. informasiya və kommunikasiya texnologiyaları sistemi (bundan sonra – İKT sistemi) – proqram təminatı əsasında elektron verilənləri toplayan, saxlayan və avtomatik emal edən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupudur;

7.0.50. Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları … tron verilənləri toplayan, saxlayan və avtomatik emal edən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupudur;

7.0.50. elektron verilənlər – faktların, məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlı formada olan hər hansı təsviri, o cümlədən İKT sisteminin müəyyən funksiya yerinə yetirməsini təmin edən proqramdır;

7.0.51. xidmət provayderi – göstərdiyi xidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiya imkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və ya xidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və ya saxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu), hüquqi və ya fiziki şəxsdir;

7.0.52. trafik verilənləri – kommunikasiyanın mənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü, müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinin tərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKT sistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olan hər hansı elektron veriləndir;

7.0.53. abunəçi məlumatları – trafik və ya məzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiya xidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri və xidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşması əsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafi ünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödəniş məlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlər haqqında hər hansı məlumatları m Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları … fon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödəniş məlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlər haqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmət provayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmət provayderində saxlanılan istənilən məlumatlardır;

7.0.54. məzmun verilənləri – abunəçi məlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər, mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar da daxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyəti ilə əlaqəli hər hansı elektron verilənlərdir. II fəsil Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver