QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 73

Maddə 73. Azərbaycan Respublikası Ali Məhkəməsinin aidiyyəti

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

73.1. Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə kassasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

73.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökmlərdən və digər qərarlardan verilmiş kassasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır.

73.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında kassasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarlardan Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatları, Azərbaycan Respublikası Baş prokurorunun protestləri, müdafiə tərəfinin şikayətləri əsasında və hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver