QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 99

Maddə 99. Tərcüməçi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

99.1. Tərcüməçi cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında icraatın materiallarını, habelə məhkəmə iclasının gedişi, istintaq və ya digər prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Tərcüməçi cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər.

99.2. Tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili sərbəst bilməklə yanaşı, tərcümə olunan dili də sərbəst bilməlidir. Hakim, prokuror, müstəntiq, təhqiqatçı, müdafiəçi, nümayəndə və prosesin digər iştirakçıları, hal şahidləri, məhkəmə iclasının katibi, ekspert və şahid tərcümə edilən dilləri bilsə də, üzərinə tərcüməçi vəzifəsini götürməməlidirlər.

99.3. Məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) köməyindən istifadə etdiyi hallarda, həmin ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu Məcəllənin məqsədləri üçün tərcüməçi hesab olunurlar.

99.4. Tərcüməçi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

99.4.1. tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;

99.4.2. cinayət prosesini həyata keçirən orqana tərcümə edilən dilləri bilməsini təsdiq edən sənəd təqdim etmək; cinayət prosesini həyata keçirən orqanın, həmçinin məhkəmə iclasında cinayət Maddə 99. Tərcüməçi … orqana tərcümə edilən dilləri bilməsini təsdiq edən sənəd təqdim etmək; cinayət prosesini həyata keçirən orqanın, həmçinin məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə tərcüməni tam və düzgün yerinə yetirməsi qabiliyyətini düzgün qiymətləndirmək;

99.4.3. cinayət prosesini həyata keçirən orqanın, habelə məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə öz peşə təcrübəsi haqqında və müvafiq cinayət prosesində iştirak edən şəxslərlə münasibəti haqqında məlumat vermək;

99.4.4. tərcüməni təmin etmək üçün zəruri olan bütün müddətdə istintaq və ya digər prosessual hərəkətlər aparılan yerdə və məhkəmə iclası zalında olmaq, bu hərəkətlərin aparıldığı yeri onları həyata keçirən şəxsin, məhkəmənin iclas zalını isə məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək;

99.4.5. tərcüməni tam, düzgün və vaxtında həyata keçirmək;

99.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

99.4.7. məhkəmə iclasında qaydaya riayət etmək;

99.4.8. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolunda tərcümənin tam və düzgün qeyd olunmasını və cinayət prosesində iştirak edən şəxslərə təqdim olunan sənədlərdə tərcümənin düzgünlüyünü imzası ilə təsdiq etmək;

99.4.9. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərə və bu zaman aşkar edilmiş hallara dair məlumatları, habelə şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, Maddə 99. Tərcüməçi … ş istintaq və ya digər prosessual hərəkətlərə və bu zaman aşkar edilmiş hallara dair məlumatları, habelə şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

99.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

99.5. Tərcüməçinin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

99.6. Tərcüməçi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

99.6.1. tərcüməni dəqiqləşdirmək məqsədi ilə tərcümə zamanı iştirak edənlərə suallar vermək;

99.6.2. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə, həmçinin məhkəmə iclası protokolunun və ona əlavə edilmiş audioyazının müvafiq hissəsi ilə tanış olmaq, tərcümənin tam və düzgün yazılmasına dair protokola daxil edilməli qeydlər vermək;

99.6.3. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

99.6.4. yerinə yetirdiyi işə görə haqq almaq;

99.6.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. XI fəsil Nümayəndələr və hüquq varisləri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver