“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutaraq, Kollegiya
1. “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Təlimatın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən öyrənilməsi və xidməti fəaliyyətdə rəhbər tutulması təmin olunsun.
3. “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş, habelə dövlət daktiloskopik qeydiyyatından keçən şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2017-ci il 16 fevral tarixli Q9-001-17 nömrəli qərarının (2018-ci il 20 aprel tarixli Q24-001-18 nömrəli qərarla edilmiş dəyişikliklərlə) 1-ci, 3-cü və 4-cü hissələri ləğv edilsin.
4. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
5. Qərar respublika daxili işlər orqanlarında elan olunsun.
1.1. Bu Təlimat mərkəzləşdirilmiş əməliyyat-sorğu uçotlarının (bundan sonra - uçotlar) aparılması, formalaşması və onlara dair məlumatların verilməsi qaydalarını müəyyən edir.
1.2. Bu fəaliyyətin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual Məcəllələri, “Polis haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Dövlət sirri haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanunları təşkil edir.
1.3. Mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi - cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən formalaşması, şəxsin məhkumluğunun olub-olmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir.
1.4. Mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir.
1.5. Mərkəzləşdirilmiş uçot - uçotun obyektləri barədə məlumatlar əsasında formalaşan kartotekalarda əks olunmasıdır:
1.5.1. Əməliyyat-sorğu kartotekaları uçot obyektləri barədə tərtib olunmuş sənədlər əsasında Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində (bundan sonra - DİN BƏSİİ) aparılır.
2.1. Mərkəzləşdirilmiş uçotlar soyad üzrə uçotlardan ibarətdir.
2.2. Uçotun obyektləri aşağıdakılardır:
2.2.1. Azərbaycan Respublikasında cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, axtarışı elan olunmuş şəxslər;
2.2.2. başqa dövlətlərdə cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, axtarışı elan olunmuş Azərbaycan Respublikası vətəndaşları (daxil olmuş məlumatlara əsasən);
2.2.3. amnistiya aktının tətbiq edilməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmiş və ya cinayət işinin icraatına xitam verilmiş, habelə sonradan əfv olunmuş şəxslər;
2.2.4. Cinayət-Prosessual Məcəlləsi (bundan sonra - CPM) və Cinayət Məcəlləsi (bundan sonra - CM) ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad edilmiş şəxslər;
2.2.5. bəraətverici əsaslarla və ya belə əsaslar olmadan barələrindəki cinayət təqibinə xitam verilmiş, habelə bəraət almış şəxslər;
2.2.6. 1920-1950-ci illərdə repressiyaya məruz qalmış və sonradan hüquqları bərpa edilmiş şəxslər;
2.2.7. inzibati qaydada həbs edilmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
2.2.8. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
2.2.9. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
3.1. Əməliyyat-sorğu uçotunun aparılmasının əsasları hüquq-mühafizə orqanları və məhkəmələrin prosessual qərarları haqqında aşağıdakı məlumatlardır:
3.1.1. şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi;
3.1.2. şəxsin şübhəli şəxs qismində tutulması;
3.1.3. şəxsin həbs edilməsi;
3.1.4. şəxsin axtarışının elan edilməsi;
3.1.5. şəxsin məhkum olunması;
3.1.6. şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi;
3.1.7. bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi;
3.1.8. şəxsə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi;
3.1.9. şəxsin inzibati qaydada həbs edilməsi;
3.1.10. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması.
4.1. Əməliyyat-sorğu katotekaları aşağıdakı uçot sənədləri və məlumatlara əsasən formalaşır:
4.1.1. soyad kartı (1 nömrəli əlavə);
4.1.2. məhkum (həbs) olunmuş şəxs barədə bildiriş (2 nömrəli əlavə);
4.1.3. əfv barədə xəbərnamə (3 nömrəli əlavə);
4.1.4. məhkəmə hökmü ilə təyin olunmuş cəzaların icrasına dair icra orqanlarının məlumatı (4 nömrəli əlavə);
4.1.5. daxil olmuş həbs (məhkum) olunmuş şəxslərin nəzarət siyahısı (5 nömrəli əlavə);
4.1.6. cinayət işinə və ya cinayət təqibinə xitam verilməsi barədə xəbərnamə (6 nömrəli əlavə).
5.1. Uçot sənədləri və onlara dair məlumatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Daxili İşlər, Müdafiə, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təhqiqat (istintaq) orqanları və məhkəmələr tərəfindən DİN BƏSİİ-yə təqdim olunur:
5.1.1. təqsirləndirilən şəxs qismində (həbs qətimkan tədbiri seçilmədən) cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər barədə toplanmış materiallar və ya cinayət işləri üzrə icraata CPM və CM-nin müvafiq maddələrinə əsasən bəraətverici olmayan əsaslarla xitam verilməsi və ya rədd edilməsi, habelə icraatda olan materiallar və ya cinayət işləri üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə araşdırmanı və ya istintaqı aparmış təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən qərar qəbul edildikdən sonra 1 ədəd soyad kartı (1 nömrəli əlavə) təqdim olunur;
5.1.2. cinayət törətməkdə şübhəli şəxs qismində tutulan və ya həbs qətimkan tədbiri seçilmiş şəxslər barədə məhkəmə qərarı olduqda, istintaq təcridxanasının müvafiq əməkdaşı tərəfindən həmin şəxsə dair 3 nüsxədən ibarət soyad kartı tərtib edilir. Onlardan 2 nüsxəsi mərkəzləşdirilmiş uçota alınması üçün göndərilir;
5.1.3. həbs olunmuş şəxs barəsində qətimkan tədbiri dəyişdirildikdə, bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edildikdə və cinayət təqibinə bəraətverməyən əsaslarla xitam verildikdə, eləcə də məhkəmələr tərəfindən bəraət hökmü çıxarıldıqda, əvvəllər çıxarılmış hökm ləğv edildikdə, dəyişdirildikdə, istintaqı aparılan və ya məhkəmələrin icraatında olan cinayət işləri üzrə həbs edilmiş şəxslərə dair amnistiya aktı tətbiq olunduqda, həbs və ya məhkum olunmuş şəxs digər istintaq təcridxanasına və yaxud azadlıqdan məhrumetmə yerlərinə göndərildikdə, şəxs azad olunduqda və ya vəfat etdikdə, habelə məhkum edildikdən sonra təsərrüfat işləri üçün istintaq təcridxanasında saxlandıqda bu barədə qeydiyyat şöbə (bölmə) əməkdaşları tərəfindən 1 nüsxədə bildiriş blankı (2 nömrəli əlavə) tərtib edilərək göndərilir;
5.1.4. başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və mövcud müqavilələrə əsasən cəzasının çəkilməsi üçün Azərbaycan Respublikasına ekstradisiya olunmuş şəxslər barədə 1 nüsxədə soyad kartı və bildiriş blankı tərtib edilərək göndərilir;
5.1.5. cəza çəkdikləri dövrdə yeni cinayət törətdiklərinə görə məhkum olunmuş şəxslərə dair uçot sənədləri bu Təlimatın 5.1.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydalara əsasən tərtib edilir;
5.1.6. cərimə, ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum olunmuş, bu cəzalar məhkəmənin qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, eləcə də şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, yaxud da şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmiş şəxslər sonradan məhkəmənin qərarı ilə cəzalarını çəkməkdən ötrü cəzaçəkmə müəssisələrinə göndərildikdə istintaq təcridxanalarının əməkdaşları tərəfindən 1 nüsxə bildiriş blankı tərtib edilərək göndərilir;
5.1.7. şəhər, rayon, nəqliyyatda polis orqanlarının müvəqqəti saxlama yerlərindən istintaq təcridxanasına göndərilmiş sənədlər əsasında şəxs barəsində 1 nüsxədə bildiriş blankı tərtib edilərək göndərilir;
5.1.8. həbs edilmiş şəxs istintaq təcridxanasından müvəqqəti saxlama yerinə, məhkəməyə, eləcə də istintaq, təhqiqat və ya məhkəmənin tapşırığına əsasən ekspertizanın keçirilməsi üçün ekspertiza mərkəzlərinə göndərildikdə onun istintaq təcridxanasında mövcud olan uçot sənədlərində müvafiq qeydlər aparılır, şəxsin və onun şəxsi işinin geri qaytarılması nəzarətə götürülür;
5.1.9. istintaq təcridxanasından müvəqqəti saxlama yerinə göndərilmiş şəxs barədə sonradan həbs qətimkan tədbiri başqa qətimkan tədbiri ilə əvəz edildikdə, cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarıldıqda və ya həbs edilmiş şəxs öldükdə, bu barədə tərtib edilmiş müvafiq sənəd həmin şəxsin sonuncu dəfə saxlandığı şəhər, rayon, nəqliyyatda polis orqanlarının müvəqqəti saxlama yerlərinin əməkdaşları tərəfindən onun şəxsi işinə tikilir, işin özü isə 3 iş günündən gec olmayaraq şəxsin əvvəl saxlandığı istintaq təcridxanasına qaytarılır;
5.1.10. məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilməmiş və sonradan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə hökmün icrası həvalə edilmiş dövlət icra məmurları tərəfindən bu Təlimatın 5.1.2-ci yarımbəndində nəzərdə tutulmuş uçot sənədləri təqdim edilir;
5.1.11. məhkum olunmuş şəxsin cəzaçəkmə müəssisəsinə daxil olması, başqa müəssisəyə köçürülməsi, barəsində əvvəllər çıxarılmış hökmün ləğv edilməsi və ya dəyişdirilməsi, amnistiya və ya əfv aktlarına əsasən (3 nömrəli əlavə), eləcə də təyin edilmiş cəzadan azad olunması, vəfat etməsi, habelə digər dövlətlərin vətəndaşlarının cəzalarının qalan hissəsinin çəkilməsi üçün vətəndaşı olduğu dövlətlərin nümayəndəliyinə təhvil verilməsi və ya cəzalarını çəkib qurtardıqdan sonra respublikanın hüdudlarından kənara məcburi çıxarılması ilə bağlı məlumat əsasında aidiyyəti əməkdaşlar tərəfindən 1 nüsxədə bildiriş blankı tərtib edilir;
5.1.12. məhkəməyə, təcridxanaya, azadlıqdan məhrumetmə və ya müvəqqəti saxlama yerlərinə aparılarkən qaçmış və ya ölmüş şəxs barəsində onu müşayiət edən mühafizə dəstəsi tərəfindən tərtib edilmiş akt həmin şəxsin sonuncu saxlandığı yerə təqdim olunur. Həmin akta əsasən bu müəssisənin qeydiyyat şöbəsinin (bölmə) əməkdaşları tərəfindən 1 nüsxədə bildiriş blankı təqdim olunur;
5.1.13. məhkəmələr tərəfindən elan olunmuş hökm və qərarların möhürlə təsdiq edilmiş surətləri icra edilməsi üçün bilavasitə müvafiq istintaq təcridxanasına, probasiya qurumuna və ya cəzaçəkmə müəssisəsinə, digər nüsxəsi isə uçotlarda qeydiyyatın aparılması üçün DİN BƏSİİ-yə göndərilir;
5.1.14. bu Təlimatın 5.1.2-5.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş vəzifələrin icrası istintaq təcridxanaları, azadlıqdan məhrumetmə və ya müvəqqəti saxlama yerlərinin əməkdaşları tərəfindən həyata keçirilir.
6.1. Uçot sənədlərinin və məlumatların göndərilməsinə dair aşağıdakı müddətlər müəyyən edilir:
6.1.1. bu Təlimatın 5.1-ci bəndində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanları tərəfindən qərar qəbul edildikdən sonrakı 3 iş günü ərzində 1 ədəd soyad kartı tərtib edilərək göndərilir;
6.1.2. ibtidai istintaq zamanı həbs qətimkan tədbiri seçilməyən və sonradan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxs barədə məhkəmə hökmü ilə təyin olunmuş cəzaların icrasına dair probasiya qurumunun əməkdaşı tərəfindən tərtib edilmiş məlumat (4 nömrəli əlavə) 3 iş günü ərzində;
6.1.3. istintaq təcridxanalarının və müvəqqəti saxlama yerlərinin əməkdaşları tərəfindən 10 iş günü ərzində;
6.1.4. bu Təlimatın 5.1.13-cü yarımbəndində nəzərdə tutulmuş hallarda 10 iş günü ərzində;
6.1.5. bəraətverici olmayan əsaslarla icraatına xitam verilmiş cinayət işləri üzrə 10 iş günü ərzində;
6.1.6. cəzaçəkmə və ya tərbiyə müəssisələri əməkdaşları tərəfindən - 10 iş günü ərzində;
6.1.7. tərtib edilmiş bütün uçot sənədlərinin dolğunluğu yoxlandıqdan sonra istintaq təcridxanasında saxlanılan və yaxud cəzaçəkmə müəssisəsində cəzasını çəkən şəxslər barədə nəzarət siyahısı (5 nömrəli əlavə) tərtib edilərək müşayiətedici məktubla DİN BƏSİİ-yə, həbs yerlərində saxlanılan şəxslərin hərəkəti barədə məlumat (7 nömrəli əlavə) isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə (bundan sonra - Penitensiar xidmət) göndərilir;
6.1.8. Uçot sənədlərinin istintaq təcridxanalarından BƏSİİ-yə göndərilməsi barədə həbs (məhkum) olunmuşların şəxsi işinə xüsusi ştamp vurulur (8 nömrəli əlavə).
6.2. Mərkəzləşdirilmiş fərdi uçotun formalaşması və aparılmasına nəzarət:
6.2.1. Mərkəzləşdirilmiş fərdi uçotun formalaşması və aparılması məqsədi ilə DİN BƏSİİ-yə təqdim olunan məlumatların tamlığına və düzgünlüyünə nəzarəti həmin məlumatı göndərən dövlət orqanının (təşkilat) rəhbəri təmin edir;
6.2.2. Mərkəzləşdirilmiş fərdi uçotlara təqdim olunmuş məlumatların vaxtında, tam və düzgün göndərilməsinə nəzarəti DİN BƏSİİ həyata keçirir.
7.1. DİN BƏSİİ-yə daxil olmuş uçot sənədləri müvafiq qaydada qeydiyyata alındıqdan sonra onların dolğunluğu yoxlanılaraq 3 iş günü ərzində kartotekalara yerləşdirilir.
7.2. Nəzarət kartotekasında saxlanılan soyad kartları cinayət təqibinin nəticəsi barədə məlumat daxil olanadək saxlanılır.
7.3. Cinayət işinə və ya cinayət təqibinə xitam verilməsi haqqında xəbərnamə (6 nömrəli əlavə), məhkəmə hökmləri və ya digər yekun məhkəmə aktları barədə məlumatlar (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 2017-ci il 16 fevral tarixli Q8-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında cinayətlərin vahid uçotunun aparılması qaydaları haqqında Təlimat”a 7 nömrəli əlavə - Forma 6), habelə həbs və ya məhkum olunmuş şəxslərin cəzaçəkmə müəssisələrində saxlanılması, hərəkəti, azad edilməsi və ya ölümü barədə daxil olmuş uçot sənədlərindəki məlumatlar əməliyyat-sorğu kartotekasında saxlanılan soyad kartlarına əlavə edilir:
7.3.1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra- DTX) müvafiq idarəsinin məlumatlarına əsasən 1920-1950-ci illərdə repressiyaya məruz qalmış şəxslərin müvafiq soyad kartlarına DTX-nin arxivində mühafizə edilən cinayət işlərinin arxiv nömrələri yazılır;
7.3.2. həbs və ya məhkum edilmiş şəxsin ölümü barədə uçot sənədlərinə əsasən əməliyyat-sorğu kartotekasında saxlanılan soyad kartında qeydlər aparılır.
7.4. Uçot sənədləri kartotekada yerləşdirilərkən soyad kartlarında ilkin və sonrakı məlumatların kim tərəfindən yazılması, bildiriş blanklarında isə uçot sənədlərində müvafiq qeydlərin kim tərəfindən aparılması göstərilir. Soyad kartlarında kartotekaya nə vaxt və kim tərəfindən yerləşdirilməsi qeyd olunur.
8.1. Mərkəzləşdirilmiş uçotlara sorğu göndərmək hüququna Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanları malikdir.
8.2. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları birbaşa, yerli icra hakimiyyəti orqanları isə ərazi polis orqanları vasitəsilə DİN BƏSİİ-yə müraciət edir.
8.3. Müstəqil Dövlətlər Birliyinin dövlətlərarası müqavilələrinə əsasən başqa dövlətin ərazisində anadan olmuş və ya yaşamış şəxslər cinayət məsuliyyətinə cəlb edildikdə onların məhkumluğu barədə sorğular həmin dövlətin DİN-in müvafiq uçot aparatına DİN BƏSİİ vasitəsilə göndərilir.
8.4. DİN BƏSİİ-də saxlanılan fərdi məlumatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş hallarda xarici dövlətlərə verilir.
8.5. Cinayət məsuliyyətinə cəlb edilməsi üçün müəyyən olunmuş yaş həddinə çatmayan şəxslər uçotlar üzrə yoxlanılmır.
8.6. Şəxsin məhkumluğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsi ilə yoxlanılır. Tələbnamələr bu Təlimatla müəyyən olunmuş formada (9 nömrəli əlavə) tərtib edilir:
8.6.1. hər bir yoxlanılan şəxsə dair ayrıca tələbnamə doldurulur, onun soyadı, adı, ata adı adlıq halda, çap hərfləri ilə yazılır. Sorğu edilən şəxsin bir neçə soyadı olduqda, onların hər biri üzrə tələbnamə tərtib edilməklə digər anket məlumatları da göstərilir;
8.6.2. uçotlarla bağlı verilmiş sorğularda “Yoxlama nə ilə bağlıdır” rekvizitində, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri istisna olmaqla, digər icra hakimiyyəti orqanları şəxsin yoxlanılmasının nə ilə əlaqədar olmasını göstərir (cinayət məsuliyyətinə cəlb etmə, itkin düşmüş şəxsin yerini müəyyənləşdirmə, hüquq-mühafizə orqanlarına işə qəbul etmə, məhkum olunmuş şəxsin saxlandığı yer və s.);
8.6.3. tələbnamədə sorğu edən orqanın ünvanı - rayon, şəhər, yaşayış məntəqəsi, küçənin adı çap hərfləri ilə dəqiq qeyd olunur, orqanın qısaldılmış adı müəyyən edilmiş qaydalara uyğun yazılır;
8.6.4. digər orqanlardan, idarə və müəssisələrdən daxil olan sorğularda yoxlamaların nə ilə əlaqədar olması əsaslandırılır;
8.6.5. əməliyyat-sorğu kartotekalarında siyahılar üzrə yoxlamaların keçirilməsinə müstəsna hallarda (Ali kateqoriyalı orqanlardan, seçki komissiyalarından, respublika səviyyəsində keçirilən dövlət tədbirləri ilə əlaqədar aidiyyəti qurumlardan daxil olduqda) icazə verilir. Bu siyahılardakı şəxslərin soyadı, adı və ata adı əlifba sırası ardıcılığı ilə çap hərfləri ilə yazılmalı, onların anadan olduqları yer və təvəllüd (gün, ay, il) göstərilməlidir.
8.7. Şəxslərə məhkumluq barədə arayışların verilməsi Daxili İşlər Nazirliyi Kollegiyasının 2013-cü il 17 yanvar tarixli Q2-001-13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”la tənzimlənir.
9.1. Aşağıda göstərilən şəxslər sorğuları imzalamaq hüququna malikdirlər:
9.1.1. Azərbaycan Respublikası DİN-in Baş İdarə, idarə (şöbə) rəisləri, onların müavinləri, əməliyyat xidmətlərinin, kadr aparatlarının şöbə (bölmə) rəisləri, şəhər, rayon, nəqliyyatda polis orqanlarının rəisləri, onların müavinləri, istintaq və təhqiqat orqanlarının rəisləri, onların müavinləri, şöbə (bölmə) rəisləri, təhqiqatçılar və müstəntiqlər;
9.1.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi və rəis müavini, İcra xidmətinin rəisi və rəis müavinləri, Probasiya xidmətinin rəisi və rəis müavini, yerli icra və probasiya qurumlarının rəisləri, Penitensiar xidmətin qeydiyyat şöbəsinin, əməliyyat və kadr aparatlarının, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin rəisləri və rəis müavinləri;
9.1.3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməliyyat, istintaq (təhqiqat) orqanlarının rəisləri və onların müavinləri, kadr aparatlarının rəisləri və onların müavinləri, müstəntiqlər (təhqiqatçılar);
9.1.4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməliyyat, istintaq (təhqiqat) orqanlarının rəisləri və onların müavinləri, kadr aparatlarının rəisləri və onların müavinləri, müstəntiqlər (təhqiqatçılar);
9.1.5. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi və müavinləri;
9.1.6. Respublika Prokurorluğunun mərkəzi aparatının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarələrinin rəisləri, rəis müavinləri, həmçinin kadr aparatının rəhbəri, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar, onların müavinləri və müstəntiqlər;
9.1.8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməliyyat, istintaq (təhqiqat) orqanlarının rəisləri və onların müavinləri, kadr aparatlarının rəisləri və onların müavinləri, müstəntiqlər (təhqiqatçılar);
9.1.9. DTX-nin əməliyyat, istintaq (təhqiqat) orqanlarının rəisləri və onların müavinləri, kadr aparatlarının rəisləri və onların müavinləri, müstəntiqlər (təhqiqatçılar);
9.1.10. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin əməliyyat və kadr aparatlarının rəisləri, onların müavinləri;
9.1.11. Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməliyyat və kadr aparatlarının rəisləri, onların müavinləri;
9.1.12. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməliyyat, təhqiqat və kadr aparatlarının rəisləri və onların müavinləri,müstəntiqlər (təhqiqatçılar);
9.1.13. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat və Xüsusi Təhlükəsizlik Baş idarələrinin, Hüquq və Kadırlar idarələrinin rəisləri və onların müavinləri, Daxili Təhlükəsizlik və Təhqiqat Baş idarəsinin, təhqiqat bölmələrinin rəisləri və onların müavinləri, təhqiqatçılar;
9.1.14. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməliyyat və kadr aparatlarının rəisləri və onların müavinləri;
9.1.15 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, onun müavinləri, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri;
9.1.16. Naxçıvan Muxtar Respublikası üzrə bu Təlimatın 9.1.1-9.1.15-ci yarımbəndlərində göstərilən vəzifəli şəxslər.
10.1. Uçotlardan aşağıdakı şəxslər barədə məlumatlar verilir:
10.1.1. istintaq təcridxanalarında saxlanılan;
10.1.2. təqsirləndirilən şəxs qismində cəlb edilmiş;
10.1.3. məhkum olunmuş;
10.1.4. azadlıqdan məhrum etmə yerlərində saxlanılan;
10.1.5. həbs yerlərində vəfat etmiş;
10.1.6. həbs yerlərindən azad olmuş;
10.1.7. inzibati qaydada həbs olunmuş;
10.1.8. axtarışı elan olunmuş;
10.1.9. repressiyaya məruz qalmış;
10.1.10. barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslər.
10.2. Tələbnamələr Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən olunmuş qaydalara uyğun göndərilir və ya geri qaytarılır. Sorğular bir qayda olaraq kartotekalar üzrə yoxlanılır, onlar icra edilərkən oxşar soyadlar nəzərə alınır:
10.2.1. DTX-nin müvafiq idarəsinin kartotekaları üzrə yoxlanılması tələb olunan şəxslər barədə tələbnamələr DİN BƏSİİ-də icra olunduqdan sonra kargüzarlıq qaydalarına riayət edilməklə DTX-yə göndərilir. Bu növ sorğular DTX-də müvafiq uçotlar üzrə yoxlanılaraq birbaşa təşəbbüskara qaytarılır.
10.3. Məlumatlar hüquqi nəticələrinə uyğun olaraq fəal və qeyri-fəal kateqoriyalara bölünür. Hüquqi nəticəsi qüvvədə olan məlumatlar - fəal, bütün hüquqi nəticələri ləğv edilmiş məlumatlar isə qeyri-fəal kateqoriyaya aid edilir:
10.3.1. məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edilmiş məlumatlardan dövlət qulluğuna qəbul və ya əməliyyat marağı baxımından aidiyyəti orqanlar (kadr və əməliyyat xidmətləri) səlahiyyət hüdudları daxilində istifadə edir;
10.3.2. uçotlarda olan fərdi məlumatların qanunsuz istifadəsinə görə dövlət orqanı, təşkilat və ya şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır;
10.3.3. vətəndaşlara məhkumluq barədə arayış Daxili İşlər Nazirliyi Kollegiyasının 2013-cü il 17 yanvar tarixli Q2-001-13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”a uyğun olaraq verilir;
10.3.4. sorğu edilən şəxs barəsində uçotlarda məlumat olmadıqda tələbnamənin arxasına “Əməliyyat-sorğu uçotlarında məlumat yoxdur” sözləri yazılmış ştamp vurulur;
10.3.5. şübhə doğuran məlumatlar yalnız dəqiqləşdirildikdən sonra qeyd olunur;
10.3.6. sorğu edilən şəxsə dair məlumat aşkar edildikdə tələbnamənin arxa hissəsində şəxsin demoqrafiq məlumatları (soyadı, adı, ata adı, anadan olduğu yer və tarix, məhkum və ya cinayət məsuliyyətinə cəlb olunanadək yaşadığı ünvan, vətəndaşı olduğu dövlətin adı) qeyd olunduqdan sonra onun cinayət məsuliyyətinə cəlb, məhkum olunması və ya axtarışının elan edilməsi barədə məlumatlar göstərilir;
10.3.7. məlumatlarda şəxsin əvvəllər məhkum olunması müəyyən edildikdə hökmü çıxarmış məhkəmənin adı və tarixi, hansı dövlətin cinayət qanunvericiliyi ilə (maddə, hissə və bəndləri göstərilməklə) məhkum olunması, cəzanın növü və müddəti, hökm dəyişdirildikdə isə qərarın kim tərəfindən qəbul edilməsi, tarixi, CM-nin maddəsi, cəza müddəti, həbsdən azad olma tarixləri, onların səbəbləri qeyd edilir;
10.3.8. şəxsin axtarışda olması müəyyən edildikdə axtarışı elan etmiş orqanın adı, axtarış işinin tarixi və nömrəsi, səbəbi və seçilmiş qətimkan tədbiri qeyd olunur;
10.3.9. sorğu edilən şəxsin eyni vaxtda məhkum, cinayət məsuliyyətinə cəlb edilməsi və axtarışda olması müəyyən edildikdə məlumatlar tarix ardıcıllığı ilə qeyd olunur;
10.3.10. tələbnamə icra edilərkən uçotlarda saxlanılan məlumatın sorğu edilən şəxsə aid olma ehtimalı varsa, yalnız anket məlumatlarında (soyadı, adı, ata adı, anadan olduğu il və yer) müəyyən fərqlər mövcuddursa, tələbnamənin arxasında “belə bir şəxs barəsində məlumat var” sözləri yazılır. Sorğuya cavab almış əməkdaş göstərilən məlumatın həmin şəxsə aid olub-olmamasını müəyyənləşdirdikdən sonra (hökmlərin surətləri tələb edilməli və s.) onu cinayət işinə, yaxud icraatında olan materiala əlavə edir;
10.3.11. tələbnamələr yoxlamanı keçirmiş əməkdaş tərəfindən icra tarixi göstərilməklə imzalanır.
10.4. İstintaq və təhqiqat orqanları icraatlarında olan cinayət işləri üzrə keçən şəxslər barəsində BƏSİİ-dən alınmış tələbnamənin surətini çıxararaq və ya yoxlanılan şəxsin əvvəllər məhkum olub-olmaması barədə arayış (10 nömrəli əlavə) tərtib edərək həbs edilmişlərin şəxsi işlərinə tikilməsi üçün müvəqqəti saxlama yerlərinə və ya istintaq təcridxanasına təqdim edir:
10.4.1. istintaq təcridxanasının qeydiyyat şöbəsinin əməkdaşları təqdim olunmuş tələbnamənin surətini və ya arayışı həbs olunmuş şəxsin işinə əlavə edir;
10.4.2. həbs olunmuş şəxsin şəxsi işində tələbnamənin surəti və ya arayış olmadıqda, onun təmin edilməsi müvafiq istintaq və təhqiqat orqanlarından tələb edilir.
10.5. Sorğular 7 iş günü, təcili sorğular isə 1 iş günü ərzində icra edilir.
11.1. Uçot sənədləri məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq, aşağıda göstərilən müddətlərdə BƏSİİ-nin soyad kartotekalarında saxlanılır.
11.2. Daimi saxlanılan məlumatlar:
11.2.1. əvvəllər ölüm cəzasına məhkum olunmuş şəxslər barədə;
11.2.2. ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barədə;
11.2.3. ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş şəxslər barədə;
11.2.4. xüsusilə ağır cinayət törətdiyinə görə məhkum edilmiş şəxslər barədə;
11.2.5. qanuni qüvvəyə minmiş ittiham hökmünün sonradan ləğv edilərək bəraətverici əsaslarla cəzadan azad olunmuş şəxslər barədə;
11.2.6. cəzaçəkmə yerlərində vəfat edənlər barədə;
11.2.7. 1920-50-ci illərdə respressiyaya məruz qalmış və yaşadıqları ərazidən inzibati qaydada sürgün edilmiş, eləcə də siyasi motivlərlə məhkum olunmuş şəxslər barədə;
11.2.8. əvvəllər dövləti cinayət hesab edilən, 2000-ci ildən etibarən isə dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi, eləcə də sülh və insanlıq əleyhinə olan cinayətləri törətdiklərinə görə məhkum olunmuş şəxslər barədə.
11.3. Şəxslərin 80 yaşı tamam olanadək saxlanılan məlumatlar:
11.3.1. müddətlərindən asılı olmayaraq böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətləri törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar;
11.3.2. anlaqsız vəziyyətdə cinayət törətmiş və məhkəmə qərarına əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş şəxslər barədə;
11.3.3. cinayət törətdikdən sonra psixi xəstəliyə tutulduqları üçün barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslər barədə;
11.3.4. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma cəzasına məhkum olunmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə;
11.3.5. təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar, eləcə də əvvəllər ibtidai istintaq müddətində amnistiya və yaxud əfv etmə aktı ilə əlaqədar müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmuş şəxslər barədə;
11.3.6. şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barədə;
11.3.7. azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə;
11.3.8. bəraətverici əsaslar olmadan barələrində cinayət təqibinə xitam verilmiş şəxslər barədə.
11.4. Cinayət məsuliyyətindən tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsi əsası ilə azad edilmiş yetkinlik yaşına çatmayan şəxslər barədə - 15 il saxlanılır.
11.5. Cinayət təqibinin nəticəsi üzrə müvafiq qərar qəbul edilənədək BƏSİİ-də saxlanılan məlumatlar:
11.5.1. ibtidai istintaq və ya məhkəmə baxışı zamanı bəraətverici əsaslarla cinayət məsuliyyətindən azad edilmiş şəxslər barədə məlumat BƏSİİ-yə daxil olduqda;
11.5.2. axtarışı elan olunmuş şəxslər barədə məlumat - şəxs barəsində axtarışa xitam verilməsinə dair məlumat BƏSİİ-yə daxil olanadək;
11.5.3. CM-də sonradan cinayət hesab olunmayan əməllərə görə əvvəllər təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ya məhkum olunmuş şəxslər barədə məlumat - Qanun qüvvəyə mindiyi gündən uçotdan çıxarılır.
11.6. Soyad kartotekasında şəxsin məhkumluğuna dair 2 və daha çox məlumat olduqda bu məlumatlar yalnız bütün məlumatların saxlama müddətləri bitdikdən sonra qeyri-fəal edilir.
12.1. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ya məhkum olunmuş şəxslərin soyad kartları 11-ci hissədə göstərilən saxlama müddətləri keçdikdən sonra qeydiyyatdan çıxarılır və məhv edilir.
12.2. Qeydiyyatdan çıxarılmış uçot sənədlərinin sayı, nə vaxt və kimin iştirakı ilə məhv edilməsi barədə müvafiq akt tərtib edilir, həmin akta əsasən bu məlumatlar elektron bazalarda arxivləşdirilir.
12.3. Digər dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını çəkmək üçün Azərbaycan Respublikasına göndərilmiş, eləcə də həmin dövlətlərin cəzaçəkmə müəssisələrində cəza çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının uçot sənədləri bu Təlimatla göstərilən müddətlərdə saxlanılır və məhv edilir.
13.1. Cinayət törətmiş, məhkum olunmuş şəxslərə dair Təlimatın 1 və 2 nömrəli əlavələri oxunan xətlə, düzəlişsiz tərtib edilir, onların soyadı, adı və ata adları çap hərfləri ilə yazılır:
13.1.1. uçot sənədlərinin rekvizitləri düzgün və dolğun tərtib edilməli, şəxsin doğum tarixi və yeri, onun yaşadığı ünvan, işlədiyi yer, eləcə də, cinayət məsuliyyətinə cəlb etmiş və yaxud şübhəli şəxs qismində tutmuş orqanın adı tam əks olunmalıdır.
13.2. Soyad kartı üzrə:
13.2.1. bu kartın 1-6-cı rekvizitlərində qeydiyyat (soyadı, adı və ata adı, anadan olduğu yer və doğum tarixi, habelə şəxsin yaşadığı və ya olduğu yer üzrə ünvan) cinayət məsuliyyətinə cəlb edilmiş və yaxud həbs olunmuş şəxsin şəxsiyyətini təsdiq edən sənədə əsasən aparılır;
13.2.2. istintaq təcridxanalarında saxlanılan şəxslər, cəzaçəkmə müəssisələrində və həbsxanada cəza çəkən şəxslər yeni cinayət törətdikdə, 6-cı rekvizitdə cəzaçəkmə müəssisəsinin nömrəsi, 10-cu rekvizitdə isə “həbs edilmişdir” sözü əvəzinə “məhkum olunmuş” qeyd olunur:
1. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin barəsində həbs qətimkan tədbiri seçilməmiş şəxslərə dair tərtib edilən soyad kartlarının 10-cu rekvizitində isə “həbs edilmişdir” əvəzinə “cəlb edilmişdir” sözləri yazılır və təqsirləndirilən şəxs qismində cəlb etmə tarixi göstərilir;
13.2.3. soyad kartının 11-ci rekvizitində törədilmiş cinayətin tövsifi (oğurluq, xuliqanlıq və s.), 12-ci rekvizitdə isə CM-nin maddəsi göstərilir;
13.2.4. kartın üz tərəfinin sağ yuxarı hissəsində cinayət törətmiş şəxsin hansı orqan tərəfindən həbs və yaxud təqsirləndirilən şəxs qismində cəlb edilməsi, eləcə də cinayət işinin nömrəsi qeyd olunur;
13.2.5. ikili soyadı olan şəxslərə dair soyad kartı hər bir soyad üzrə ayrı-ayrılıqda tərtib edilir. Belə olan halda soyadlar tire işarəsi ilə yazılır. Məsələn: Məmmədov-Seyidbəyli soyadı olan şəxsə uçot sənədlərinin tərtib edilməsi qaydası belədir: birincisi Məmmədov-Seyidbəyli kimi, ikincisi Seyidbəyli-Məmmədov kimi göstərilir;
13.2.6. əvvəllər məhkum olunmuş şəxslərin anket məlumatlarında dəyişikliklərin edilməsi barədə müvafiq orqan tərəfindən BƏSİİ-yə göndərilmiş məlumat əsasında həmin şəxslərin əməliyyat-sorğu kartotekasında saxlanılan soyad kartlarında olan qeydlər saxlanılmaqla yeni soyad kartı tərtib edilir və bu barədə kartlarda hər iki məlumatın bir şəxsə aid olmasına dair qeydlər aparılır. Tərtib olunmuş yeni soyad kartı soyadların əlifba ardıcıllığına əsasən kartotekanın müvafiq bölmələrində ayrı-ayrılıqda yerləşdirilir (sorğunun icrası bölməsinə baxmaq və sorğu edilərkən hər 2 kartda olan məlumatlara əsasən müvafiq cavab tərtib edilir);
13.2.7. uçot sənədləri şəxsin məhkum olunmasına dair məlumatlar (hökm və ya qərar) və məhkəmə baxışına dair arayışlar əsasında aparılır;
13.2.8. eyni zamanda bir şəxsin 2 və daha çox cinayət faktı əsasında saxlanılan uçot sənədlərinə dair bir hökm və ya qərar, habelə məhkəmə baxışına dair arayış daxil olduqda həmin uçot sənədlərinin üzərində olan cinayət işinin nömrələri birinin üzərinə köçürülərək, saxlanılan uçot sənədinin arxa tərəfində məhkəmə qərarının nəticəsi əlavə edilir;
13.2.9. hər bir cinayət işi üzrə məhkəmə tərəfindən ayrı-ayrı hökmlər çıxarıldıqda isə, belə hökmlərin hər birinə dair yeni kart tərtib edilir. Bu zaman kartın 10-cu rekvizitində “həbs edilmişdir” sözləri “2-ci iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur” sözləri ilə əvəz edilir və cəlb olunma tarixi yazılır, “hansı orqan tərəfindən həbs edilmişdir” rekvizitində isə onu təqsirləndirilən şəxs qismində cəlb etmiş orqanın adı göstərilir.
13.3. Həbs (məhkum) olunmuş şəxs barədə bildiriş blankı üzrə:
13.3.1. həbs (məhkum) olunmuş şəxsin anket məlumatları onun həbs (məhkum) edilməsi üçün əsas olan sənədlərdən köçürülür. Hər hansı bir fərq aşkar edildikdə, onun dəqiqləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir;
13.3.2. şəxsin soyadı olmadıqda, bildiriş blankının 1-ci sətirində “yoxdur” sözü yazılır. Hərbi məhkəmə tərəfindən məhkum olunmuş şəxsə dair bildiriş blankı tərtib edilərkən, onun 8-ci rekvizitində hərbi məhkəmənin adı göstərilir. Bir neçə hökm üzrə cəza təyin edildikdə və ya qanunla nəzərdə tutulduğundan daha yüngül cəza təyin olunduqda, həmin sətirdə Azərbaycan Respublikası CM-nin 62, 66, 67-ci maddələrinin tətbiqi əks etdirilir;
13.3.3. 12-ci rekvizitdə həbs yerlərindən azad olunmuş, barələrində olan hökmlərin icrası təxirə salınmış şəxslər barədə müvafiq qeydlər aparılır (orqanın adı, qərarın tarixi və məzmunu, cəzadan şərti olaraq vaxtından əvvəl və şərti azad edilmə olduqda cəzanın çəkilməmiş qalan müddəti);
13.3.4. 11 və 16-cı rekvizitlərdə istintaq təcridxanasının, həbsxananın, cəzaçəkmə müəssisəsinin və ya polis orqanının adı, onların yerləşdiyi şəhər, rayon göstərilir;
13.3.5. bildiriş blankının üst tərəfinin sol küncündə bu blankda yazılan məlumatların kim tərəfindən uçot sənədlərinə köçürülməsi qeyd edilir;
13.3.6. istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin, eləcə də probasiya qurumlarının əməkdaşları tərəfindən məhkum olunmuş şəxs barəsində uçot sənədləri (bildiriş) tərtib edərkən əvvəlcə onun sonuncu məhkumluğu üzrə cəza növü və müddəti, bundan sonra isə Azərbaycan Respublikası CM-nin 67-ci maddəsi göstərilməklə əvvəlki hökmlə nəzərdə tutulmuş cəzanın bütöv və çəkilməmiş qalan müddəti əlavə edilərək, təyin edilmiş qəti cəza müddəti göstərilir. Məsələn: Nərimanov rayon məhkəməsinin 20 sentyabr 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 67-ci maddəsinə əsasən Yasamal rayon məhkəməsinin 27 aprel 1999-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il müddəti sonuncu hökmlə təyin edilmiş cəzaya tam toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir;
13.3.7. Qanunla nəzərdə tutulduğundan daha yüngül cəza təyin edildikdə isə, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi uçot sənədlərində göstərilir;
13.3.8. istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, eləcə də BƏSİİ-nin Əməliyyat-sorğu şöbəsinin əməkdaşları hökmlərə (qərarlara) dair tərtib edilmiş uçot sənədlərinin düzgünlüyünü yoxlayır, Azərbaycan Respublikası CM-nin 62, 66 və 67-ci maddələri tətbiq edilməklə çıxarılmış hökmlərdə nöqsan aşkar edildikdə məhkəmə və digər orqanlara müraciət edilir.
14.1. Soyad kartotekası:
14.1.1. daxil olan sorğuları tez bir zamanda icra etmək və sorğu edilən şəxslər barədə məlumatların olub-olmamasını dəqiq müəyyənləşdirmək üçün Soyad kartları soyadların, adların və ata adlarının əlifba ardıcıllığı ilə düzülür. Məsələn:
Abayev, Abdullayev, Abıyev,
Adil, Aqil, Bayram, Bəhram,
14.1.2. soyadları, adları və atalarının adları tam uyğun olan şəxslərin kartları anadan olduqları illərə görə, daha yaşlıların kartları əvvəldə qoyulmaqla yerləşdirilir - 1940, 1955, 1960 və s.;
14.1.3. eyni soyadı olan kişilərin və qadınların uçot sənədləri adlarının və ata adlarının əlifba sırası ilə düzülür, bu zaman qadınların soyadlarının axırındakı sonluqlar nəzərə alınmır. Məsələn:
Aslanov Adil Bəhruz oğlu, Aslanova Bəsti Həsən qızı,
Dadaşova Natəvan Dadaş qızı, Dadaşov Nazim Qurban oğlu və s.;
14.1.4. Georgiy, Yeqor, Cora və ya Georgiyeviç kimi soyadları və adları müxtəlif cür yazıla bilən şəxslərin soyad kartları Georgiy, Georgiyeviç kimi düzülür;
14.1.5. soyadları və adları A və O, E və Ye kimi səslənən şəxslərin soyad kartlarının düzülüşü belədir: Aqaltsovo, Oqoltsovo soyadları - Aqaltsovo kimi; Erqaşov, Yerqaşov - Yerqaşov, Elmar, Yelmar - Elmar kimi və s.;
14.1.6. soyadlarında ardıcıl iki eyni hərf olan şəxslərin soyad kartları bir hərf kimi düzülür. Məsələn:
Abbasov - Abasov kimi,
Razzakov - Razakov kimi və s.;
14.1.7. soyadlarında u və yu səsləri olan şəxslərin soyad kartları (birinci hərflərdən başqa) kartda U hərfi altında yerləşdirilir. Məsələn:
Zaryun - Zarun və s.;
14.1.8. soyad, ad və ata adlarının əvvəlində “mir”, “hacı”, “kərbəlayi”, “məşədi”, eləcə də xarici vətəndaşlara məxsus “fon” və s. sözləri olan soyad kartları düzülərkən, onlar əsas götürülmür. Bu cür kartlar kartotekada əsl adların əlifba ardıcıllığı ilə yerləşdirilir;
14.1.9. soyadları müxtəlif baş hərfləri ilə yazıla bilən şəxslərin soyad kartları daha çox işlənən soyadların əlifba sırası ilə düzülür. Məsələn:
Kuliyev, Xuliyev - Kuliyev,
Kurbanov, Xurbanov - Kurbanov kimi bir qayda olaraq, hecalar üzrə birləşdirilir;
14.1.10. soyad kartları düzülərkən, Əbdirəhmanov, Əbdülrəhmanov, Əbdürəhmanov və s. kimi soyadların əlifba ardıcıllığı ilə qoyulmalıdır;
14.1.11. əvvəllər digər soyadlar və s. anket məlumatları göstərilməklə məhkum edilmiş şəxslərin soyad kartları təhqiqat (istintaq) orqanlarının və ya məhkəmələrin qərarları ilə müəyyən edilmiş əsl soyad, ad və ata adları üzrə düzülür. Belə hallarda anket məlumatları bərpa edilmiş soyad kartlarında bu şəxslərin əvvəllər hansı soyadla məhkum olunması göstərilir;
14.1.12. kartotekada eyni şəxs barəsində eyni məzmunlu 2 və daha artıq soyad kartı aşkar edilərsə, bu kartların eyniliyi bir daha dəqiqləşdirildikdən sonra yalnız 1 kart saxlanılır;
14.1.13. eyni şəxs barəsində ayrı-ayrı məzmunlu 2 və daha artıq soyad kartı olduqda, onlar xüsusi üzlüyə salınaraq birgə saxlanılır;
14.1.14. kartotekadan müvəqqəti götürülən hər bir soyad kartının əvəzinə yaddaş kartı qoyulur;
14.1.15. köhnəlmiş, lakin daimi saxlanılan soyad kartları yeniləri ilə əvəz edilir;
14.1.16. kartotekalar müvafiq avadanlıq və şkaflarla, eləcə də yanğına qarşı ləvazimatla təmin edilmiş xüsusi otaqlarda yerləşdirilir.
“Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a
1. Soyadı _____________________________________________
2. Adı ________________________________________________
3. Ata adı _____________________________________________
4. Təvəllüdü: “___”____________ _____ il
5. Anadan olduğu yer___________________________________
______________________________________________________
6. Ünvanı ____________________________________________
______________________________________________________
7. Fəaliyyət sahəsi______________________________________
(iş yeri, vəzifəsi, sənəti, peşəsi və s.)
8. Etnik mənsubiyyəti___________ 9. Vətəndaşlığı _________
9. Fərdi identifikasiya nömrəsi (FİN)______________________
Orqan _______________
______________________
Həbs edilib ( qısaldılmadan yazılır )
______________________
Cinayət işi №__________
Sadələş.icraat__________
Arxiv işi №___________
10. Həbs (həbssiz cəlb) edilib “___”______________20___ il
11. Cinayətin tövsifi __________________________________
12. CM-in maddələri _________________________________
Kartı tərtib etdi: _____________________________________
Orqanın rəisi ________________________________________
“___” _______20___ il
Hansı məhkəmə tərəfindən məhkum edilib _______________________________________
_____________________________________________“___”________20____ il tarixli hökmü ilə
CM-in __________________________________________________________________________
_________________________________________________________________________________
_____________________________________________ müddətinə ________________________
hökmün qüvvəyə mindiyi tarix “___”_________20__ il. ______________________________
Gedib: “____”_________20 _____ il_______ CÇM
(MTCM)______________________________________
Hökm dəyişdirilib:_______________________________________________________________
Azad edilib:____________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
“Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a
ƏSK-da yoxlanıb və qeydiyyat aparılıb Şəxsi iş №_________
______________________________
1. Soyadı ________________________ 2. Adı ______________________________
3. Ata adı ________________________ 4. Təvəllüdü “___” ________________ ____ il.
5. Anadan olduğu yer ____________________________________________________
ölkə, şəhər, rayon və s.
___________________________________________________________________
6. Şəxsin məsuliyyətə alınana qədər yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumat ______________________________________________________________
_____________________________ 7. Həbs olunmuşdur. “___” __________20______ il.
8. Məhkum edilib “____” __________20___ il. _______________________________________
____________________________________________________________________
______________________ Respublikasının CM-in ____________________ maddəsi
ilə _________________________________________________________________
____________ il ___________ ay müddətinə ___________________________________
____________________________________________________________________
9. Hökmün qüvvəyə mindiyi tarix: “___” __________ 20__ il.
10. Hökm dəyişdirilmişdir ________________________________________________
____________________________________________________________________
____________________________________________________________________
____________________________________________________________________
____________________________________________________________________
11. Daxil olma, getmə tarixi “___” __________ 20__ il. ____________________________
lazım olmayanı pozmaq
____________________________________________________________________
12. Azad edilib “___” _________ 20__ il. __________________________________________
_____________________________________________________________________
_____________________________________________________________________
13. Azad olunduqdan sonra getdiyi yer_______________________________________
____________________________________________________________________
14. Həbs yerlərinə qaytarılmışdır (lazım olmayanı pozmaq) _______________________
____________________________________________________________________
15. Vəfat etmişdir “___” _________ 20___ il. Ölüm haqqında məlumat _________________
____________________________________________________________ göndərilib
16. Bildirişin tərtib edildiyi yer ____________________________________________
müəssisənin, tərbiyə müəssisəsinin adı
____________________________________________________________________
İcraçı ________________ ____________________________
Rəis ________________ ____________________________
“___” _________ 20__ il.
“Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a
Azərbaycan Respublikası ƏN PX-nin
cəzaçəkmə müəssisəsinin ştamp yeri
№____________________
“____”_____________20__il
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi
Baş Əməliyyat və Statistik
İnformasiya İdarəsinə
Məlumat üçün bildiririk ki, ________________________________________________
(hansı məhkəmə tərəfindən, nə vaxt, CM-in maddələri, hansı cəza növünə, hansı
_________________________________________________________________________________________________________________________
_________________________________________________________________________________________________________________________
_________________________________________________________________________________________________________________________
_________________________________________________________________________________________________________________________
__________________________________________________________________________________________________ məhkum edilmiş
“____”__________ ______ildə _________________________________________ anadan olmuş
________________________________________________________________________________________________________________________
“____” _______20___ il tarixdə ___________________________________________daxil olmuş
cəzaçəkmə müəssisəsinin adı
Azərbaycan Respublikası Prezidentinin “_______” __________ 20______ il tarixli əfvetmə haqqında Fərmanına (Sərəncamına) əsasən “_____” ______________ 20__________ il tarixdə azad edilmişdir.
Azad olunduqdan sonra getdiyi yer ______________________________________________
yaşayış və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumat
Azadlıqdan məhrum etmə müddətinin ____________ ildən ____________ilədək azaldılması
barədə “___” _________20___il tarixdə elan edilib
___________________________cəzaçəkmə müəssisənin rəisi ___________________________
cəzaçəkmə müəssisəsinin adı soyadı, adı, imza
“Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a
Qeyd: Hökmlə təyin olunmuş əsas cəzanın digər cəza növü ilə dəyişməsi barədə məhkəmə tərəfindən qərar çıxarıldıqda 1-ci hökm barədə qeydlər aparılır, sonra isə təyin olunmuş yeni cəza və cəzanın icrası barədə məlumatlar göstərilir.
25.11.2015-ci ildə cəza müddəti başa çatmışdır.
“Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a
“___” ___________ 20___ il.
Rəis _____________________
Müvəqqəti qəbul edilib başqa yerə göndərilənlər istisna olmaqla, hesabat dövrü ərzində daxil olmuş bütün məhkumlar siyahıya daxil edilir.
“Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a
ərazi polis orqanının ştamp yeri
№________________________
“____”_______________20___il.
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi
Baş Əməliyyat və Statistik
İnformasiya İdarəsinə
Müvafiq uçotlarda düzəliş edilməsi üçün bildirilir:
“____” ________ ___ ildə ___________________________________________anadan olmuş
__________________________________________________________________________dair
________________________________________________________________istintaqı aparılan
cinayət işinin başlanma tarixi, hansı orqan tərəfindən, Azərbaycan Respublikasının CM-in maddələri
_______________________ №-li cinayət işinə və ya cinayət təqibinə “___” _________ 20__ il
cinayət işinin nömrəsi
tarixdə ______________________________________xitam verilmişdir.
Azərbaycan Respublikasının CPM-in maddələri
Təsdiq edilib: __________________________________________________________________
soyadı, adı, ata adı, prokurorun vəzifəsi, cinayət işinə və ya cinayət təqibinə xitam verilməsinin təsdiq edilmə tarixi
Müstəntiq (təhqiqatçı) ___________________________________________________________
_______________________________________________________________________________
(ölçülər 205 x 290 mm)
“Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a
_____________________________________üzrə
İT-nin və ya müəssisənin adı
“___” _____________ 20 __il
tarixə saxlanılanların sayı
Hesabat dövrü ərzində daxil olub
Hesabat dövrü ərzində çıxıb
b) digər həbs yerinə göndərilib
“___” _____________ 20 __il
tarixə qalanların sayı
soyad kartı ___________, bildiriş___________ ədəd.
Rəis _____________________ __________________________
Xüsusi şöbənin rəisi _____________________ ________________________
“___” _____________ 20 __ il
“Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a
Uçot sənədlərinin istintaq təcridxanalarından DİN BƏSİİ-yə göndərilməsi barədə həbs (məhkum) olunmuşların şəxsi işlərinə vurulan ştampın nümunəsi:
(istintaq təcridxanasının adı)
“____” _____20__ il imza
“___”_______20__il imza
kartotekasında yoxlanılmışdır
“Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a
___________________________________________________________________________
1. Soyadı____________________________ 2. Adı ________________________________
3. Atasının adı______________________ 4. Fərdi identifikasiya nömrəsi (FİN)_______
5. Doğulduğu tarix “____” ______________ _______ il.
6. Doğulduğu yer ___________________________________________________________
7. Ünvanı __________________________________________________________________
___________________________________________________________________________
8. Yoxlamanın səbəbi ________________________________________________________
____________________________________________________________________________
9. Hansı arayış lazımdır ______________________________________________________
məhkumluğu, cəza çəkdiyi yer və s. barədə
Orqanın (təşkilatın) rəhbəri _____________________________________________
tələbnamə göndərən orqanın (təşkilatın) adı
_____________________________________________
İcraçı ____________________________
“___” _________20___ il
Göndərənin ünvanı _________________________________________________________
___________________________________________________________________________
Orqanın (təşkilatın) adı______________________________________________________
Sorğu edilən şəxsin tələbnamədə adı və soyadı, göndərən orqanın (təşkilatın) ünvanı - çap hərfləri ilə aydın yazılmalı, həmin şəxsin bir neçə soyadı varsa, eləcə də qadınların qızlıq soyadı mötərizədə yazılmalıdır.
“Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a
Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən yoxlanılması zamanı müəyyən edilmişdir ki,
“___” ____________ ______ il ________________________________________________
______________________________________________________________ anadan olmuş
______________________________________________ əvvəllər məhkum olub-olmaması barədə BƏSİİ-də məlumat yoxdur.
(məlumat varsa, nə vaxt, kim tərəfindən, CM-in hansı maddələri, hissələri (bəndləri) ilə hansı cəza növünə, neçə il müddətinə məhkum olunması, eləcə də nə vaxt, hansı əsaslarla cəzaçəkmə müəssisəsindən azad edilməsi göstərilir).
___________________________________________________________________________
___________________________________________________________________________
___________________________________________________________________________
___________________________________________________________________________
___________________________________________________________________________
Müstəntiq (təhqiqatçı)_________________________________________________________
1. 19 oktyabr 2020-ci il tarixli Q39-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190039, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 oktyabr 2020-ci il)
2. 29 iyul 2022-ci il tarixli Q15-001-22 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202207290015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il)
3. 10 aprel 2023-cü il tarixli 3-13/Q17/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304100017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 aprel 2023-cü il)
4. 1 may 2024-cü il tarixli 3-13/Q10/2024 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202405010010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 may 2024-cü il)
5. 24 oktyabr 2024-cü il tarixli 3-13/Q15/2024 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202410240015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 oktyabr 2024-cü il)
6. 15 yanvar 2026-cı il tarixli 3-13/Q4/2026 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202601150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 yanvar 2026-cı il)
7. 8 iyun 2026-cı il tarixli 3-13/Q13/2026 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202606080013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2026-cı il)
8. 12 avqust 2026-cı il tarixli 3-13/Q22/2026 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202608120022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 avqust 2026-cı il)