Qanunvericilik › Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Qanunun əhatə dairəsi

Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Bu qanun Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa cür nəzərdə tutulmayıbsa, Azərbaycan tədqiqatçıları tərəfindən kəşf edilmiş coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması üzrə fəaliyyətə şamil edilir.

3.2. Bu qanun habelə digər dövlətlərin ərazisində yerləşən coğrafi obyektlərin, eləcə də hər hansı dövlətin suverenliyinin və yurisdiksiyasının şamil edilmədiyi coğrafi obyektlərin adlarının Azərbaycan Respublikasında işlədilməsi ilə bağlı münasibətləri tənzimləyir.

3.3. Azərbaycan Respublikasının ərazi vahidlərinə (şəhərlərə, rayonlara, şəhər rayonlarına, qəsəbələrə və kəndlərə) adların verilməsi və onların adlarının dəyişdirilməsi "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

3.4. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinə adların verilməsi və onların adlarının dəyişdirilməsi bu qanunun 5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver