Qanunvericilik › Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Damazlıq ehtiyatlarının sınağı və ekspertizası subyektləri

Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Damazlıq heyvanların sayının artırılması, onların daha geniş və səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə damazlıq ehtiyatlarının sınağı və ekspertizası keçirilir.

22.2. Damazlıq ehtiyatlarının sınağı və ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında hüquqi şəxs statusunda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalar, ippodromlar, digər sınaq və ekspertiza subyektləri tərəfindən həyata keçirilir.

22.3. Damazlıq ehtiyatlarının sınağını və ekspertizasını həyata keçirən subyektlərin fəaliyyəti onların daxili nizamnamələri ilə tənzimlənir.

22.4. Damazlıq ehtiyatlarının sınağının və ekspertizasının nəticələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq təhlil edilir və heyvanların istifadə təyinatı müəyyən olunur.

22.5. Damazlıq ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə yol verən şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver