26.1. Damazlıq heyvandarlıq sahəsində çalışan mütəxəssislərin hazırlanması və əlavə təhsili müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında qanunvericiliyə uyğun olaraq planlaşdırılır və müəyyən edilmiş qaydada həyata keçirilir.
26.2. Damazlıq heyvandarlıq sahəsində elmi tədqiqatlar Azərbaycan Respublikasında müvafiq elmi tədqiqat müəssisələri, tədqiqatçı alimlər və mütəxəssislər tərəfindən aparılır.
26.3. Elmi-tədqiqat müəssisələri damazlıq heyvandarlıq sahəsində seleksiya-damazlıq proqramlarının, mövcud cinslərin təkmilləşdirilməsi, yeni cinslərin və cinsdaxili tiplərin yaradılmasının metod və üsullarının hazırlanması və həyata keçirilməsi, digər elmi-texniki tədqiqatların aparılması ilə məşğul olurlar.