Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Gələcək əmlak barəsində üstünlük hüququ

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Gələcək əmlakın yüklülüyü zamanı yüklülük hüququ yüklülük verənin həmin daşınar əmlak üzərində mülkiyyət hüququnu əldə etdiyi andan yaranır.

10.2. Gələcək əmlakın yüklülüyü zamanı üstünlük hüququ yüklülüyün reyestrdə qeydə alındığı andan yaranır və bu hüquq daşınar əmlak üzərində mülkiyyət hüququ əldə edildiyi andan həyata keçirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver