Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Debitor borclara tutma yönəldilməsinin xüsusiyyətləri

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Yüklülük sahibi tələbin təmin olunması üçün debitor borcluya bildiriş göndərə bilər. Bildirişdə aşağıdakılar göstərilir:

14.1.1. yüklülük müqaviləsinin tərəfləri və tarixi barədə məlumat;

14.1.2. yüklülük verənin və ya borclunun icra etməli olduğu öhdəliyi pozması barədə məlumat;

14.1.3. debitor borcun yüklülük sahibinə ödənilməsi tələbi;

14.1.4. debitor borcun ödənilməli olduğu alan tərəf və onun bank hesabının rekvizitləri;

14.1.5. bildirişin tarixi, bildirişi imzalayan şəxsin adı və imzası.

14.2. Debitor borcun yüklülük sahibinə ödənilməsi haqqında bildiriş alan debitor borclu həmin tarixdən ödənişləri bildirişdə göstərilən alan tərəfə etməyə borcludur.

14.3. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13-cü fəsli ilə müəyyən edilmiş qaydada iddianı təmin etmə tədbiri kimi debitor borcların yüklülük sahibinə ödənilməsini və ya satışını dayandırmaq barədə qərar qəbul edərsə, iş üzrə qanuni qüvvəyə minmiş qərar çıxarılanadək debitor borcun həmin qərarda göstərilən xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver