Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Keçid müddəalar

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Yüklülük sahibi bu Qanun qüvvəyə minənədək yaranmış daşınar əmlakın yüklülüyü ilə bağlı bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş digər üsullardan istifadə edə bilər.

28.2. Bu Qanun qüvvəyə minənədək yaranmış daşınar əmlakın yüklülüyü ilə bağlı yüklülük sahibi yüklülük verəni xəbərdar etmək şərti ilə reyestrə yüklülük haqqında bildiriş daxil edə bilər. Bu halda yüklülük verənin əvvəlcədən razılığı tələb olunmur və yüklülük haqqında bildiriş reyestrin fəaliyyətə başladığı tarixdən sonrakı 9 ay müddətində reyestrə daxil edilə bilər.

28.3. Bu Qanun qüvvəyə minənədək yaranmış daşınar əmlakın yüklülüyü ilə bağlı yüklülük sahibi reyestrin fəaliyyətə başladığı tarixdən sonrakı 9 ay müddətində yüklülük haqqında bildirişi reyestrə daxil etdikdə və ya bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş digər üsullardan istifadə etdikdə bu açıqlama yüklülüklə bağlı öhdəliyin yarandığı tarixdən hesablanır.

28.4. Bu Qanun qüvvəyə minənədək yaranmış daşınar əmlakın yüklülüyü ilə bağlı bu Qanunun 5.3.2-ci və 5.3.3-cü maddələri ilə nəzərdə tutulmuş üsullardan biri tətbiq edilərsə, yüklülük sahibi yüklülük predmeti üzərində sahibliyini və nəzarətini davam etdirə, habelə yüklülük haqqında bildirişi reyestrə daxil edə bilər.

28.5. Bu Qanun qüvvəyə minənədək yaranmış daşınar əmlakın yüklülüyü ilə bağlı yüklülük sahibi reyestrin fəaliyyətə başladığı tarixdən sonrakı 9 ay müddətində bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etmədikdə, bu müddətdən sonra həmin üsulların tətbiq edilməsi üsulun faktiki tətbiq edildiyi tarixdən hesablanır.

28.6. Bu Qanun qüvvəyə minənədək yaranmış yüklülüklə bağlı bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan birini bu Qanunun qüvvəyə minməsi tarixindən 9 ay müddətində tətbiq etməmiş yüklülük sahibi ilə bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan birini tətbiq etmiş yüklülük sahibi arasında üstünlük bu Qanunda göstərilmiş qaydada müəyyən edilir. Bu məqsədlər üçün yüklülük ona münasibətdə bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan biri tətbiq edilmiş kimi qəbul edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver