Qanunvericilik › Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Yerquruluşunun vəzifələri

Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerquruluşunun vəzifələri aşağıdakılardır:

mülkiyyət formasından asılı olmayaraq bütün kateqoriyalardan olan torpaqların mühafizəsinə və səmərəli istifadəsinin təşkilinə dair dövlət siyasətinin əsaslandırılması və həyata keçirilməsi;

torpaq münasibətlərinin tənzimlənməsi və torpaqların bölgüsü nəticələrinin elmi cəhətdən əsaslandırılması və proqnozlaşdırılması;

torpaqdan istifadənin məqsədyönlülüyünün təmin edilməsi, aqrar istehsalatda qiymətli torpaqların qorunub saxlanması;

ekoloji və iqtisadi cəhətdən əsaslandırılmış, sahəsinə və landşaft xüsusiyyətlərinə görə torpaqdan istifadənin təşkili;

kənd təsərrüfatı təyinatlı torpaqların yaxşılaşdırılmasına, münbitliyinin artırılmasına, landşaftda tarazlığın təmin edilməsinə dair kompleks tədbirlərin hazırlanması;

aqrar istehsalatın və iqtisadiyyatın digər sahələrinin səmərəli fəaliyyətləri üçün müvafiq ərazi şəraitlərinin yaradılması;

kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasının təşkili;

torpaq sahələrinin yerləşməsi və sərhədləri ilə bağlı dövlət kadastrında saxlanılan məlumatlar və yerdə (naturada) tədqiqatı nəticəsində əldə olunmuş məlumatlar arasında uyğunsuzluqların aradan qaldırılması;

ərazinin və yeni infrastruktur obyektlərinin planlaşdırılmasında mövcud infrastrukturların qorunub saxlanılması, ekoloji-təsərrüfat və aqroekoloji xüsusiyyətlərin nəzərə alınması;

torpaq qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver