Qanunvericilik › Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər

Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər və məlumatlar həmin sənədi və ya məlumatı verən aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən rəqəmsallaşdırılaraq Sistemə yerləşdirilməlidir. Müvafiq sənədlər və məlumatlar Sistemdə olmadıqda, onların EHİS vasitəsilə əldə edilməsi üçün ərizəçi tərəfindən qeydiyyat orqanına Sistem vasitəsilə müraciət ünvanlanır. Həmin müraciət əsasında qeydiyyat orqanı tərəfindən müvafiq dövlət orqanlarına (qurumlarına) elektron sorğu ünvanlanır. Sorğuya 7 iş günü müddətində cavab verilməlidir.

11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver