Qanunvericilik › Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 24.02.2009) › Tam mətn

Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 24.02.2009)

Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 24.02.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra “VTİSK” adlandırılacaq) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

VTİSK-də daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən və bu qeydiyyat üçün zəruri olan inventarlaşdırma işlərini aparan, müvafiq texniki sənədləri tərtib edən, torpaq sahələrinin plan və ölçüsünü çəkən, müvafiq kadastr məlumatlarını sistemləşdirən və koordinatlarını kadastr xəritələrində qeyd edən, tikililərin, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və əmlak kompleksi kimi müəssisələrin inventar və bazar münasibətlərinə uyğun real dəyərini müəyyənləşdirən və bütün bu işlərin məcmusunu yeni informasiya texnologiyalarını tətbiq etməklə həyata keçirilməsini təmin edən qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmışdır.

VTİSK-də hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

- “Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;

- “Bilməlidir” bölməsində işçinin qanunvericilik aktları və digər normativ hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

- “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və əmək stajına olan tələblər öz əksini tapmışdır.

VTİSK Azərbaycan Respublikasında daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrini tutan işçilərin əsas əmək funksiyalarını, hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

VTİSK-də “Rəhbərlər” kateqoriyasına aid edilən müəyyən işçilərin əməyinin ödəniş dərəcələri daşınmaz əmlakın dövlət reyestri sahəsində fəaliyyət göstərən ərazi idarələrinin rəhbər işçilərinin əməyin ödəniş qrupundan asılı olaraq müəyyənləşdirilir. Həmin idarələrin rəhbər işçilərinin əməyinin ödəniş dərəcələri aşağıdakı göstəricilər üzrə təyin edilir:

Kitabçada verilən tarif-ixtisas göstəriciləri əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir ərazi idarəsinin səciyyəvi xüsusiyyətləri, strukturu, əməyin təşkili qaydaları, işçi təlimatlar və kadastr xəritələri nəzərə alınmaqla müvafiq iş bölgüsü əsasında müəyyənləşdirilir.

Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə ixtisas tələblərində müəyyən edilmiş müvafiq təhsili, xüsusi hazırlığı və ya əmək stajı olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı təcrübəsi olan işçilər müstəsna hallarda müvafiq təhsili, xüsusi hazırlığı və əmək stajı olan işçilər kimi hər hansı bir vəzifəyə təyin edilə bilərlər.

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şöbəsinin müdiri

Hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı

Kadastr üzrə baş mütəxəssis

İnformasiya texnologiyaları üzrə baş mütəxəssis

Hüquqların dövlət qeydiyyatı üzrə ekspert

Mühəndis-qiymətləndirici

Hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı

Yerquruluşu üzrə mühəndis

Mühəndis-inventarlaşdırıcı

Kadastr üzrə mütəxəssis

Hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı köməkçisi

Yerquruluşu üzrə texnik

Texnik-inventarlaşdırıcı

Əmək funksiyası. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının müvafiq qanunvericilik aktlarına uyğun aparılması üçün sənədlərin düzgün rəsmiləşdirilməsinə (ərizələrin qeydiyyat jurnalının, dövlət reyestr kitablarının, qovluqların tərtib edilməsinə, aparılmasına və təkmilləşdirilməsinə) nəzarət edir. Hüquqların dövlət qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun aparılmasına görə məsuliyyət daşıyır. Şöbənin əsasnaməsi ilə müəyyən edilmiş digər işlərin həyata keçirilməsini təmin edir. Tabeçiliyində olan qeydiyyatçıların işinə nəzarət edir. Dövlət reyestrindən verilən çıxarışları və arayışları imzalayır və xidməti möhürü ilə təsdiq edir.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan normativ hüquqi aktları və digər metodiki rəhbər materialları; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları; tikinti şərtlərini; texniki hesabatların aparılması qaydalarını; daşınmaz əmlakın kadastrının aparılması üçün zəruri vasitə kimi istifadə olunan kadastr xəritəsinin yaradılması və aparılması metodlarını; kadastr xəritəsindən istifadə qaydalarına dair təlimatları; kompüter texnikasından, tətbiqi proqram təminatlarından istifadə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki və ya ali hüquq təhsili və müvafiq sahədə 5 ildən az olmayaraq əmək stajı.

12-ci dərəcə: IV qrupa aid edilən ərazi idarəsində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şöbəsinin müdiri vəzifəsini yerinə yetirdikdə;

13-cü dərəcə: III qrupa aid edilən ərazi idarəsində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şöbəsinin müdiri vəzifəsini yerinə yetirdikdə;

14-cü dərəcə: II qrupa aid edilən ərazi idarəsində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şöbəsinin müdiri vəzifəsini yerinə yetirdikdə;

15-ci dərəcə: I qrupa aid edilən ərazi idarəsində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şöbəsinin müdiri vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Hüquqların dövlət qeydiyyatı üçün zəruri olan hüquqi və texniki, həmçinin daşınmaz əmlakın bölmələri üzrə təqdim olunan sənədlərin tam və düzgün olmasını yoxlayır. Daşınmaz əmlakın bölmələri üzrə təqdim olunan sənədlərin tam və dolğun olmasını yoxlayır. Daşınmaz əmlaka dair məlumatların kağız və elektron daşıyıcıları üzərində qeydiyyatının qanunvericiliyə uyğun aparılmasına və müəyyən edilmiş müddətlərdə təmin edilməsinə nəzarət edir. Hüquqların dövlət qeydiyyatının dayandırması və ya dövlət qeydiyyatından imtina edilməsi barədə rəy verir. Hüquqi və texniki baxımdan düzgün olmayan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə müraciət edir və dəqiqləşdirilməsini tələb edir. Hazırlanmış dövlət reyestrindən çıxarış və arayışlardakı məlumatların düzgün yazılmasını və hüquq sahibinin şəxsiyyətini təsdiq edən sənəddəki məlumatlarla uyğunluğunu yoxlayır. Daşınmaz əmlaka dair qovluğun arxivə təhvil verilməsini təmin edir. Dövlət reyestrinə daxil edilən məlumatların hüquq müəyyənedici sənədlərdəki məlumatlara tam uyğun olmasına və hazırlanmış dövlət reyestrindən çıxarış və arayışlardakı məlumatların düzgün olmasına məsuliyyət daşıyır.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları, idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları; tikinti şərtlərini, texniki hesabatların aparılması qaydalarını; kompüter texnikasından, tətbiqi proqram təminatlarından istifadə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə ali ixtisas və ya ali hüquq təhsili və ixtisası üzrə müvafiq sahədə 3 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: III və ya IV qrupa aid edilən ərazi idarəsində hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsini yerinə yetirdikdə;

14-cü dərəcə: II qrupa aid edilən ərazi idarəsində hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsini yerinə yetirdikdə;

15-ci dərəcə: I qrupa aid edilən ərazi idarəsində hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Hüquqların dövlət qeydiyyatı üçün zəruri olan hüquqi və texniki sənədlərin düzgünlüyünü araşdırır, kadastr məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya dayandırılması üçün rəy verir. Daşınmaz əmlakın formalaşdırılmasında zəruri olan məlumatların kadastr xəritəsinə tam daxil edilməsinə nəzarət edir. Kadastr məlumatlarını kadastr xəritəsinə daxil edir, tabeçiliyində olan kadastr üzrə mütəxəssislərin işinə nəzarət edir. Çap edilmiş kadastr xəritəsindən çıxarışları yoxlayır və imza edir.

Kadastr xəritələrində torpaq sahələrinin və onun üzərində yerləşən daşınmaz əmlakın koordinatlara uyğun olaraq qatlar üzrə işlənməsini, sürüşmələrin və kənarlaşmaların dəqiqləşdirilməsini və bərpa edilməsini, bu mümkün olmadığı təqdirdə ölçülərin və koordinatların yenidən dəqiqləşdirilməsi üçün mühəndislərə sifarişlərin verilməsini həyata keçirir. Kadastr məlumatları ilə digər sənədlərdəki məlumatların düzgünlüyünü yoxlayır, daşınmaz əmlakın bölünməsi, birləşməsi və ayrılması nəticəsində yeni yaranan əmlakın kadastrını aparır, kadastr xəritələrində onları əks etdirir və kadastr planını çap edir.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları; tikinti şərtlərini, texniki hesabatların aparılması qaydalarını; daşınmaz əmlakın kadastrının aparılması üçün zəruri vasitə kimi istifadə olunan kadastr xəritəsinin yaradılması və aparılması metodlarını; kadastr xəritəsindən istifadə qaydalarına dair təlimatları; kompüter texnikasından, tətbiqi proqram təminatlarından istifadə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə ali ixtisas təhsili və müvafiq sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: III və ya IV qrupa aid edilən ərazi idarəsində kadastr üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

14-cü dərəcə: II qrupa aid edilən ərazi idarəsində kadastr üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

15-ci dərəcə: I qrupa aid edilən ərazi idarəsində kadastr üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı sisteminin qanunvericiliyə uyğunlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi və proqram təminatının işlənməsi işlərinə rəhbərlik edir. Şöbənin fəaliyyətinə dair aidiyyəti məsələlər üzrə ərazi idarəsinin rəhbərliyinə təkliflər verir. Ayrı-ayrı informasiyaların vahid bazaya daxil olması üçün proqram təminatının hazırlanması, məlumatların qorunması və təhlükəsizliyi üçün zəruri olan “Antivirus” proqramlarının yüklənməsi və vaxtaşırı yeniləşdirilməsi, müxtəlif hesabat formalarının hazırlanması, həmçinin istismarda olan kompüter texnikasının istismarına nəzarət edir, eləcə də iş rejiminin tənzimlənməsi, yüngül təmiri və profilaktikası işlərini təmin edir.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları; işçi təlimatların və işlədilən proqramın xüsusiyyətlərinə uyğun məlumatların kompüterə düzgün və sürətlə daxil edilməsi və kompüterin yaddaşına daxil edilən məlumatlarda dəyişikliklərin aparması qaydalarını; müxtəlif proqramlarda və rejimlərdə (Microsoft Word, Excel və Internet) işləmə xüsusiyyətlərini və qaydalarını; işlədilən informasiya avadanlığının texniki istismar xüsusiyyətlərini; idarəetmə pultunun və printerin quruluşunu; yerinə yetirilən proseslərin mahiyyətini və ardıcıllığını; proqramlaşdırmanın əsaslarını, riyazi modelləri və alqoritmləri; müvafiq proqramların mühəndis proqramlaşdırıcı ilə birgə tərtib edilməsini; müvafiq tapşırıq və məsələlərin qoyuluşunu, riyazi modelləşdirilməsini və çap edilmə qaydalarını; işlədilən kompüter proqramlarının dilini; şifrin seçilmə üsulunu; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: IV qrupa aid edilən ərazi idarəsində informasiya texnologiyaları üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

14-cü dərəcə: III qrupa aid edilən ərazi idarəsində informasiya texnologiyaları üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

15-ci dərəcə: II qrupa aid edilən ərazi idarəsində informasiya texnologiyaları üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: I qrupa aid edilən ərazi idarəsində informasiya texnologiyaları üzrə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Daşınmaz əmlakın müvafiq bölmələri üzrə hüquqların qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ekspertizasını həyata keçirir və sənədlərdə aşkar edilən hüquqi və texniki xarakterli çatışmamazlıqların dəqiqləşdirilməsini aidiyyəti üzrə tələb edir. Hüquqların dövlət qeydiyyatının aparılmasına imkan verən sənədlərdəki məlumatları reyestr kitablarına və elektron daşıyıcılara daxil edir, hüquqların dövlət qeydiyyatını aparır, qeydiyyat icraçısı kimi imza edir, dövlət reyestrindən çıxarışı və ya müvafiq arayışı çap edir. Hüquqların dövlət qeydiyyatının dayandırılması və ya dövlət qeydiyyatından imtina edilməsi barədə məlumatı imzaladıqdan sonra idarə rəisinin imzası ilə rəsmiləşdirərək ərizəçinin ünvanına vaxtında göndərilməsini təşkil edir. Daşınmaz əmlaka dair qovluğun arxivə təhvil verilməsini təmin edir. Dövlət reyestrinə daxil edilən məlumatların hüquq müəyyənedici sənədlərdəki məlumatlara tam uyğun olmasına və dövlət reyestrindən çıxarış və arayışlardakı məlumatların düzgün olmasına məsuliyyət daşıyır.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları; tikinti şərtlərini; texniki hesabatların aparılması qaydalarını; kompüter texnikasından, tətbiqi proqram təminatlarından istifadə qaydalarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə ali ixtisas və ya ali hüquq təhsili.

10-cu dərəcə: 9-cu dərəcəli hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: 9-cu dərəcəli hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsində 3 ildən və ya hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində 1 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə (hüquqların dövlət qeydiyyatı üzrə aparıcı ekspert): 10-cu və ya 11-ci dərəcəli hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsində 2 ildən və ya hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə (hüquqların dövlət qeydiyyatı üzrə aparıcı ekspert): hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində 5 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Müxtəlif mürəkkəblik sinfinə mənsub olan binaların, tikililərin inventar və bazar qiymətlərini, onların aşınma faizini normativlər əsasında müəyyənləşdirir. Xidmət haqlarının hesablanmasında iştirak edir və düzgün hesablanmasına nəzarət edir. Yerli normativ qiymətlərin hazırlanması və tətbiqi ilə məşğul olur.

Vizual baxış və müayinələrlə hər bir konstruktiv elementin və bütövlükdə tikili və qurğunun faktiki fiziki aşınmasını, binaların əsaslılıq dərəcəsinə uyğun olaraq normativ amortizasiya ayırmalarını müəyyən edir. Binaların tikintialtı sahələrini, həcmini və əsaslılıq qrupunu müəyyənləşdirir, mövcud külliyyatlardan istifadə etməklə onların inventar dəyərini hesablayır. Müxtəlif metodiki göstərişlərdən istifadə etməklə tikili və qurğuların balans qiyməti, balans dəyəri məlum olmadıqda isə digər üsullardan istifadə etməklə bərpa və qalıq dəyərlərini müəyyənləşdirir. Beynəlxalq norma və standartların tələblərinə uyğun olaraq müxtəlif üsullarla (müqayisə, gəlir və xərc metodları ilə) daşınmaz əmlakın bazar qiymətlərini müəyyənləşdirir. Daşınmaz əmlak bazarında tələb və təklifi öyrənir. Bazar dinamikasını müntəzəm olaraq nəzarətdə saxlayır.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki inventarlaşdırma və əmlakın qiymətləndirilməsi işlərində istifadə olunan vahid qiymət normalarını; daşınmaz əmlakın bazar qiymətlərinin formalaşdırılması qayda və üsullarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: müvafiq sahə üzrə orta ixtisas təhsili və ixtisası üzrə 1 ildən az olmayaraq əmək stajı;

7-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsilli olmaqla 6-cı dərəcəli mühəndis-qiymətləndirici vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 7-ci dərəcəli mühəndis-qiymətləndirici vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 8-ci dərəcəli mühəndis-qiymətləndirici vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 9-cu dərəcəlim mühəndis qiymətləndirici vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 10-cu dərəcəli mühəndis-qiymətləndirici vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə (aparıcı mühəndis-qiymətləndirici): müvafiq sahə üzrə ali ixtisas təhsili və 2 ildən az olmayaraq 11-ci dərəcəli mühəndis-qiymətləndirici vəzifəsində əmək stajı;

13-cü dərəcə (aparıcı mühəndis-qiymətləndirici): müvafiq sahə üzrə ali ixtisas təhsili və 2 ildən az olmayaraq 12-ci dərəcəli mühəndis-qiymətləndirici vəzifəsində əmək stajı.

Əmək funksiyası. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması və ya dövlət reyestrindən arayışların alınması üçün təqdim edilmiş ərizənin (müraciətin) düzgün doldurulmasına, ona əlavə edilmiş sənədlərin ərizədə (müraciətdə) göstərilən məzmuna uyğun olmasını yoxlayır, çatışmayan sənədləri tələb edir. Sənədlər tam olduqda onları qəbul edərək kağız və elektron daşıyıcılar üzərində qeydiyyata. İcra olunmaq üçün sənədlərin aidiyyəti şöbələrə çatdırılmasını təmin edir.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; xidmət haqlarının ödənilməsi qaydaları haqqında təlimatı; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları; kompüter texnikasından, tətbiqi proqram təminatlarından istifadə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə ali ixtisas və ya ali hüquq təhsili.

9-cu dərəcə: 7-ci və ya 8-ci dərəcəli hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı köməkçisi vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə: 9-cu dərəcəli hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə ( hüquqların dövlət qeydiyyatı üzrə aparıcı qeydiyyatçı): 10-cu dərəcəli hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Hüquqi və ya fiziki şəxslərin müraciətləri, rəhbərliyin müvafiq tapşırıqları əsasında aidiyyəti ünvanlara gedir. Mülkiyyət hüququnu təsdiqləyən sənədlərə uyğun olaraq ayrılmış torpaq sahələrinin dəqiq nişanlanmasını, koordinatlarının götürülməsini və kadastr xəritəsində dəqiq oturdurulması məqsədilə kompleks ölçmə işlərinin aparılmasını həmin sahənin relyefinə uyğun olaraq təmin edir. Yerquruluşu üzrə səmərəli metodlardan, ölçü və nəzarətedici vasitələrdən istifadə etməklə çöl və kameral işlərin icrasını təmin edir. Ən məsuliyyətli və ən mürəkkəb geodeziya və relyefli sahələrin ölçülməsi işlərində iştirak edir. Yerquruluşu üzrə ölçü və nəzarətedici vasitələrin uçotunu aparır, onlara olan tələbatı müəyyənləşdirir. Onların vaxtlı-vaxtında təmirini və müvafiq idarələr tərəfindən yoxlanılmasını təmin edir. Ərazi idarəsinin mühəndis-inventarlaşdırıcıları, kadastr üzrə mütəxəssis ilə qarşılıqlı fəaliyyəti təmin edir. Rəhbərliyin cari tapşırıqlarını yerinə yetirir. Torpaq kadastrı işlərinin qanunvericiliyin, normativ-texniki və digər sənədlərin tələblərinə uyğun aparılması üçün yerquruluşu üzrə məlumatların dəqiq təmin edilməsinə məsuliyyət daşıyır.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları; geodeziya, kartoqrafiya, topoqrafiya işlərinin icrası üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar, əmr və sərəncamlarını; aidiyyəti metodiki və normativ sənədləri; geodeziya, kartoqrafiya, topoqrafiya alətlərini və onların istismar qaydalarını; yerquruluşu, geodeziya, topoqrafiya işlərinin icrasının təşkilini və texnologiyasını; geodeziya, topoqrafiya işlərində yol verilə bilən xətaları; texniki hesabatların aparılması, müasir cihazlarla ölçmə qaydalarını; müxtəlif mürəkkəblik sinfinə və relyefə malik olan sahələrin riyazi üsullarla hesablama qaydasını; kompüter texnikasından, tətbiqi proqram təminatlarından istifadə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: müvafiq sahə üzrə orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı;

7-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsilli olmaqla 6-cı dərəcəli yerquruluşu üzrə mühəndis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 7-ci dərəcəli yerquruluşu üzrə mühəndis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 8-ci dərəcəli yerquruluşu üzrə mühəndis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə (yerquruluşu üzrə aparıcı mühəndis): müvafiq sahə üzrə ali ixtisas təhsili və 9-cu dərəcəli yerquruluşu üzrə mühəndis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə (yerquruluşu üzrə aparıcı mühəndis): müvafiq sahə üzrə ali ixtisas təhsili və 10-cu dərəcəli yerquruluşu üzrə mühəndis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Texniki inventarlaşdırma işlərinin aparılması üçün hazırlıq işlərini yerinə yetirir və mövcud materiallardan lazımi çıxarışlar edərək işçi heyətini inventarlaşdırma işlərinə hazırlaşdırır. Şərti işarələrin tələblərinə əməl edilməklə müxtəlif mürəkkəblik dərəcəsinə malik olan torpaq sahələrinin, tikili və qurğuların (döngə nöqtəsi 12-dən çox olan düzbucaqlı və ya düzbucaqlı olmayan, əyri xətlərlə əhatələnən torpaq sahələri; planda 3-dən artıq düzbucaqlı şəklində olan, həmçinin düzbucaqlı olmayan bucaqlara və əyri xətlərə malik olmaqla mürəkkəb dərəcəli konstruktiv sxemlərə və memarlıq həllinə malik olan və mərtəbələr üzrə planlaşması müxtəlif olan tikili və qurğular), həmçinin digər müxtəlif növ daşınmaz əmlakın konturlarını tərtib edir, çöl ölçmə işlərini aparır, texniki xarakteristikalarını verir, ayrılıqda hər bir konstruktiv elementin və bütövlükdə tikili və qurğunun faktiki köhnəlmə faizini müəyyənləşdirir. Kameral işləri yerinə yetirir, elektron variantda və ya kağız üzərində mühəndis qrafikasının tələblərinə uyğun olaraq cizgiləri hazırlayır, sahələrin təsnifat bölgüsünü aparır, həcmləri hesablayır, texniki pasportun bir nüsxəsini tərtib edir. Müxtəlif sifarişlər əsasında yerində təkrar müayinələr aparır, daşınmaz əmlakın tərkibində və keyfiyyətindəki cari dəyişiklikləri müəyyənləşdirir, onların texniki sənədlərə daxil edilməsini, müayinə aktının tərtib edilməsini, inventar obyektinin qovluğunun hazırlanmasını və arxivə təhvil verilməsi təmin edir. Texniki inventarlaşdırma işləri ilə bağlı məhkəmələrdə iştirak edir. Xəritələrdən istifadə edilməsi, əmlakın yerləşdiyi torpaq sahəsinin naturadan xəritəyə köçürülməsi, istinad nöqtələrinə bağlanılması, çöl ölçmə işlərində elektron cihazlardan və cizgilərin tərtib edilməsində müvafiq proqramlardan istifadə edilməsi kimi işlərin yerinə yetirilməsini təmin edir.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, tikinti şərtləri; texniki hesabatların aparılması və müasir cihazlarla ölçmə qaydalarını; müxtəlif mürəkkəblik sinfinə malik olan binaların, tikililərin sahəsinin və həcminin riyazi üsullarla hesablama qaydalarını; kompüter texnikasından, tətbiqi proqram təminatlarından istifadə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: müvafiq sahə üzrə orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı;

7-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsilli olmaqla 6-cı dərəcəli mühəndis-inventarlaşdırıcı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 7-ci dərəcəli mühəndis-inventarlaşdırıcı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 8-ci dərəcəli mühəndis-inventarlaşdırıcı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə (aparıcı mühəndis-inventarlaşdırıcı): müvafiq sahə üzrə ali ixtisas təhsili və 9-cu dərəcəli mühəndis-inventarlaşdırıcı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə (aparıcı mühəndis-inventarlaşdırıcı): müvafiq sahə üzrə ali ixtisas təhsili və 10-cu dərəcəli mühəndis-inventarlaşdırıcı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Kadastr xəritələrində torpaq sahələri və onun üzərində yerləşən daşınmaz əmlakın koordinatlara uyğun olaraq qatlar üzrə işlənməsini, sürüşmələrin və kənarlaşmaların dəqiqləşdirilməsini və bərpa edilməsini, bu mümkün olmadığı və uyğunsuzluqla bağlı məlumat verildiyi təqdirdə ölçülərin və koordinatların yenidən dəqiqləşdirilməsi üçün mühəndislərə sifarişlərin verilməsini həyata keçirir. Kadastr məlumatları ilə bağlı sənədlərdəki məlumatların düzgünlüyünü yoxlayır, daşınmaz əmlakın bölünməsi, birləşməsi və ayrılması nəticəsində yeni yaranan əmlakın kadastrını aparır. Eyni zamanda dövlət reyestrinin birinci fəslinin tam formalaşması üçün baza xəritəsi də daxil olmaqla daşınmaz əmlaka dair məhdudiyyət və yüklülük ilə bağlı bütün işləri aparır, kadastr xəritələrində onları əks etdirir və kadastr planını çap edir.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları; tikinti şərtlərini; texniki hesabatların aparılması qaydalarını; daşınmaz əmlakın kadastrının aparılması üçün zəruri vasitə kimi istifadə olunan kadastr xəritəsinin yaradılması və aparılması metodlarını; kadastr xəritəsindən istifadə qaydalarına dair təlimatları; kompüter texnikasından, tətbiqi proqram təminatlarından istifadə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: müvafiq sahə üzrə orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı;

7-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsilli olmaqla 6-cı dərəcəli kadastr üzrə mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 7-ci dərəcəli kadastr üzrə mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 8-ci dərəcəli kadastr üzrə mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə (kadastr üzrə aparıcı mütəxəssis): müvafiq sahə üzrə ali ixtisas təhsili və 9-cu dərəcəli kadastr üzrə mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə (kadastr üzrə aparıcı mütəxəssis): müvafiq sahə üzrə ali ixtisas təhsili və 10-cu dərəcəli kadastr üzrə mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Hüquqların dövlət qeydiyyatının aparılması və ya dövlət reyestrindən məlumatların alınması üçün təqdim edilmiş sənədlər tam olduqda onları qəbul edərək qeydiyyatını rəsmiləşdirir və sənədləri təqdim edənlərə bu barədə müvafiq qəbz verir. İdarə rəhbərinin dərkənarına müvafiq olaraq sənədləri aidiyyəti üzrə icraçılara çatdırır. Qeydiyyatdan keçmiş sənədlər üzrə lazımi məlumatları rəhbərliyə təqdim edir.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; müəssisə, idarə və təşkilatlarda kargüzarlıq işlərinin aparılmasına dair təlimatları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-6-cı dərəcələr: müvafiq sahə üzrə orta ixtisas təhsili və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı;

7-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas və ya ali hüquq təhsili, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas və ya ali hüquq təhsili və 7-ci dərəcəli hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı köməkçisi vəzifəsində 2 ildən az olmayaraq əmək stajı.

Yerquruluşu üzrə texnik

Əmək funksiyası. Yerquruluşu üzrə səmərəli metodlardan, ölçü və nəzarətedici vasitələrdən istifadə etməklə çöl və kameral işləri yerinə yetirir. Yerquruluşu üzrə işlərin aparılmasında çöl ölçmə işləri üzrə jurnalların və digər icra sənədlərinin işlənib hazırlanmasını və saxlanılmasını təmin edir. Ərazi idarəsinin mühəndis-inventarlaşdırıcıları, kadastr üzrə mütəxəssis ilə qarşılıqlı fəaliyyəti əlaqələndirir. Rəhbərliyin cari tapşırıqlarını yerinə yetirir. Torpaq kadastrı işlərinin qanunvericiliyin və digər normativ-texniki sənədlərin tələblərinə uyğun aparılması üçün yerquruluşu üzrə məlumatların dəqiq təmin edilməsinə məsuliyyət daşıyır.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları; aidiyyəti əsasnamə və təlimatları; texniki sənədlərə, materiallara, məlumatlara qoyulan tələbləri; geodeziya, kartoqrafiya, topoqrafiya işlərinin icrası zamanı rəhbər tutulan metodiki və normativ sənədləri; geodeziya, kartoqrafiya, topoqrafiya alətlərini və onların istismar qaydalarını; texniki hesabatların aparılma və müasir cihazlarla ölçmə qaydalarını; kompüter texnikasından, tətbiqi proqram təminatlarından istifadə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə orta ixtisas təhsili.

4-cü dərəcə: əmək stajına tələb qoyulmadan;

5-6-cı dərəcələr: 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;

7-8-ci dərəcələr: 5 ildən az olmayaraq 6-cı dərəcəli yerquruluşu üzrə texnik vəzifəsində əmək stajı.

Əmək funksiyası. Texniki inventarlaşdırma işlərinin aparılması üçün hazırlıq işlərinin görülməsini və mövcud materiallardan lazımi çıxarışların edilməsini təmin edir. Şərti işarələrin tələblərinə əməl edilməklə II sinif mürəkkəblik dərəcəsinə qədər olan torpaq sahələrinin, tikili və qurğuların (torpaq sahəsi düzbucaqlı, döngə nöqtələrinin sayı 5 və daha artıq olan torpaq sahələri; planda 2 və ya 3 düzbucaqlı şəklində olmaqla orta dərəcəli konstruktiv sxemlərə və memarlıq həllinə malik olan və mərtəbələr üzrə planlaşması müxtəlif olan tikili və qurğular) konturlarının tərtibi, çöl ölçmə işlərinin aparılması, texniki xarakteristikaların verilməsi, ayrılıqda hər bir konstruktiv elementin və bütövlükdə tikili və qurğunun faktiki köhnəlmə faizinin müəyyənləşdirilməsi işlərini aparır. Kameral işləri yerinə yetirir, elektron variantda və ya kağız üzərində mühəndis qrafikasının tələblərinə uyğun olaraq cizgiləri hazırlayır, sahələrin təsnifat bölgüsünü aparır, həcmləri hesablayır, texniki pasportun bir nüsxəsini tərtib edir. Müxtəlif sifarişlər əsasında yerində təkrar müayinələr aparır, daşınmaz əmlakın tərkibində və keyfiyyətindəki cari dəyişikləri müəyyənləşdirir, onların texniki sənədlərə daxil edilməsini, müayinə aktının tərtib edilməsini, inventar obyektinin qovluğunun hazırlanmasını və arxivə təhvil verilməsini təmin edir.

Bilməlidir: daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı qanunvericilik aktlarını, dövlət reyestri sahəsində qərar, əmr və sərəncamları, aidiyyəti əsasnamə və təlimatları; idarənin fəaliyyətinə aid olan metodiki normativ və digər rəhbər materialları; texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri, texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları; tikinti şərtlərini; texniki hesabatların aparılması və müasir cihazlarla ölçmə qaydalarını; vahid qiymətlər əsasında binanın aşınma faizinin hesablanma qaydasını; geodeziyanın elementar əsaslarını və geodeziya alətləri və cihazlarından istifadə qaydalarını; topoqrafik və inşaat rəsmxətinin əsaslarını, burada işlədilən şərti işarələri; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə orta ixtisas təhsili.

4-cü dərəcə: əmək stajına tələb qoyulmadan;

5-6-ci dərəcələr: 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı;

7-8-ci dərəcələr: 5 ildən az olmayaraq 6-cı dərəcəli texnik-inventarlaşdırıcı vəzifəsində əmək stajı.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver