AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİ YANINDA
№ 59 “01” may 2000-ci il
Bakı şəhəri. Əmr № _59_
Daşınmaz əmlakın mülkiyyətçilərinə əqdlərin rəsmiləşdirilməsi məqsədilə dti və mhqi-ri tərəfindən verilən arayışların doldurulması qaydaları haqqında təlimatın təsdiq edilməsi barədə
Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası qanununu və Respublika Ədliyyə Nazirliyinin 7/604-K36 saylı 28 aprel 2000-ci il tarixli məktubunu nəzərə alaraq
1. Daşınmaz əmlakın mülkiyyətçilərinə əqdlərin rəsmiləşdirilməsi məqsədilə dti və mhqi-ri tərəfindən verilən arayışın doldurulması qaydası haqqında təlimat təsdiq edilsin.
Bu təlimatın Respublika Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi qısa müddətdə təmin edilsin.
2. Təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi gündən qüvvəyə minir.
3. Əmrin icrasına nəzarət BDTİ vö MHQİ-nin rəisi R.N.Məmmədov yoldaşa tapşırılsın.