Qanunvericilik › “Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) › Tam mətn

“Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012)

“Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

“Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,

1. “Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q67-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı:

Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət daxili işlər orqanlarında xidmətə qəbul məqsədi ilə müsabiqədə iştirak üçün müraciətin və sənədlərin qəbulu qaydalarını nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”.

1.3.2. "Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi.

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.19-cu bəndi

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Daxili İşlər Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları:

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

1.7. Elektron xidmətin icra müddəti:

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Vətəndaşın daxili işlər orqanlarında xidmətə qəbul üzrə müsabiqədə iştirakına icazə verilməsi.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:

2.2. Elektron xidmət üzrə ödəniş:

2.3. Elektron xidmətin istifadəçiləri:

Azərbaycan Respublikasının vətəndaşları.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://mia.gov.az/index.php?/az/content/170/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://mia.gov.az/index.php?/az/content/170/

- e-poçt: info@mia.gov.az

- telefon: +994 12 590-92-72

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmət göstərilməsi üçün ərizəyə (əlavə №1) aşağıdakılar əlavə olunur.

2.6.1.1. Şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi;

2.6.1.2. Əmək kitabçasının,

2.6.1.3. Hərbi biletin,

2.6.1.4. Müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin skan edilmiş surəti;

2.6.1.5 Tərcümeyi-hal;

2.6.1.6 Yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu il, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: daxili işlər orqanlarında vəzifələrdə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilərkən istifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və icrası ilə bağlı ərizəçinin elektron ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları:

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş, eləcə də konkret vəzifələrdə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqənin şərtlərinə uyğun gəlməyən, habelə yaşı 20-dən aşağı 30-dan yuxarı olan şəxslər tərəfindən verilmiş sorğunun qəbul edilməsindən imtina olunur.

Həmçinin ərizə tam doldurulmadıqda, təqdim olunmuş sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edildikdə, sorğunun qəbul edilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda müraciət qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq qeydiyyata alınır və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əsasən baxılması üçün elektron formada (internet vasitəsi ilə) xidmətə qəbul etmək səlahiyyəti verilmiş müvafiq daxili işlər orqanına ünvanlanır. Sorğunun icrası üzrə həmin daxili işlər orqanının rəhbərliyi məsuliyyət daşıyır.

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və /və ya maksimal yerinə yetirilmə müddəti:

Sənədlərə müvafiq daxili işlər orqanında baxılır, sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində qeyd olunan müddətlərdə sənədlər öyrənildikdən və namizəd barədə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də göstərilən yoxlamalar keçirildikdən sonra müraciət üzrə qərar qəbul edilərək (müsabiqədə iştiraka buraxılma və ya imtina) istifadəçinin elektron poçtuna bu barədə məlumat verilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində qeyd olunan müddətlərdə sənədlər öyrənildikdən və namizəd barədə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də göstərilən yoxlamalar keçirildikdən sonra müraciət üzrə qərar qəbul edilərək (müsabiqədə iştiraka buraxılma və ya imtina) istifadəçinin elektron poçtuna bu barədə məlumat verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: kargüzarlıq;

Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçilər onlara elektron xidmətin göstərilməsinə məsul olan müvafiq daxili işlər orqanının rəhbərinin tabe olduğu yuxarı orqana və (və ya) məhkəməyə şikayət etmək hüququna malikdir.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət kağız üzərində və elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti:

Şikayətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən olunmuş qaydada ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Qeydiyyatda olduğu ünvan:

İctimai siyasi partiya və hərəkatlara, dini təşkilatlara mənsubluğu

Özünün və yaxın qohumlarının cinayət törətdiyinə görə əvvəllər məhkum edilməsi, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsi

Təhsili (bitirdiyi il, təhsil müəssəsinin adı və ixtisası)

Əvvəllər daxili işlər orqanlarında və ya digər hüquq-mühafizə orqanlarında işləyib-işləməməsi (orqanın adı, vəzifəsi, xidmət müddəti)

Hərbi xidmətə münasibəti; (hərbi xidmətdə olub-olmaması)

Elektron ünvanı: e-mail

Qeyd: Aşağıdakı hallarda ərizə qeydiyyata alınmır:

Yuxarıda qeyd olunan sətirlərdən hər hansı biri doldurulmadıqda;

Ərizəçinin yaşı 20-dən aşağı və 10-dan yuxarı olduqda;

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizələri.

1. 17 noyabr 2015-ci il tarixli Q50-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511170050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 noyabr 2015-ci il)

2. 12 aprel 2016-cı il tarixli Q20-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201604120020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 aprel 2016-cı il)

3. 31 mart 2017-ci il tarixli Q15-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703310015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 aprel 2017-ci il)

4. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)

5. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver