Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifmi nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Polis əməkdaşının maddi və sosial təminatlan ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1.1-ci bəndində, 1 nömrəli əlavəsinin adında, 1-ci bəndində, ulduz işarəsi altında olan cümləsində, 7-ci bəndində, 10-cu bəndinin ikinci abzasında və 14-cü bəndində “xidmət illərinə” sözlərinin əvvəlinə “fasiləsiz” sözü əlavə edilsin, həmin əlavənin 1-ci bəndində “iş stajına görə” sözləri “fasiləsiz xidmət illərinə görə” sözləri ilə əvəz edilsin.
3. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 yanvar tarixli 4 nömrəli qərarının 1-ci bəndində “xidmət illərinə” sözlərinin əvvəlinə “fasiləsiz” sözü əlavə edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 22 iyul 2004-cü il
l. Bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə və daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına (bundan sonra - əməkdaşlar) fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir.
2. Fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə aşağıdakı dövrlər hesablanır:
daxili işlər orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti;
daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət;
ali dövlət hakimiyyəti orqanlarından işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət;
Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti;
hakim vəzifəsində işlədikləri müddət;
digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddəti;
xarici ölkələrin hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş əməkdaşların həmin orqanlarda işlədikləri müddət;
daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət;
Daxili İşlər Nazirliyinin təhsil müəssisələrində təhsil aldıqları, ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət;
daxili işlər orqanlarında xidmət keçərkən əmək haqqının saxlanması şərtilə əməkdaşların vəzifədən kənarlaşdırıldıqları müddət;
təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar və ya attestasiyanın nəticələrinə görə müəyyən edilmiş qaydada vəzifədən azad edilərək daxili işlər orqanının sərəncamında saxlanılma müddəti;
hər il verilən əsas məzuniyyət, habelə qısamüddətli, xəstəliyə görə, tətilə çıxmaqla (kursantlar üçün), Daxili İşlər Nazirliyinin təhsil müəssisələrini bitirməklə əlaqədar, əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə), hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət, qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər məzuniyyət müddəti;
dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.
3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, sonradan isə xidmətə bərpa edilmiş əməkdaşların xaric olunduqları gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan daxili işlər orqanlarında xidmət aparmadıqları müddət fasiləsiz xidmət illərinə daxil edilir.
4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik daxili işlər orqanlarının rəis və sıravi heyətinə
mənsub şəxslərin həbsdə olduğu, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduğu müddət fasiləsiz xidmət illərinə daxil edilir.
5. Daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illəri:
xüsusi təyinatlı struktur vahidində xidmət edən əməkdaşların bir ayı - bir ay yarım:
partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə və terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət edən əməkdaşların bir ayı-iki aya, terror əleyhinə aparılan əməliyyatlarda, o cümlədən beynəlxalq polis qüvvələrinin tərkibində iştirak müddəti bir xidmət günü üç günə bərabər tutularaq hesablanır. Bu halda xidmət müddəti terror əleyhinə aparılan əməliyyatın başlandığını, başa çatdığını əks etdirən və əməkdaşların iştirakını təsdiqləyən Daxili İşlər Nazirliyinin müvafiq sənədi əsasında müəyyən edilərək hesablanır.
6. Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır.
7. Bu Qayda təsdiq edilən günədək daxili işlər orqanları əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün hesablanmış xidmət illəri dəyişdirilə bilməz.
8. Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə verilən əlavə haqq onların orta əmək haqlan hesablanarkən nəzərə alınır.
9. Əməkdaşlara fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illəri Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş komissiyaların rəyi əsasında əmrlə təsdiq edilir.
1. 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)
2. 24 fevral 2011-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 161)
3. 5 iyun 2014-cü il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 729)
4. 15 noyabr 2016-cı il tarixli 453 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1941)
5. 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)
6. 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290)
7. 13 mart 2024-cü il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 mart 2024-cü il, “Xalq” qəzeti, 17 mart 2024-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 326)
8. 3 noyabr 2025-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 noyabr 2025-ci il, “Xalq” qəzeti, 6 noyabr 2025-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1080)