22 oktyabr 1997-ci il N 33-9
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabça-larının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyası
1. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin təqdim etdiyi Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası (hissə 56-1) təsdiq edilsin.
2. SSRİ Dövlət Əmək və Sosial məsələlər Komitəsinin və ÜHİMŞ-nın 6 dekabr 1983-cü il tarixli 283/24-82 nömrəli qərarı ilə təsdiq edilmiş fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (hissə 56-1) “Dəmir Yolu” bölməsi Azərbaycan Respublikası ərazisində öz qüvvəsini itirmiş hesab edilsin.
Kollegiyanın sədri: prof. Ə. NAĞIYEV