Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi qeydə almışdır
tarix 13 yanvar 1998-ci il
Nazir əvəzi S. Həsənova
Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi
kollegiyasının 38-7 nömrəli 27 dekabr
1997-ci il tarixli qərarı ilə təsdiq
Nazir prof. Ə. Nağıyev
Dəniz donanması nəqliyyat gəmilərində olan qulluqçu vəzifələri üzrə tarif-ixtisas sorğu kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında” Qərarının icrası ilə əlaqədar tərtib edilmişdir.
Hazırkı bölməyə dəniz-donanması nəqliyyat gəmilərində olan qulluqçu vəzifələrinin - komandir heyəti üzvlərinin tarif-ixtisas xüsusiyyətləri daxil edilmişdir.
Tarif-ixtisas sorğu kitabçası dəniz donanması nəqliyyat gəmilərində mülkiyyət formasından asılı olmayaraq, əməyin Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilməsinin tətbiqi, işçilərin attestasiyası keçirildiyi və vəzifəyə təyin edildiyi zaman normativ sənəd kimi istifadə edilmək məqsədi ilə işlənib hazırlanmışdır. Sorğu kitabçasında qeyd olunmuş ixtisas xüsusiyyətlərindən başqa, dəniz donanması nəqliyyat gəmilərinin işçiləri bunları bilməlidirlər: dəniz donanması gəmilərində xidmət Nizamnaməsini, işçilərin fəaliyyətini nizamlayan qayda və təlimatları, texniki istismar qaydalarını, təhlükəsizlik texnikası üzrə təlimatları, yanğından mühafizə qaydalarını, dəniz nəqliyyatı işçilərinin intizamı haqqında Nizamnaməni.
Dəniz üzgüçülüyünün təhlükəsizliyinin yüksəldilməsi, yeni qəbul edilmiş beynəlxalq konvensiyaların və Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin beynəlxalq normativlərə və yerli şəraitlə Əlaqədar hazırladığı başqa normativ sənədlərə uyqun olaraq gəmiçilikdə “Üzüçü heyətin seçilməsi, yerləşdirilməsi və yuxarı vəzifəyə keçirilməsi” haqqında Əsasnamə mövcud olduğu halda, işçilərin (komandir heyət üzvlərinin) əməyin ödənilməsi dərəcələrinə ixtisas tələbləri bu Əsasnamə ilə müəyyənləşdirilir.
VƏZİFƏ BORCU: Dəniz yol nəqliyyatı vasitələrində xidməti radiorabitə Qaydalarına ciddi riayət edir. Növbə çəkir, başqa gəmilərlə və limanla rabitəni, meteoroloji məlumatların və fırtına xəbərdarlıqlarının alınması və verilməsini təmin edir. Həyəcan, fəlakət, təcili və təhlükəsizlik siqnallarına nəzarət edir. Radiotexniki vasitələrin təmiri və onlara texniki xidmətdə iştirak edir. Lazım olan hallarda radiostansiyanın rəisini əvəz edir.
BİLMƏLİDİR: Dənizdə beynəlxalq radiorabitənin təşkilini tənzimləyən materialları, sənədləri və təlimatları; radiotexniki vasitələrin quruluşu və iş prinsipi, onların istismarı üzrə təlimatları; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
İş stajına tələb qoyulmadan ali ixtisas və ya orta ixtisas (texniki) təhsil:
7-ci dərəcə - 1-4-cü qrup gəmilərdə;
8-ci dərəcə - 5-ci və 6-cı qrup gəmilərdə;
9-cu dərəcə - 6-cı qrupdan böyük gəmilərdə..
Gövdəyə, göyərtəyə, üst tikiliyə, yük anbarlarına və gəmi otaqlarına, ballast və içməli su anbarlarına, onların ölçü, hava və qəbul borularına, ranqouta, takelaja, nərdivanlara, ip nərdivanlara, sükan, lövbər, yanalma və yedək qurğularına, onların texniki vasitələrinə (bu vasitələrin mexaniki və elektrik hissələrindən başqa), xilasetmə vasitələrinə, yanğından mühafizə, qəza-xilasetmə avadanlıqlara, ləvazimatlara, avadanlıqlara və öz sahəsi üzrə digər texniki vasitələrə texniki xidməti təmin edir. Öz sahəsi üzrə dəyişək-ehtiyat hissələrinə, material-texniki təchizata və anbarlara nəzarət edir. Rəngsazlıq və takelaj işlərinə rəhbərlik edir (maşın şöbəsi də daxil olmaqla). Öz sahəsi üzrə texniki istismar qaydalarını yerinə yetirir, şəxsən və ya gəmi mütəxəssislərini cəlb etməklə bu texniki vasitələrdə ortaya çıxan müxtəlif qüsurları və nöqsanları aradan götürür. Gəminin gövdə hissəsi üzrə iş planı tərtib edir və onu təsdiq üçün böyük mexanikə təqdim edir. Böyük mexanik və kapitanın böyük köməkçisi ilə razılaşdırmaqla tabeliyində olan heyət üzvlərini növbə və işlər üzrə yerləşdirir, onların iş vaxtlarının və istirahət günlərinin uçotunu aparır. Təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qayda və təlimatları yerinə yetirir, tabeliyində olan şəxslərdən bu qaydaların yerinə yetirilməsini tələbə edir və işlərin təhlükəsizliyini təmin edir. Gəmi mütəxəssisləri tərəfindən gövdə hissəsi üzrə görülən təmir-profilaktika işlərinə rəhbərlik edir, anbarların və yük kompleksinin yükvurma-yükboşaltma əməliyyatlarına hazırlılığını təmin edir, ağır və iri ölçülü yüklərin vurulması və boşaldılması işlərində iştirak edir. Gövdə hissəsinin gəminin yola düşməsini, fırtınalı havada üzməsinin hazırlılığını, yüklərin, avadanlıqların bərkidilməsini təmin edir, Sahil mütəxəssisləri tərəfindən yüklərin bərkidilməsinə nəzarət edir və bu haqda kapitanın köməkçisinə məlumat verir. Hər dəfə gəminin limana yan alması ərəfəsində nərdivan bucurğadlarının sazlığını yoxlayır, lazım gəldikdə bu işə digər cavabdeh şəxsləri cəlb edir. Qəza və yanğından mühafizə avadanlıqlarının, kollektiv və fərdi xilasetmə vasitələrinin, onların təchizatının və endirmə qurğularının hazırlılığını təmin edir. Lövbər zəncirlərinin, blokların, qarmaqların, zəncirlərin, pərçimlərin və gövdə hissəsinin digər takelaj avadanlıqlarının vaxtaşırı yoxlanılmasını və sınaqdan keçirilməsini təmin edir. Təmir cədvəllərinin tərtibi üçün materialları hazırlayır, sahil mütəxəssislərinin gövdə hissəsi üzrə gördükləri işlərin keyfiyyətinə nəzarət edir. Göyərtədə, otaqlarda və komandanın yeməkxanasında təmizliyi və nizam-intizamı təmin edir. Gəmiyə yeni gəlmiş heyət üzvlərinin öz sahələri üzrə iş cədvəli ilə, həyəcan siqnalları cədvəli ilə, qəza və yanğınsöndürmə avadanlıqları ilə kollektiv və fərdi xilasetmə vasitələri ilə tanış edir və onlardan istifadəni öyrədir. Öz sahəsinə aid material-texniki təchizat üzrə sifariş tərtib edir, gövdə hissəsi üzrə dəyişək-ehtiyat hissələrinin və material-texniki təchizatın qəbulunu, uçotunu və saxlanılmasını təmin edir. Öz sahəsi üzrə təyin olunmuş sənədləri tərtib edir. Gəmi dar yerdən keçdikdə, limana daxil olduqda, limandan çıxdıqda, lövbərdə dayanma yerinə yaxınlaşdıqda və yanalma əməliyyatı zamanı gəminin burun hissəsində və ya lazım gəldikdə kapitanın böyük köməkçisinin göstərişi ilə başqa yerdə olur. Gəmi limanda dayandığı vaxt kapitanın növbə köməkçisinin göstərişi ilə və böyük mexanikin icazəsi ilə gəminin istismarı və təhlükəsiz dayanması ilə əlaqədar işlərin yerninə yetirilməsini təmin edir. Lazım gəldikdə kapitanın göstərişi ilə növbə çəkir. Böyük matros vəzifəsi nəzərdə tutulmayan gəmilərdə onun vəzifəsini yerinə yetirir.
BİLMƏLİDİR: gövdəyə, göyərtəyə, üst tikiliyə, yük anbarlarına və gəmi otaqlarına, ballast və içməli su anbarlarına, onların ölçü, hava və qəbul borularına, ranqouta, takelaja, nərdivanlara, ip nərdivanlara, sükan, yük, lövbər, yanalma və yedək qurğularına, onların texniki vasitələrinə (bu vasitələrin mexaniki və elektrik hissələrindən başqa), xilasetmə vasitələrinə, yanğından mühafizə, qəza-xilasetmə avadanlıqlarına, ləvazimatlara, avadanlıqlara və öz sahəsi üzrə digər texniki vasitələrə texniki xidməti; öz sahəsi üzrə texniki vasitələrin texniki istismarı qaydalarını; korpus hissəsi üzrə iş planlarını hazırlamağı; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları və təlimatları; öz sahəsi üzrə material-texniki təchizat üçün sifarişlərin tərtibini, dəyişək-ehtiyat hissələrinin, avadanlıqların, xilasetmə və yanğından-söndürmə vasitələrinin saxlanma qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
Orta ixtisas təhsili, matros vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
8-ci dərəcə - 2-3-cü qrup gəmilərdə;
9-cu dərəcə - 4-cü qrup gəmilərdə;
10-cu dərəcə - 5-6-cı qrup gəmilərdə;
11-ci dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU. Gəminin gövdəsi və texniki vasitələrinin dəniz donanmasının texniki istismarı haqqında Əsasnaməyə, gəmi texniki vasitələrinin texniki istismarı Qaydalarına, gəmini inşa edən zavod və ya gəmi sahibi tərəfindən təsdiq edilmiş digər normativ sənəd və təlimatlara uyğun olaraq texniki istismarına rəhbərliyi həyata keçirir. Gəmidə təhlükəsizlik texnikası üzrə Gəmi sahibi tərəfindən təyin edilmiş qayda, təlimat və əmrlərə əməl edilməsini təmin edir. Gəmiyə texniki xidmət və onun təmiri üzrə işləri planlaşdırır. Texniki istismar xidməti üzvlərinin əmək və normal istirahətini, onların iş və növbə vaxtı yerləşdirilməsini, onların iş vaxtlarının və əlavə istirahət günlərinin uçotunun aparılmasını təşkil edir. Bütün maşın şöbələrində yanğından mühafizə qaydalarına əməl olunmasının, tabeliyində olan heyət üzvlərinin gəminin davamlığı uğrundan mübarizəyə hazırlığını, kapitanın razılığı ilə gəminin və onun texniki vasitələrinin şəhadətnamə almaq üçün vaxtında registrə və başqa texniki nəzarət orqanlarına təqdimini təmin edir. Gəminin bütün hissələri üzrə təmir cədvəllərinin vaxtında tərtib edilməsinə, sahil müəssisələri, gəmi təmir briqadaları və Gəmi mütəxəssisləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarət edir. Gəminin qəza vasitələri, ləvazimat, material, dəyişək-ehtiyat hissələri ilə vaxtında təchizatını, yanacaq, sürtgü yağı və mexaniki qurğunun tələbatı üçün alınmış suyun düzgün saxlanması, məsrəfi və uçotunu təmin edir. Gəmi limana daxil olan və limandan çıxan zaman, yanalma əməliyyatları yerinə yetirilərkən mexaniki qurğunun idarəsinə şəxsən rəhbərlik edir. Körpücükdən verilən sərəncamların tez yerinə yetirilməsini, texniki tədrisin keçirilməsinin planlaşdırılmasını, maşın jurnalındakı gündəlik qeydlərin yoxlanılmasını və onun kapitana imzalamağa təqdim edilməsini, gəminin gövdəsi və texniki vasitələrinin texniki istismarı və texniki vəziyyəti üzrə gəmi sahibinə təmin edilmiş hesabat sənədlərinin aparılmasının təmin edir.
BİLMƏLİDİR: donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qaydaları və sərəncamları, gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini, Gəminin inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə.
Ali ixtisas təhsili, uzaq üzgüçülükdə 2-ci Orta ixtisas təhsili, yaxın üzgüçülükdə
mexanik vəzifəsində 3 ildən az olmayaraq 2-ci mexanik vəzifəsində 3 ildən az
iş stajı və ya orta ixtisas təhsili, yaxın olmayaraq iş stajı və ya ali ixtisas təhsili,
üzgüçülükdə baş mexanik vəzifəsində 3 uzaq üzgüçlükdə 2-ci mexanik vəzifəsində
ildən az olmayaraq iş stajı. bir ildən az olmayaraq iş stajı.
4-cü qrup gəmilərdə baş mexanik vəzifəsində 4-cü qrup gəmilərdə yaxın üzgüçlükdə baş
uzaq üzgüçlükdə 1 ildən və ya yaxın mexanik vəzifəsində bir ildən və ya uzaq
üzgüçülükdə 3 ildən az olmayaraq iş stajı. üzgüçülükdə 2-ci mexanik vəzifəsində 3
ildən az olmayaraq iş stajı.
VƏZİFƏ BORCU. Dəniz donanmasının texniki istismarı haqqında Əsasnamənin, Gəmi elektrik avadanlığının texniki istismarı qaydalarının, inşaatçı zavodun təlimatlarının və başqa təlimatların yerinə yetirilməsini təmin edir. Gəmi elektrik avadanlığı üzrə iş planını tərtib edir və təsdiq olunmaq üçün böyük mexanikə təqdim edir. Böyük mexaniklə razılaşdırmaqla tabeliyində olan heyət üzvlərini iş və növbə çəkmək üçün yerləşdirir, onların iş vaxtı və istirahət günlərinin uçotunun aparır. Elektrik hissəsi üzrə dəyişik-ehtiya hissələrinə sifarişlərin tərtib olunması, qəbulu və uçotunu təmin edir. Elektrik hissəsi üzrə təmir cədvəllərinin tərtib olunmasının təmin edir, sahil və gəmi mütxəssisləri tərəfindən yerinə yetirilən gəmi elektrik avadanlığının təmirinin keyfiyyətinə nəzarət edir. Yükaşırma əməliyyatları görülən müddətdə gəmi yük vasitələrinin elektrik avadanlığının işinə nəzarət edir. Gəmi limana daxil olan və limandan çıxan vaxt, yanalma əməliyyatları yerinə yetirilən vaxt enerji qurğusunun elektrik avadanlığının idarə edilməsinə şəxsən rəhbərlik edir. Qayda və təlimatlara uyğun olaraq gəmi elektrik avadanlığı üzrə texniki sənədlərin aparılmasını təmin edir. Jurnalda gündəlik qeydləri imzalayır və onu təsdiq olunmaq üçün böyük mexanikə təqdim edir. Komandir heyətin məsuliyyətli şəxslərinin raportları əsasında gəmiyə yeni təyin edilən vaxt əvvəlki elektromexanikdən elektrik avadanlığı, dəyişik-ehtiyat hissələri, alət, əşya və texniki sənədləri qəbul edir. Gəmi zavodda təmirdə olan zaman elektrik cərəyanından qorunma üzrə təhlükəsizlik qaydalarına əməl olunmasını təmin edir, Gəmi doka qoyularkən zavod tərəfin-dən Gəminin gövdəsinin yerlə birləşdirilməsini təmin edir, sahildən verilən gərginliyin gəmi şəbəkəsinin parametrlərinə uyğun gəlməsinə nəzarət edir.
BİLMƏLİDİR: donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları, gəmilərdəki maşın qurğularını və başqa avadanlıqların istismar güclərini, texniki xüsusiyyətlərini, gəmi inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri; bütün gəmi və elektrik avadanlığının quruluş və iş prinsipini, dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə.
Ali ixtisas təhsili, gəmidə uzaq üzgüçülükdə Orta ixtisas təhsili, gəmidə yaxın
2-ci elektromexanik vəzifəsində 3 ildən az üzgüçlükdə 2-ci elektromexanik
olmayaraq iş stajı və ya orta ixtisas təhsili, vəzifəsində 3 ildən az
yaxın üzgüçülükdə böyük elektromexanik olmayaraq iş stajı və ya ali ixtisas təhsili,
vəzifəsində 3 ildən az olmayaraq iş stajı. uzaq üzgüçülükdə 2-ci elektromexanik
vəzifəsində bir ildən az olmayaraq iş
4-cü qrup gəmilərdə elektromexanik vəzifəsində 4-cü qrup gəmilərdə yaxın üzgüçlükdə
uzaq üzgüçlükdə 1 ildən və ya yaxın elektromexanik vəzifəsində bir ildən və ya
üzgüçülükdə 3 ildən az olmayaraq iş stajı. uzaq üzgüçülükdə 2-ci elektromexanik
vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
VƏZİFƏ BORCU. Göyərtə mexanizmlərinin mexaniki hissələriinin, onlara xidmət edən texniki vasitələrlə birgə gəmi yük və təmizləmə sistemlərinin, gəminin tanklarındakı təmizləmə işləri üçün mexanizasiya vasitələrinin etibarlı işini və lazımi texniki vəziyyətini təmin edir. Teploxodlarda ona xidmət edən texniki vasitələrlə birgə qazan qurğusunun, sutəmizləyən qurğunun, qazanxana su sisteminin, ballast və yanacaq tanklarının və buxar yanğınsöndürmə sistemlərinin etibarlı işini və lazımi texniki vəziyyətdə olmasını təmin edir. Avtomatlaşdırma vasitələrinin (elektrik sxemlərinin elementlərindən başqa), nəzarət-ölçü cihazlarının və öz sahəsindəki başqa texniki vasitələrin etibarlı işini və saz texniki vəziyyətdə olmasını təmin edir. Gəmiləki suyun keyfiyyətinə və təmizlənməsinə nəzarət edir. Ştat cədvəlində gəmi sistemləri üzrə mexanik olmayan gəmilərdə onun vəzifələrini icra edir. Öz sahəsi üzrə gəmi texniki vasilərinin texniki istismar qaydalarının, inşaatmı zavodun təlimatlarını və başqa təlimatları yerinə yetirir, şəxsən və ya ona kömək üçün ayrılmış Gəmi mütəxəssislərini cəlb etməklə texniki vasitələrin aşkar edilmiş qüsurlarını aradan qaldırır, iş planını tərtib edir və ikinci mexanikə təqdim edir. Təmir cədvəllərini tərtib edir, sahil və Gəmi mütəxəssisləri tərəfindən görülən təmir işlərinin keyfiyyətinə nəzarət edir. Təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və təlimatların yerinə yetirilməsini təmin etməklə ona təhkim edilmiş gəmi mütəxəssilərinin işinə rəhbərlik edir, material-texniki təchizat üzrə sifarişləri tərtib edir və ikinci mexanikə təqdim edir, dəyişək-ehtiyat hissələri və alətlərin uçotunu aparır. Təyin edilmiş texniki sənədləri aparır.
BİLMƏLİDİR: donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xöüsusiyyətlərini, gəmi inşası sahəsində, donanma texniki təchizatında və texniki istismarında, gəmi təmirində qabaqcıl nailiyyətləri; dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Orta ixtisas təhsili, uzaq üzgüçülükdə Orta ixtisas təhsili, gəmilərdə motorçu
motorçu. vəzifəsində 1 ildən az olmayaraq vəzifəsində 1 ildən az olmayaraq iş stajı
8-ci dərəcə - 2-3- cü qrup gəmilərdə;
9-cu dərəcə - 4-cü qrup gəmilərdə;
4-cü qrup gəmilərdə uzaq üzgüçülükdə 4-cü 4-cü qrup gəmilərdə 4-cü mexanik
mexanik vəzifəsində 1 ildən və ya motorçu vəzifəsində bir ildən və ya motorçu
vəzifəsində 3 ildən az olmayaraq iş stajı. vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
10-cu dərəcə - 5-ci qrup gəmilərdə;
11-ci dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU. Gəmi elektrik avadanlığının texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qayda və təlimatları yerinə yetirir. Elektrik avadnlığının aşkar edilmiş nasazlıqlarını şəxsən və ya gəmi mütəxəssislərini cəlb etməklə aradan qaldırır. İşlərin təşkilinin təhlükəsizliyini təmin etməklə ona kömək üçün ayrılmış gəmi mütəxəssilərinin işinə rəhbərlik edir. Təmir cədvəllərini tərtib edir, sahil və gəmi mütəxəssisləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarət edir. Material-texniki təchazata sifarişlər tərtib edir, dəyişək-ehtiyat hissələri və alətlərin uçotunu apırır. Vaxtında - təlimatlara uyğun olaraq akkumulyator batereyalarını doldurur, akkumulyator jurnalını aparır. Elektrik işığından düzgün istifadə edilməsinə nəzarət edir. Gəmi cədvəli üzrə növbə çəkir.
BİLMƏLİDİR: donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istismar güclərini; texniki xüsusiyyətlərini, gəmi inşası sahəsində, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri; gəmi elektrik avadanlığının quruluşu və iş prinsipini; dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
İş stajına tələb qoyulmadan ali ixtisas Orta ixtisas təhsili, gəmi elektrik
təhsili və ya uzaq üzgüçülükdə elektrik vəzifəsində 1 ildən az olmayaraq iş stajı vəzifəsində 1 ildən az olmayaraq iş stajı
olmaqla orta ixtisas təhsili.
8-ci dərəcə - 2 və 3-cü qrup gəmilərdə;
9-cu dərəcə - 4-cü qrup gəmilərdə;
4-cü qrup gəmilərdə uzaq üzgüçülükdə 4-cü 4-cü qrup gəmilərdə yaxın üzgüçülükdə
elektromexanik vəzifəsində 1 ildən və ya 4-cü elektromexanik vəzifəsində 1 ildən
yaxın üzgüçülükdə 3-cü elektromexanik və ya uzaq üzgüçülükdə elektrik
vəzifəsində 1 ildən az olmayaraq iş stajı. vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
10-cu dərəcə - 5-ci qrup Gəmilərdə;
11-ci dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU. Dəniz donanmasının texniki istismarı haqqında əsasnaməni, gəmi elektrik avadanlığının texniki istismarı qaydalarını, inşaatçı zavodun təlimatlarının və başqa təlimatların yerinə yetirilməsini təmin edir. Tabeliyində olan şəxsləri təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qayda və təlimatlara əməl etmələrini, işlərin təşkilinin təhlükəsizliyini təmin edir. Gəmic elektrik avadanlığı üzrə elektrik iş planını tərtib edir və təsdiq olunmaq üçün böyük mexanikə təqdim edir. Böyük mexaniklə razılaşdırmaqla tabeliyində olan heyət üzvlərini iş və növbə çəkmək üçün yerləşdirir, onların iş vaxtını və istirahət günlərinin uçotunu apırır. Elektrik hissələri üzrə dəyişək-ehtiyat hissələrinə sifarişlərin tərtib olunması, qəbulu və uçotunu təmin edir. Elektrik hissəsi üzrə təmir cədvəllərinin tərtib olunmasını təmin edir, sahıil və gəmi mütəxəssisləri tərəfindən yerinə yetirilən gəmi elektrik avadanlığının təmirinin keyfiyyətinə nəzarət edir. Yükaşırma əməliyyatları görülən müddətdə elektrik avadanlığının işinə nəzarət edir. Gəmi səfərə çıxmamışdan əvvəl elektrik avadanlığının işə hazırlığını yoxlayır və gəminin yola düşməsi ərəfəsində böyük mexanikə bu haqda məlumat verir. Gəmi limana daxil olan və limandan çıxan vaxt, yanalma əməliyyatları yerinə yetirilən vaxt enerji qurğusunda elektrik avadanlığının idarə edilməsinə şəxsən rəhbərlik edir. Qayda və təlimatlara uyğun olaraq gəmi elektrik avadanlığı üzrə texniki sənədlərin aparılmasını təmin edir. Gəmi elektrik avadanlığında aşkar edilmiş nasazlıqları şəxsən və ya gəmi mütəxəssislərini cəlb etməklə aradan qaldırır. Yük qurğularının elektrik avadanlıqlarının yükaşırma əməliyyatlarından əvvəl iş hazırlığını yoxlayır. Gəmi limana daxil olmamışdan əvvəl və limandan çıxdıqdan sonra sükan qurğusu və lövbər-yanalma qurğusu, qayıq və pilləkən bucurğadlarının elektrik avadanlığını yoxlayır.
BİLMƏLİDİR: donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istismar güclərini; texniki xüsusiyyətlərini, gəmi inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri; bütün gəmi elektrik avadanlığının quruluşu və iş prinsipini; dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Ali ixtisas təhsili, gəmidə ikinci Orta ixtisas təhsili, gəmidə yaxın üzgüçülükdə
elektromexanik vəzifəsində 3 ildən az 2-ci elektromexanik vəzifəsində 3 ildən az
olmayraq iş stajı və ya orta ixtisas təhsili, olmayaraq iş stajı və ya ali ixtisas təhsili, uzaq
yaxın üzgüçülükdə elektromexanik üzgüçülükdə 2-ci elektromexanik vəzifəsində
vəzifəsində 3 ildən az olmayaraq iş stajı 1 ildən az olmayaraq iş stajı.
9-cu dərəcə - 1-ci qrup gəmilərdə;
10-cu dərəcə - 2-ci qrup gəmilərdə;
11-ci dərəcə - 3-cü qrup gəmilərdə;
12-ci dərəcə - 4-cü qrup gəmilərdə;
4-cü qrup gəmidə elektromexanik 4-cü qrup gəmidə yaxın üzgüçülükdə
vəzifəsində uzaq üzgüçülükdə 1 ildən elektromexanik vəzifəsində 1 ildən və ya
və ya yaxın üzgüçülükdə 3 ildən az uzaq üzgüçülükdə 2-ci elektromexanik
olmayaraq iş stajı. vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
13-cü dərəcə - 5-ci qrup gəmilərdə;
14-ci dərəcə - 6-cı qrup gəmilərdə;
15-ci dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU. Texniki vasitələrin təmiri və onlara texniki xidməti təmin edir. Texniki vasitələrdə aşkar edilmiş nasazlıqları şəxsən və ya gəmi (sahil) mütəxəssislərini cəlb etməklə aradan qaldırır; sahil mütəxəssisləri tərəfindən yerinə yetirilən texniki vasitələrin təmiri və sazlanması işlərinin keyfiyyətinə nəzarət edir; bütün texniki sənədləri aparır, təmir cədvəllərini tərtib edir və onları radiostansiyanın rəisinə təqdim edir. Material-texniki təchizatın vaxtında alınması, saxlanması və uçotunu təmin edir.
BİLMƏLİDİR: Radiotexniki vasitələrin quruluşu, iş prinsipi və təmiri üzrə təlimatları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və təlimatları; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali və orta ixtisas (texniki) təhsil.
VƏZİFƏ BORCU. Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarının, inşaatçı zavodun təlimatlarının və başqa təlimatların yerinə yetirilməsini təmin edir, hamiliyində olan texniki vasitələrin aşkar edilmiş nöqsanlarını aradan qaldırır, mexaniki qurğunun iş planını tərtib edir və onu təsdiq etmək üçün böyük mexanikə təqdim edir. Böyük mexaniklə razılaşdırmaqla tabeliyində olan heyət üzvlərinin iş və istirahət vaxtlarının uçotunu aparır. Silindrin, əsas mühərrikin, turbin gövdəsinin və başqa əsas mexanizmlərin bağlanmasında, həmçinin onların sınaq üçün işə salınmasında və təmir-profilaktika işlərinin yerinə yetirilməsindən sonra işə salınmasında iştirak edir. Hamiliyində olan sahə üzrə təmir cədvəllərini tərtib edir, sahil və Gəmi mütəxəssisləri tərəfindən yerinə yetirilən texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarət edir, həmçinin tabeçiliyində olan heyət üzvlərinin işinə bilavasitə rəhbərlik edir. Mexaniik qurğunun təlabatı üçün lazım olan dəyişək-ehtiyat hissələri, ləvazimat, material, sürtgü yağına sifariş verir, onların qəbulunu və uçotunu təmin edir. İşlərin təhlükəsiz görülməsini, yanğından mühafizə qaydalarının təhlükəsizlik texnikası qayda və təlimatların yerinə yetirilməsini təmin edir, maşın şöbələrindəki qaldırıcı mexanizm və qurğuların saz vəziyyətdə olmasına nəzarət edir. Yük qəbul etməmişdən əvvəl, həmçinin təmirdən sonra kapitanını böyük köməkçisi ilə birgə yükaşırma əməmliyyatlarına hazırlığı yoxlamaq məqsədilə bütün yük vurulan sahələrə, həmçinin ballast tanklarının sukeçirməməzliyini yoxlamaqla sistemlərə baxır, baxışın nəticələrini maşın jurnalında qeyd edir. Yük sahələrini və sistemlərinin sınağını vaxtında keçirir, aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə tədbirlər görür, Gəmiyə ballast götürür və onu ballastdan azad edir (tankerlərdən başqa). Öz sahəsi üzrə təyin olunmuş texniki sənədləri tərtib edir.
BİLMƏLİDİR: donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini; texniki xüsusiyyətlərini, Gəmi inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri; dəniz donanması Gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Ali ixtisas təhsili, uzan üzgüçülükdə 3-cü Orta ixtisas təhsili, yaxın üzgüçülükdə
mexanik vəzifəsində 2 ildən az olmayaraq 3-cü mexanik vəzifəsində 3 ildən az
iş stajı və ya orta ixtisas təhsili, yaxın olmayaraq iş stajı və ya ali ixtisas təhsili
üzgüçülükdə 2-ci mexanik vəzifəsində 3 uzaq üzgüçülükdə 3-cü mexanik vəzifəsində
ildən az olmayaraq iş stajı. 1 ildən az olmayaraq iş stajı.
8-ci dərəcə - 1-ci qrup gəmilərdə;
9-cu dərəcə - 2-ci qrup gəmilərdə;
10-cu dərəcə - 3-cü qrup gəmilərdə;
11-ci dərəcə - 4-cü qrup gəmilərdə;
4-cü qrup gəmilərdə uzaq üzgüçülükdə 2-ci 4-cü qrup gəmilərdə yaxın üzgüçülükdə 2-ci
mexanik vəzifəsində 1 ildən az olmayaraq mexanik vəzifəsində 1 ildən və ya uzaq
iş stajı. üzgüçülükdə 3-cü mexanik vəzifəsində 3
ildən az olmayaraq iş stajı.
12-ci dərəcə - 5-ci qrup gəmilərdə;
13-cü dərəcə - 6-cı qrup gəmilərdə;
14-cü dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU: Gəmi elektrik avadanlığının texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qayda və təlimatları yerinə yetirir. Elektrik avadanlığının aşkar edilmiş nasazlıqlarını şəxsən və ya gəmi mütəxəssislərini cəlb etməklə aradan qalıdır; işlərin təşkilinin təhlükəsizliyini təmin etməklə ona təhkim edilmiş gəmi mütxəssislərinin işinə rəhbərlik edir. Təmir cədvəllərini tərtib edir, sahil və gəmi mütəxəssisləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarət edir. Material-texniki təchizata sifarişlər tərtib edir, dəyişək-ehtiyat hissələri və alətlərin uçotunu aparır. Böyük elektromexanikin razılığı ilə təmir-profilaktik işlərdən sonra pərli elektrik mühərrikləri və əsas generatorların çevrilməsini həyata keçirir. İzolənin müqavimətinin ölçülməsi jurnalını aparır.
BİLMƏLİDİR: donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istismar güclərini; texniki xüsusiyyətlərini, gəmi inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri; gəmi elektrik avadanlığının quruluşu və iş prinsipini; dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Ali ixtisas təhsili, gəmidə uzaq üzgüçülükdə Orta ixtisas təhsili, gəmidə 3-cü
3-cü elektromexanik vəzifəsində 2 ildən az elektromexanik vəzifəsində 2 ildən az
az olmayaraq iş stajı və ya orta ixtisas olmayaraq iş stajı və ya ali ixtisas təhsili
təhsili, gəmidə yaxın üzgüçülükdə uzaq üzgüçülükdə 3-cü elektromexanik
2-ci elektromexanik vəzifəsində 1 ildən vəzifəsində 1 ildən az olmayaraq iş stajı az olmayaraq iş stajı.
8-ci dərəcə - 1-ci qrup gəmilərdə;
9-cu dərəcə - 2-ci qrup gəmilərdə;
10-cu dərəcə - 3-cü qrup Gəmilərdə;
11 -ci dərəcə - 4-cü qrup gəmilərdə;
4-cü qrup gəmilərdə 2-ci elektromexanik 4-cü qrup gəmilərdə uzaq və yaxın
vəzifəsində uzaq üzgüçülükdə 1 ildən və ya üzgüçülükdə 2-сi elektromexanik
yaxın üzgüçülükdə 3 ildən az olmayaraq iş vəzifəsində 1 ildən az olmayaraq iş stajı.
12-ci dərəcə - 5-ci qrup gəmilərdə;
13-cü dərəcə - 6-cı qrup gəmilərdə;
14-cü dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU: Dəniz yol nəqliyyatı vasitələrində xidməti radiorabitə Qaydalarına ciddi riayət edir. Növbə çəkir, başqa gəmilərlə və limanla rabitəni, meteoroloji məlumatların və fırtına xəbərdarlıqların alınması və verilməsini təmini edir. Həyacan, fəlakət, təcili və təhlükəsizlik siqnallarına nəzarət edir. Radiotexniki vasitələrinin təmiri və onlara texniki xidmətdə iştirak edir.
BİLMƏLİDİR: dənizdə beynəlxalq radiorabitənin təşkilini tənzimləyən materialları, sənədləri və təlimatları; radiotexniki vasitələrin quruluşu və iş prinsipini, onların istismarı üzrə təlimatları; iqtisadiyyatı əməyin və idarəetmənin təşkilini.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
İş stajına tələb qoyulmadan orta ixtisas və ya orta texniki təhsil:
6-cı dərəcə - 1-4-cü qrup gəmilərdə;
7-ci dərəcə - 5-ci və 6-cı qrup gəmilərdə;
8-ci dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU. Gəminin idarə olunmasını həyata keçirir. Azərbaycan Respublikası vətəndaşlarının nüfuz və ləyaqətinin saxlanmasını və onların maraqlarının müdafiəsini, gəmidə Azərbaycan Respublikası dövlət hakimiyyət orqanlarının qanunlarına və başqa qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qəbul etdiyi beynəlxalq konvensiya və müqavilələrə riayət olunmasını təmin edir. Gəmidə Registr Qaydalarına və başqa nəzarət edici orqanların tələblərinə, dəniz donanması gəmilərində xidmət Nizamnaməsinə, gəminin, adamların, yüklərin, gəmitnin iş fəaliyyəti və texniki istismarının təhlükəsizliyini təmin etmək üzrə təlimatlara, əmrlərə və digər normativ sənədlərə əməl olunmasını, əmək intizamına riayət olunmasını və gəmi xidmətinin təşkilini, heyətin gəminin davamlılığı üzrə mübarizə, dənizdə adamların xilası üzrə fəaliyyətinin təşikli və hazırlığına nəzarəti, gəmi cədvəllərinin yoxlanması və təsdiqini, əmək qanunvericiliyini və qüvvədə olan dəniz donanması gəmilərinin üzücü heyətinik iş və istirahət vaxtları haqqında Əsasnaməyə uyğun olaraq heyətin iş və istirahət rejimini, sərnişin, yük, poçt daşınması qaydalarına əməl olunmasını və sərnişinlərə yüksək səviyyəli xidməti, registr qaydalarının tələblərinə uyğun olaraq vaxtında gəminin və texniki vasitələrin yoxlanmasını, gəmi, maşın, radioteleqraf jurnallarının və digər sənədlərin dügün aparılmasına nəzarəti, ətraf mühitin çirklənməsinin qarşısının alınması üzrə qüvvədə olan qanunların yerinə yetirilməsini, gəmidə təhlükəsizlik texnikası, yanğından mühafizə və sanitar qaydalarına əməl olunmasının təmin edir.
Gəminin qəbulu və təhvili zamanı: təyin olunmuş formalı aktla gəmini qəbul edir və ya təhvil verir; bütün Gəmi sənədlərini siyahı üzrə, pulları, pul sənədlərini və qiymətli kağızları isə kassa kitabı üzrə qəbul edir və ya təhvil verir; pulun, pul sənədlərinin, qiymətli kağızların və gəmi əmlakının artığı və ya əskikiliyini uyğun aktda qeyd edir.
Gəmini qəbhl edən zaman: gəmi heyəti ilə tanış olur; gəmini təhvil verən kapitandan gəminin konstruktiv xüsusiyyətləri, istimar, üzgüçülük və manevretmə xassələri, Gəminin səfərə hazırlığı (təmir işlərinin gedişi), baş verimş qəza hadisələri və onların nəticələri haqqında lazımi məlumat alır; gəminin səfər tapşırığı və onun yerinə yetirilməsinin gedişi ilə tanış olur, Gəmini təhvil verən kapitanla birgə böyük köməkçi və böyük mexanikin müşaiyəti ilə Gəmini baxışdan keçirir, lazımi məlumat və izahatlar alır; gəminin təhvili və qəbulunun başa çatması barədə təyin olunmuş formada akt tərtib edir və gəmi sahibinə göndərir.
Gəmini istismara daxil etdikdə (istismardan çıxartdıqda) və üzgüçülüyə hazırladıqda: gəminin vəziyyətinin təyin olunmuş texniki tələblərə uyğun gəlməsini və onun üzgüçülüyə hazırlığını yoxlayır; vaxtında, səfər başlayana qədər gəminin təhlükəsiz üzməsinə texniki və naviqasiya hazırlığını, heyətin komplektləşdirilməsini, gəmini səfər üçün lazım olan bütün növ təchizatla, həmçinin yükün itkisiz daşınması üçün anbarların hazırlanmasını yoxlayır, qabaqcadan gəmi kapitanının böyük köməkçisinə və böyük mexanikə gəminin yola düşməyə hazırlığının dəqiq vaxtını təyin edir; səfər üçün lazım olan dəqiqləşdirilmiş naviqasiya xəritələrinin olmasını yoxlayır; şturman heyəti ilə qarşıdakı səfər zamanı yolun naviqasiya və hidrometeoroloji şəraitini ətraflı öyrənir; gəminin lazımi miqdarda yanacaq, su, qida məhsulları ehtiyatı və material-texniki təchizatla təmin olunmasını yoxlayır; üzgüçülüyün təhlükəsizliyinin tələblərinə uyğun oalarq yüklərin düzgün yerləşdirilməsini və sərnişinlərin sayını yoxlayır, gəminin normadan artıq yüklənməsinə yol vermir; yedəyə alma əməliyatları həyata keçirilən zaman şəxsən və ya böyük köməkçi vasitəsilə gəminin bu əməliyyatalar hazırlığını yoxlayır: yükləri gəmiyə qəbhl etməmişdən əvvəl ilkin yük planı ilə tanış olur və gəminin yüklənməsinin bu variantında üzgüçülüyün təhlükəsizliyini, gəminin lazımi dənizçilik keyfiyyətlərini və yükün korlanmamasını təmin etdiyinə əmin olduqdan sonra, onu təsdiq edir; yükvurma əməliyyatları zamanı yüklərin düzgün vurulmasına və bağlanmasına nəzarəti təmin edir, böyük köməkçidən və böyük mexanikdən gəminin təyin olunumş səfərə çıxma ərəfəsində gəminin hazırlığı bütün heyət üzvlərinin gəmidə olması və gəmidə kənar şəxslərin olmadığı haqqında raport qəbul edir; gəminin səfərə çıxma vaxtı hər-hansı bir heyət üzvününü və ya Gəmidə gedən şəxsin gəmidə olmadığı zaman təxirə salınmadan bu haqda gəmi sahibinə, həmçinin Azərbaycan limanlarında - liman kapitanına, xarici ölkədə isə - Azərbaycan konsuluna xəbər verir; qarşıdakı səfərin müddətini nəzərə almaqla vaxtında gəmi sənədlərinin qüvvədə olma vaxtını yoxlayır.
Üzgüçülük vaxtı: öz köməkçiləri tərəfindən gəminin yerinin vaxtında və keyfiyyətlə təyin olunmasına nəzarət edir; gəminin istiqaməti və sürətini, baş mühərrikin iş rejimi və idarə olunma üsulunu təyin edərkən və ya dəyişdirərkən bu haqda növbə köməkçisinə xəbər verir; hidrometroloji şəraitin dəyişikliklərini izləyir və fırtına vaxtı lazım olan bütün tədbirləri qabaqcadan görür; naviqasiya məlumatlarının, naviqasiya xəbərdarlıqlarının və naviqasiya şəraitinin dəyişməsi haqqında başqa məlumatların alınmasına, xəritələrdə, losiyalarda və başqa üzgüçülük ləvazimatlarında düzəlişlər edilməsinə daim nəzarət edir; limana daxil olarkən və ondan çıxarkən körpücükdə (gəminin şturman heyəti tərəfindən idarə olunduğu yer) olur və Gəmini şəxsən idarə edir; suya düşmüş adamı xilas etmək üçün bütün tədbirləri görür və axtarış rayonunu yalnız axtarışın nəticəsiz olduğuna əmin olduqdan sonra tərk edir; qəzaya uğramış gəmiyə yardım edərkən onda olan adamları xilas etmək üçün bütün tədbirləri görür; dənizdə heyət tərəfindən tərk edilmiş gəmi ilə rastlaşarkən təxirə salınmadan bu haqda gəmi sahibinə xəbər verir və sonradan onun göstərişi ilə hərəkət edir; əkər gəmi təhlükədə olarsa və ona yardım lazım olarsa, başqa gəmidən kömək almaq üçün bütün tədbirləri görür.
Başqa gəmi ilə toqquşduqda: öz gəmisinə, heyətə və sərnişinlərə ciddi təhlükə yaranmazsa, o biri gəmiyə kapitanın razlığı ilə yardım edir; toqquşma baş vermiş gəminin kapitanından gəminin adı, qeydiyyat limanı, getdiyi məntəqə, alınmaş xəsarətlərin xüsusiyyətləri haqqında məlumat alıb və ona öz gəmisi üzrə analoji məlumatları xəbər verir; gəminin məhv olması labüddürsə, gəmidəki adamları xilas etmək üçün bütün tədbirləri görür; sərnişinləri xilas etmək üçün bütün tədbirləri gördükdən sonra heyətə gəmini tərk etmək əmrini verir; bu halda o. xəritələri və gəminin manevrini əks etdirən başqa naviqasiya sənədlərini, həmçinin Gəmi sənədlərini xilas etmək üçün bütün tədbirləri gördükdən sonra, gəmini sonuncu tərk edir; bütün qəza və bədbəxt hadisələr haqqında təxirəsalınmadan təyin olunmuş qaydada gəmi sahibinə xəbər verir və adamların, gəminin və yükün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür; göstərilən hadisələr üzrə təyin olunumş qaydada sənədlər təltif olunması üçün tədbirlər görürür; xəstəyə təcili olaraq ixtisaslı həkim yardımı lazım olan halda (əgər bu yardım gəmidə, dənizdə edilə bilməzsə), gəmi sahibinə (xəbardar etmkələ yaxınlıqdakı limana daxil olur.
Gəmi limanda dayandığı vaxt: yerli, liman, gömrük, sanitar və başqa qaydalar riayət edir; səfər başa çatdıqdan sonra gəmi sahibinə təyin olunmuş formada hesabat tərtib edir: liman orqanlarının tələbi ilə (gəminin təhlükəsizliyinə xələl gətirməməklə) gəmini, heyəti və gəmi vasitələrini limanda baş vermiş yanğını söndürməyə və bədbəxt hadisə zamanı yardım etməyə cəlb edir.
Gəminin inşası və təmiri zamanı: gəmini inşa edən zavoddan qəbul edən vaxt qısa müddətdə gəmi mütəxəssiləri ilə gövdə, mexanizm, qurğu, sistem və başqa texniki vasitələrin, həmçinin sənədlərin və əmlakın qəbul edilməsini təşkil edir; gəmi təmirə qoyularkən böyük mexanik tərəfindnə gəmi sahibinin təyin etdiyi şərtə uyğun olaraq vaxtında lazımi sənədlərin tərtib edilməsini təmin edir; gəmi təmirə qoyularkən və istismardan çıxarılarkən gəminin təhlükəsiz dayanmasını təmin edir; gəmi doka qoyularkən və ya dokdan çıxarılarkən gəmidə olur və heyətin işinə şəxsən rəhbərlik edir; Gəmi doka qoyulduqdan sonra böyük köməkçi, böyük mexanik və başqa mütəxəssislərlə gəminin gövdəsini, dib-yan armaturlarını, hərəkət-sükan kompleksini baxışdan keçirir və onların vəziyyəti haqqında akt tərtib edir; gəminin təmiri vaxtı təmir işlərinin gedişinə mütəmadi nəzarəti təşkil edir.
BİLMƏLİDİR: gəminin quruluşunu, gəmi sürücülüyü nəzəriyyəsini və təcrübəsini (naviqasiyanı, ümumi və xüsusi losiyanı); naviqasiya şturman avadanlığının istismar-texniki göstəricilərini; elm və texnikanın gəmi sürücülüyündə ən yeni nailiyyətlərini; ticarət dəniz üzgüçülüyü Məcəlləsini; dəniz donanması gəmilərində xidmət Nizamnaməsinin; donanmanın texnik istimarı qaydalarını; gəmi sürücülüyü və naviqasiya-ştruman avadanlığının texniki istimarı haqqında qaydaları, əsasnamələri, təlimatları və başqa rəhbər sənədləri; iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Adi ixtisas təhsili, uzaq üzküçülküdə Orta ixtisas təhsili, kapitanın böyük
kapitanın böyük köməkçisi vəzifəsində üç köməkçisi vəzifəsində uzaq üzgüçülkdə 1
ildən az olmayaraq iş stajı və ya orta ildən və ya yaxın üzgüçülükdə 3 ildən az
ixtisas təhsili, yaxın üzgüçülükdə kapitan olmayaraq iş stajı.
vəzifəsində 1 ildən az olmayaraq iş stajı.
11-ci dərəcə: 1-ci qrup gəmilərdə;
12-ci dərəcə: 2-ci qrup gəmilərdə;
13-cü dərəcə: 3-cü qrup gəmilərdə;
14-cü dərəcə: 4-cü qrup gəmilərdə;
4-cü qrup Gəmidə uzaq üzgüçülükdə kapitan 4-cü qrup gəmilərdə yaxın üzgüçülüklərdə
vəzifəsində 1 ildən və ya yaxın üzgüçülükdə kapitan vəzifəsində 1 ildən və ya uzaq
kapitan vəzifəsində 3 ildən az olmayaraq üzgüçülükdə kapitanın böyük köməkçisi
iş stajı. vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
15-ci dərəcə: 5-ci qrup gəmilərdə;
16-cı dərəcə: 6-cı qrup gəmilərdə;
17-ci dərəcə: 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU: tabeliyində olan heyət üzvlərinin əmək və istirahətinin lazımi təşkilini və onların iş vaxtlarının və istirahət günlərinin uçotunu təmin edir. Tabeliyində olan şəxslərdən təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qayda və təlimatları, həmçinin sanitar qaydalarını bilmələrini və onlara əməl olunmasının tələb edir. Gəminin davamlılığı üzrə təlimatın tələblərinə əməl edilməsinə və qəza partiyalarının hazırlanmaıs işinə nəzarət edir. Heyətin Gəminin davamlılığı üzrə fəaliyyətinə bilavasitə rəhbərlik edir. Həyacan siqnalları üzrə cədaəllərin tərtibini, kollektiv xilasetmə vasitələrinin təxirəsalınmadan istifadə edilməyə hazırlığını, onların mütəmadi olaraq təchizatla tam komplektləşdirilməsini, gəmidə lazımi miqdarda qida ehtiyatının olmasını və onun saxlanmasının təmin edir. Gövdə üzrə qəzaxilasetmə vasitələrinin komplektləşdirilməsinə nəzarət edir. Öz sahəsi üzrə nöqsanların cədvəllərinin hazırlanmasının; ballast anbarı və tutumlardakı suyun uçotunu, müvəqqəti olaraq gəmiyə gəlmiş şəxslərin kayutalarda yerləşdirilməsini, gəmidə həkim olmadıqda heyət üzvlərinin vaxtında tibbi müayinədən keçməsini, lazım olan hallarda onlara tibbi yardım göstərilməsini, həmçinin Gəminin deratizasiya və dezinfeksiya olmasını təmin edir. Gəmi üzrə əmrlər kitabının aparılma-sının, əmrlərin hazırlanması və heyətə elan edilməsini təmin edir və onalrın yerinə yetirilməsinə nəzarət edir.
Ştat cədvəlində gəminin sərnişin üzrə köməkçisi olmaqdıqda sərnişinlərin gəmiyə təhlükəsiz minməsi və düşməsini, sərnişinlərin düzgün yerləşdirilməsi və onların xidməti, texniki tədrisin keçirilməsinirn plandaşdırılmasının və gəmi möhürünün saxlanmasının təmin edir.
Ştat cədvəlində gəminin təsərrüfat üzrə köməkçisi olmaqdıqda gəminin qida məhsulları və içməli su ilə vaxtında təchiz olunmasını, onların düzgün olaraq saxlanmasını, məsrəf edilməsini və uçotunu təmin edir.
Ştat cədvəlində kapitanın yanğın üzrə köməkçisi olmaqdıqda, bilavasitə onun vəzifələrini icra edir.
Yükvurma əməliyyatları başlamamışdan əvvəl və bu əməliyyatlar zamanı: yük qurğularının işə hazırlığını, göyərtə, anbar və başqa yük sahələrinin yük qəbul etməyə hazırlığını təmin edir; kapitanın 2-ci köməkçisi, 2-ci mexanik, elektromexanik (elektrik və kapitanın yanğın üzrə köməkçisi ilə birgə onların yük qəbul etməyə hazırlığın yoxlayır. Yoxlamanın nəticələrini gəmi jurnalında qeyd edir; gəmini təhlükəli və qabsız yüklər daşımaq üçün hazırlanmağına şəsxən rəhbərlik edir və onların daşınması qaydalarının yerinə yetirilməsini təmin edir; ağırçəkili, böyük ölçülü yüklərin vurulması, bərkidilməsi və boşaldılamasına, göyərtədə yüklərin yerləşdirilməsi və bərkidilməsinə şəxsən rəhbərlik edir.
Gəminin səfərə çıxması ərəfəsində: göyərtədə qurğularının, göyərtədə yerləşdirilmiş yüklərin, avadanlıq və başqa əmlakın etibarlı bərkidilməsi üçün tədbirlər görməklə gəminin üzgüçülüyə hazırlığının təmin edir; gəmiyə baxış keçirir və anbarların, illüminatorların, qapıların, lüklərin etibarlı bağlanmasına, sükanın, yanalma və lövbər qurğuların, siqnal-fərqləndirici işıqların, səs və qəza siqnalizasiyasının, gəmidaxili rabitənin, teleqrafın və baş mühərriklərin distansiyadan idarəetmə sistemini işçi vəziyyət olmasına nəzarət edir; gəmi sərəfə çıxmağa hazır olduqdan, komandir heyəti üzvlərindən öz sahələri üzrə gəminini hazırlığıı haqqında məlumat aldıqdan, bütün heyətin gəmidə olduğunu yoxladıqdan, həmçinin Gəmidən bütün kənar şəxsləri çıxartdıqdan sonra böyük mexaniklə birgə gəminin dənizə çıxmağa hazır olduğu haqqında kapitana məlumat verir.
Üzgüçülük zamanı göyərtə qurğularının və yüklərin etibarlı bərkidilməsini təmin edir və ona nəzarət edir, gəminin fırtına zamanı üzməyə hazırlanmasına rəhbərlik edir, gəmi tərk edilən halda gəmidə adamların qalmadığına əmin olmaq məqsədi ilə gəmi otqlarının yoxlanmasını təşkil edir.
Limana daxil olduqda və limandan çıxdıqda və yanalma əməliyyatları həyata keçirilən vaxt hərəkət körpücüyündə və ya kapitanın göstərişi ilə başqa yerdə olur.
Kapitan gəmidə olmaqda başqa yerə yanalma əməliyyatını bosmanla birgə və ya müstəqil olaraq həyata keçirir.
BİLMƏLİDİR: gəminin quruluşunu, gəmi sürücülüyü nəzəriyyəsini və təcrübəsini (naviqasiyanı, ümumi və xüsusi losiyanı); naviqasiya şturman avadanlığının istismar-texniki göstəricilərini; elm və texnikanın gəmi sürücülüyündə ən yeni nailiyyətlərini; dəniz donanması gəmilərində xidmət Nizamnaməsinin; donanmanın texnik istimarı qaydalarını; Gəmi sürücülüyü və naviqasiya-ştruman avadanlığının texniki istimarı haqqında qaydaları, əsasnamələri, təlimatları və başqa rəhbər sənədləri; iqtisadiyyatı, istehsalatın, əməyin və idarəetmənin təşkilini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Ali ixtisas təhsili, uzaq üzgüçülükdə Orta ixtisas təhsili, kapitanın 2-ci köməkçisi
kapitanın 2-ci köməkçisi vəzifəsində üç vəzifəsində 3 ildən az olmayaraq iş stajı və
ildən az olmayaraq iş stajı və ya orta ya ali ixtisas təhsili, kapitanın 2-ci köməkçisi
ixtisas təhsili, yaxın üzgüçülükdə kapitan vəzifəsində uzaq üzgüçülükdə 1 ildən az
vəzifəsində 1 ildən az olmayaraq iş stajı olmayaraq iş stajı.
9-cu dərəcə - 1-ci qrup gəmilərdə;
10-cu dərəcə - 2-ci qrup gəmilərdə;
11 -ci dərəcə - 3-cü qrup gəmilərdə;
12-ci dərəcə - 4-cü qrup gəmilərdə;
4-cü qrup gəmilərdə kapitanın böyük 4-cü qrup gəmilərdə kapitanın böyük
köməkçisi vəzifəsində uzaq üzgüçülükdə 1 köməkçisi vəzifəsində 1 ildən və ya uzaq
ildən və ya yaxın üzgüçülükdə kapitan üzgüçülükdə kapitanın 2-ci köməkçisi
vəzifəsində 1 ildən az olmayaraq iş stajı. vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
13-cü dərəcə - 5-ci qrup gəmilərdə;
14-cü dərəcə - 6-cı qrup gəmilərdə;
15-ci dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU. Gəminin və ya yükün xüsusiyyətlərini, minin yol verilən suya oturma dərəcəsi və lazımi diferentinə əməl etməklə, gəminin ləpəyə davamlılığı və möhkəmliliyini təmin etməklə, həmçinin yükboşaldılacaq limanlanların ardıcıllığını nəzərə almaqla yük planı Hazırlayıb və kapitanın böyük köməkçisi ilə razılaşdırdıqdan sonra təsdiq etmək üçün gəminin kapitanına təqdmi edir. Gəminin yükaşırma əməliyyatlarına hazır olduğu haqqında bildiriş vərəqəsi (notis) tərtib edir. Yükün vurulması, yerləşdirilməsi, boşaldılması və ya daşınması zamanı yanğından mühafizə qaydalarının yerinə yetirilməsini təmin edir. Maye yükdaşıyan gəmilərdə yük qəbul edən qurğunun texniki vəziyyətinə, tankların təmizliyinə nəzarət edir, yükə su qarışmasına, müxtəlif yüklərin bir-birinə qarışmasına, daşmasına və dağılmasına yol vermir, gəminin ballast götürməsi və ballastdan azad olmaıs işinə bilavasitə rəhbərlik edir. Yük sahələrində temperatur rejiminin saxlanmasına nəzarət edir. Yük qurğuları və mexanizmlərindən düzgün istifadə edilməsini təmin edir. Bir yerdən başqa yerə köçürülə bilən lüstr və lampalardan, həmçinin anbar və yük sahələrindəki sabit və dəyişən gərginlikli cərəyan xəstlərindən düzgün istifadən dilməsinə nəzarəti təmin edir, işin axırında anbarlarda bir yerdən başqa yerə köçürülə bilən elektrik lampaların və başqa işıqlandırıcıların qalmasına yol vermir. Yük sahələrinin qurğularının vəziyyətini daim yoxlayır. Gəmi vasitələrindnə və anbardaxili mexanizasiyadan düzgün istifadə edilməsinə nəzarət edir və bütün qeyd olunmuş qüsur və zədələnmələr haqqında böyük mexanikə və kapitanın böYük köməkçisinə məlumat verir. Anbar, tank və başqa yük sahələrinin düzgün açılıb-bağlanmasına nəzarət edir, onlar bağlanarkən orada adamların qalmasına yol vermir, yük sahələri möhürlənərkən orada olur və plombların vurulmasını yoxlayır. Hava şəraiti və yükün xassələrini nəzərə almaqla yük sahələrinin ventilyasiyasını təmin edir. Yükaşırma işlərinin təşkilinin təhlükəsizliyinə və bu vaxt təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına nəzarət edir. Yükün qəbulu haqqında qəbzlər verir (şturman qəbzləri), yük sənədlərini tərtib edir. Yük kitabını aparır, taymşitləri tərtib edir, yük hesabatını tərtib edir. Yükaşırma işləri zamanı yük saymaq və anbarlarda işləmək üçün tabeliyinə ayrılmış heyət üzvlərinin işinə rəhbərlik edir. Səlahiyyətində olan sahənin səfərə hazır olması haqqında vaxtında kapitanın böyük köməkçisinə məlumat verir. Gəmi limana daxil olduqda, limandan çıxdıqda və yanalma əməliyyatları yerinə yetirilərkən Gəminin göyərtəsinin arxa hissəsində və ya kapitanın göstərişi ilə başqa yerdə olur. İşlərin təşkilinin təhlükəsizliyini və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasını təmin edir.
BİLMƏLİDİR: gəminin quruluşunu, gəmi sürücülüyü nəzəriyyəsini və təcrübəsini; naviqasiya-şturman avadanlığının istismar-texniki göstəricilərini; dəniz donanması Gəmilərində xidmət Nizamnaməsinin; donanmanın texniki istimarı qaydalarını; gəmi sürücülüyü və naviqasiya-şturman avadanlığının texniki istismarı haqqında qaydaları, əsasnamələri, təlimatları və başqa rəhbər sənədləri; iqtisadiyyatı, istehsalatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Ali ixtisas təhsili, uzaq üzgüçülükdə Orta ixtisas təhsili, kapitanın 3-cü köməkçisi
kapitanın 3-cü köməkçisi vəzifəsində 2 vəzifəsində 2 ildən az olmayaraq iş stajı və
ildən az olmayaraq iş stajı və ya orta ixtisas ya ali ixtisas təhsili, uzaq üzgüçülükdə
təhsili, yaxın üzgüçülükdə kapitanın böyük kapitanın 3-cü köməkçisi vəzifəsində 1
vəzifəsində 1 ildən az olmayaraq iş stajı. ildən az olmayaraq iş stajı.
8-ci dərəcə - 1-ci qrup gəmilərdə;
9-cu dərəcə - 2-ci qrup gəmilərdə;
10-cu dərəcə - 3-cü qrup gəmilərdə;
11-ci dərəcə - 4-cü qrup gəmilərdə;
4-cü qrup gəmilərdə uzaq üzgüçülükdə 4-cü qrup gəmilərdə kapitanın 2-ci köməkçisi
kapitanın 2-ci köməkçisi vəzifəsində 1 ildən vəzifəsində 1 ildən və ya uzaq üzgüçülükdə
və ya yaxın üzgüçülükdə kapitanın böyük kapitanın 3-cü köməkçisi vəzifə sində 3 ildən
köməkçisi vəzifəsində 1 ildən az olmayaraq az olmayaraq iş stajı.
VƏZİFƏ BORCU. Şturman, naviqasiya və hidrometereoloji cihazları və alətləri vaxtında alır, onları saz vəziyyətində saxlayır, Gəmini dənizçilik xəritələri, üzgüçülük üçün təlimat və ləvazimatla təmin edir, qarşıdakı səfər üçün onları seçir, vaxtında xəritələrə və naviqasiya ləvazimatlarına düzəlişlər edir. Xronometraj jurnalını aparır, gəmi saatlarının düzgün işləməsini təmin edir. Gəmidə deviasiya işlərinin vaxtında görülməsinə nəzarət edir. Siqnalizasiyanın pirotexnik vasitələrini vaxtında alır və lazımi qaydada saxlayır, limanda gəmi, maşın və başqa jurnalları alır və qeyd etdirir. Gəmi limana daxil olduqda və limandan çıxdıqda yanalma əməliyyatları vaxtı gəminin burun hissəsində və ya kapitanın göstərişi ilə başqa yerdə olur, görülən işlərin təhlükəsizliyini və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsini təmin edir. Ştat cədvəlində kapitanın təsərrüfat üzrə köməkçisi və mühasib olmayan gəmilərdə - kassa kitabını aparır, kassa hesabatları tərtib edir, əmək haqqı üzrə hesabatı aparır, təyin edilmiş sənədləri tərtib edir və ögəmi sahibinə təqdim edir. Ştat cədvəlində kapitanın 4-cü köməkçisi olmayan gəmilərdə onun dəniz donanması gəmilərində xidmət Nizamnaməsi ilə təyin edilmiş vəzifələrini yerinə yetirir.
BİLMƏLİDİR: gəminin quruluşunu, gəmi sürücülüyü nəzəriyyəsini və təcrübəsini; naviqasiya-şturman avadanlığının istismar-texniki göstəricilərini; ticarət dəniz üzgücülüyü Məcəlləsini; dəniz donanması gəmilərində xidmət Nizamnaməsinin; donanmanın texniki istismarı qaydalarını; Gəmi sürücülüyü və naviqasiya-şturman avadanlığının texniki istismarı haqqında qaydaları, əsasnamələri, təlimatları və başqa rəhbər sənədləri; iqtisadiyyatı, istehsalatın, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Ali ixtisas təhsili, gəmidə sıravi vəzifələrdə Orta ixtisas təhsili, gəmidə sıravi
1 ildən az olmayaraq iş stajı və ya orta ixtisas vəzifələrdə 1 ildən az olmayaraq iş
təhsili, yaxın üzgüçülükdə kapitanın 2-ci stajı.
köməkçisi vəzifəsində 1 ildən az olmayaraq
4-cü qrup gəmilərdə uzaq üzgüçülükdə 4-cü qrup gəmilərdə kapitanın 3-cü
kapitanın 3-cü köməkçisi vəzifəsində 1 ildən köməkçisi vəzifəsində 1 ildən az
az olmayaraq iş stajı və ya yaxın üzgüçülükdə olmayaraq iş stajı.
kapitanın 2-ci köməkçisi vəzifəsində 1 ildən az
VƏZİFƏ BORCU. Elektronaviqasiya cihazlarının etibarlı işini və onlara texniki xidməti təmin edir. Elektronaviqasiya cihazlarının sahil mütəxəssisləri tərəfindən yerinə yetirilən təmiri və sazlanması işlərinin keyfiyyətinə şəxsən nəzarət edir, Elektronaviqasiya cihazları üzrə texniki sənədləri aparır, lazım olan material və dəyişək-ehtiyat hissələrinin alınması və saxlanmasını təmin edir. Gəmiyə daxil olan sənədlərin uçotunu aparır. Elektronaviqasiya cihazlarının texniki vəziyyəti və hazırlığı, həmçinin onların işindəki nöqsanlar haqqında kapitanın böyük köməkçisinə məlumat verir. Gəminin limana kəlməsini və limandan getməsini qeydiyyatdan keçirir. Gəmi limana daxil olarkən və ya limandan çıxarkən, yanalma əməliyyatları yerinə yetirilərkən hərəkət körpücüyündə və ya kapitanın göstərişi ilə başqa yerdə olur.
BİLMƏLİDİR: Gəminin quruluşunu, Gəmi sürücülüyü nəzəriyyəsini və təcrübəsini; naviqasiya-şturman avadanlığının istismar-texniki göstəricilərini; ticarət dəniz üzgüçülüyü Məcəlləsini; dəniz donanması Gəmilərində xidmət Nizamnaməsini; donanmanın texniki istismarı qaydalarını; gəmi sürücülüyü və naviqasiya-şturman avadanlığının texniki istismarı haqqında qaydaları, əsasnamələri, təlimatları və başqa rəhbər sənədləri; iqtisadiyyatı, istehsalatın, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Orta ixtisas təhsili, gəmidə sıravi vəzifələrdə Orta ixtisas təhsili, gəmidə sıravi vəzifələrdə
1 ildən az olmayaraq iş stajı və ya orta 6 aydan az olmayaraq iş stajı.
ixtisas təhsili, yaxın üzgüçülükdə kapitanın
3-cü köməkçisi vəzifəsində 1 ildən az
4-cü qrup gəmilərdə uzaq üzgüçülükdə 4-cü qrup gəmilərdə kapitanın 4-cü
kapitanın 4-cü köməkçisi vəzifəsində 1 ildən köməkçisi vəzifəsində 1 ildən və ya
az olmayaraq iş stajı və ya yaxın üzgüçülükdə kapitanın 3-cü köməkçisi vəzifəsində 3
kapitanın 3-cü köməkçisi vəzifəsində 3 ildən ildən az olmayaraq iş stajı.
az olmayaraq iş stajı.
VƏZİFƏ BORCU. Sərnişin otaqlarının (yerlərinin) lazımi sanitar vəziyyətdə saxlanmasını təmin edir. İş şəraitini nəzərə almaqla tabeliyində olan şəxslərin istehsalat vəzifələrini təyin edir və onların iş qrafikini tərtib edir. Səlahiyyətində olan yerlərdə növbə çəkilməsini təşkil edir. Tabeliyində olan şəxsləri iş yerlərinə təyin edir, növbənin və xidməti vəzifələrin yerinə yetirilməsinə nəzarət edir. Sərnişinlərin gəmiyə minməsi, düşməsi və yerləşdirilməsini təşkil edir, onların təhlükəsizliyini təmin edir. Sərnişin otaqlarında qaydalara əməl edilməsinə nəzarət edir, sərnişinlərin istirahətini və iaşəsini təşkil edir. Gəmi təmirdə olan zaman sərnişin və xidməti otaqların təmirinə nəzarət edir. Tabeliyində olan şəxslərin sanitar, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına əməl etmələrinə nəzarət edir. Sərnişin otaqlarının açarlarının dublikatlarının saxlanması qaydasını təmin edir və lazımi hallarda onlardan istifadə olunmasını təmin edir. Sərnişin otaqlarının sərnişin qəbul etməyə hazırlığını təmin edir. Sərnişinlərlə mədəni-kütləvi tədbirlər keçirilməsi planını tərtib edir. Onları ədəbiyyat, jurnal, qəzetlərlə təimn edir. Xarici üzgüçülükdə gəminin daxil olduğu limanlardakı pasport rejimi və mühacirət-gömrük qaydalarına əməl edir, sərnişinlərin pasport və vizalarının düzgün tərtib olunmasına müntəzəm nəzarət edir. Sərnişinlərin yük və şəxsi əşyalarının qəbulunu, saxlanmasını və onların kayutlarda yerləşdirilməsini təşkil
edir. Sərnişin daşınması üzrə təyin edilmiş uçot və hesabatı aprarır, sərnişin üzrə hesabat hazırlayır, səfər başa çatdıqdan sonra onu kapitana təsdiq etdirir və gəmi sahibinə təqdim edir, Xidməti heyətin həyəcan siqnalları üzrə yerləşdirilməsində iştirak edir. Gəmidə həyəcan siqnalı elan edilərkən bu haqda sərnişinlərə dəqiq məlumat verir, tabeliyində olan işçilərin sərnişinlərin təhlükəsizliyinin təmin olunması işlərinə rəhbərlik edir, sərnişinlərin həyəcan siqnalı ilə nəzərdə tutulmuş yerlərə çıxarılmasını təşkil edir. “Gəmini tərk edin” siqnalı ilə sərnişinlərin qayıqlara mindirilməsini, bütün sərnişin otaqlarının yoxlanmasını təşkil edir və yoxlamanın nəticələri haqqında kapitana məlumat verir.
BİLMƏLİDİR: gəminin quruluşunu, gəmi sürücülüyü nəzəriyyəsini və təcrübəsini; naviqasiya-şturman avadanlığının istismar-texniki göstəricilərini; ticarət dəniz üzgüçülüyü Məcəlləsini; dəniz donanması Gəmilərində xidmət Nizamnaməsini; donanmanın texniki istismarı qaydalarını: komi sürücülüyü və naviqasiya-şturman avadanlığının texniki istismarı haqqında qaydaları, əsasnamələri, təlimatları və başqa rəhbər sənədləri; iqtisadiyyatı, istehsalatın, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Ali ixtisas təhsili, sərnişin (yük-sərnişin) Orta ixtisas təhsili, sərnişin (yük-sərnişin)
gəmilərində uzaq üzgüçülükdə komandir gəmilərində komandir vəzifələrdə yaxın
vəzifələrdə 5 ildən az olmayaraq iş stajı. üzgüçülükdə 5 ildən və ya uzaq
üzgüçülükdə 3 ildən az olmayaraq iş stajı.
VƏZİFƏ BORCU. Müntəzəm olaraq Gəmidə Yanğın təhlükəsizliyinin vəziyyətini, yükaşırma əməliyyatlarının yerinə yetirildiyi, yük və sərnişin daşındığı, təmir işləri və açıq odla işlər görülən vaxt yanğından mühafizə qaydalarına əməl edilməsini yoxlayır, yanğından mühafizə üzrə nəzarət edici orqanların göstərişlərinin gəmidə yerinə yetirilməsini təmin edir və gəminin çıxması (yola düşməsi) üçün yanğından mühafizə üzrə sənədləri tərtib edir. Vəziyyəti Yanğın törədə biləcək texniki vasitələrin istismarına, yanğın təhlükəsi yaradan işlərin görülməsinə yol verməmək üçün tədbirlər görür. Aşkar edilmiş nöqsanlar haqqında təxirəsalınmadan kapitanın böyük köməkçisinə məlumat verir və nöqsanların təxirəsalınmadan aradan qaldırılması üçün tədbirlər görür, təhlükəli yüklərin qəbulundan əvvəl gəminin bu yükləri qəbuletməyə hazırlığını yoxlayır, bu yüklərin yığılmasına və daşınma qaydalarına əməl edilməsinə nəzarət edir. Bir yerdə olduqda yanğın törətmə təhlükəsi olan yüklərin birgə daşınmasının qarşısını almaq məqsədi ilə yük planına baxışda iştirak edir. həyəcan siqnalları cədvəli və gəminin batmaması üçün operativ planların tərtibində, həmçinin xüsusi və ümumi təlim planlarının tərtibində iştirak edir. Yanğından mühafizə tədbirləri, yanğınsöndürmə təcrübəsi üzrə heyətə məşğələ keçir, keçirilən tədbirlərin uçotunu aparır; yanğın növbəsi çəkən şəxslərlə yanğından mühafizə üçün təlimat keçir; avtomatik və məsafədən idarə olunan yanğın siqnalizasiyası və yanğından mühafizə, qapı və sipərlərin balğlanma sistemlərinin fəaliyyətini, sabit və bir yerdən başqa yerə aparıla bilən yanğınsöndürən vasitələrinə işə hazırlığını müntəzəm yoxlayır. Yanğından mühafizə ləvazimatının uçotunu aparır və onun təmiri, təyin edilmiş normalarla lazımi miqdarda olması üçün tədbirlər görür. Yanğın söndürülən vaxt kapitan və kapitanın böyük köməkçisinin göstərişlərini yerinə yetirməklə yanğın qruplarına rəhbərlik edir.
BİLMƏLİDİR: gəminin quruluşunu, ticarət dəniz üzgüçülüyü Məcəlləsini; dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; donanmanın texniki istismarı qaydalarını; yanğınsöndürmə vasitələri, onların quruluşu və onlardan istifadə qaydalarını; yanğınsöndürmə əməliyyatlarının gəmidə həyata keçirilməsi üsulları və yanğından mühafizə qaydalarını; istehsalatın, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını.
Gəmilərdə komandir və vəzifələrdə 5 ildən az olmayaraq iş stajı, xüsusi hazırlıq və bu haqda uyğun şəhadətnamənin olması:
8-ci dərəcə - 3-cü qrup gəmilərdə;
9-cu dərəcə - 4-cü qrup gəmilərdə;
10-cu dərəcə - 5-ci qrup gəmilərdə;
11-ci dərəcə - 6-cı qrup gəmilərdə;
12-ci dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU. Heyətin iaşəsini təşkil edir, qida məhsulları, içməli su, material-texniki təchizatın (bunker sürtgü yağları, su ilə təchizatdan başqa) vaxtından alınması və saxlanmasının təmin edir, kassa kitabını aparır, heyətlə haqq-hesab çəkir, kassa hesabatlarını tərtib edir, tabeliyində olan heyət üzvlərinin təhlükəsizlik texnikası, yanğından mühafizə, həmçinin sanitar qaydalarına əməl etmələrini təmin edir. qida məhsulları və sənaye mallarına sifarişləri tərtib edir, gəmiyə gətirilən malların miqdarını yoxlayır. Qida məhsulları, tütün məmulatları, material texniki təchizat, ləvazimat və pul vəsaitlərinin uçotunu aparır. Pul və kassa hesabatlarının tərtib edir və kapitan tərəfindən təsdiq edildikdən sonra onları təyin edilmiş qaydada gəmi sahilənə göndərir. Heyət üzvlərinin iş vaxtlarının, həmçinin iş vaxtından əlavə vaxtda işlərinin tabelini aparır və onları gəmi sahibinə göndərir. Kapitanın böyük köməkçisi və böyük mexaniklə razılaşdırılaraq material-texniki təchizata sifariş tətbiq edir və onun məsrəfinin uçotunu aparır. Gəmidən düşən heyət üzvlərinə gömrük və başqa arayışları tərtib edir. Yanğınsöndürənlərin, nəzarət-ölçü cithazlarının, akvalanqların, vaxtında dəyişdirilməsi və doldurulmasını təmin edir.
BİLMƏLİDİR: gəminin quruluşunu, gəmi sürücülüyü nəzəriyyəsi və təcrübəsini; ticarət dəniz üzgüçülüyü Məcəlləsini; dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; donanmanın texniki istismarı qaydalarını; naviqasiya-şturman avadanlığının istismar-texniki göstəricilərini; gəmi sürücülüyü və naviqasiya-şturman avadanlığının texniki istismarı haqqında qaydaları, əsasnamələri, təlimatları; mühpazibat hesabının metod və formalarını; uçot və hesabatı; sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydasını; hesablama texnikasının istismarı qaydasını; iqtisadiyyatı, istehsalat, əmək və idarəetmənin təşkilinin əsaslarını; əməyin mühafizəsi. təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını.
Orta ixtisas təhsili, gəmidə sıravi vəzifələrdə 1 ildən az olmayaraq iş stajı:
8-ci dərəcə - 3-cü qrup gəmilərdə;
9-cu dərəcə - 4-cü qrup gəmilərdə;
10-cu dərəcə - 5-ci qrup gəmilərdə;
11-ci dərəcə - 6-cı qrup gəmilərdə;
12-ci dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
VƏZİFƏ BORCU. Gəmidəki texniki vasitələrin texniki istismarı qaydalarını yerinə yetirir, inşaatçı zavodun təlimatlarını və başqa təlimatları yerinə yetirir, şəxsən və ya ona kömək üçün ayrılmış gəmi mütəxəssisləri ilə birgə texniki vasitələrdə aşkar edilmiş nöqsanları aradan qaldırır, iş planını tərtib edir və onu 2-ci mexanikə təqdim edir. Təmir cədvəlini tərtib edir, sahil və gəmi mütəxəssisləri tərəfindən görülən təmir işlərinin keyfiyyətinə nəzarət edir. İşlərin təhlükəsizliyi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və təlimatların yerinə yetirilməsini təmin etməklə onu təhkim edilmiş gəmi mütəxəssilərinin işinə rəhbərlik edir. Material-texniki təchizat üzrə sifarişləri tərtib edir və onları ikinci mexanikə təqdim edir, dəyişək ehtiyat hisslərinin və alətlərin uçotunu aparır. Təyin edilmiş texniki sənədləri aparır.
BİLMƏLİDİR donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri əmrləri, qərarları və sərəncamları. Gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini, gəmi inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri, dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
İş stajına tələb qoyulmadan ali ixtisas Orta ixtisas təhsili, gəmidə motorçu
təhsili və ya orta ixtisas təhsili, uzaq vəzifəsində 1 ildən az olmayaraq iş stajı. üzgüçülükdə motorçu vəzifəsində 1 ildən
az olmayaraq iş stajı.
4-cü qrup gəmilərdə gəmi sistemləri üzrə 4-cü qrup gəmilərdə yaxın üzgüçülükdə
mexanik vəzifəsində uzaq üzgüçülükdə 1 gəmi sistemləri üzrə mexanik vəzifəsində
ildən və ya yaxın üzgüçülükdə 3 ildən az 1 ildən və ya uzaq üzgüçülükdə motorçu
olmayaraq iş stajı vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
VƏZİFƏ BORCU. Gəmi radio mütəxəssisləri, elektroradionaviqatorun işinə rəhbərlik edir, dəniz yol nəqliyyatı vasitələrində xidməti radiorabitə qaydaları və gəmi cədvəlinə uyqun olaraq növbə çəkir. Dəniz yol nəqliyyatı vasitələrində xidməti radio-rabitə qaydalarına ciddi riayət edir. Gəminin ötürücü qurğulardan çıxan radioşüaların sanitar normalarına uyğun kəlməsinə nəzarət edir. Tabeliyində olan şəxslərin təhlükəsizlik texnikası üzrə qayda və təlimatlara əməl etmələrini təmin edir. Radio mütəxəssislərin növbə cədvəlini tərtib edir və təsvir olunmaq üçün kapitana təqdim edir. Metereoloji məlumat və kapitan tərəfindən göstərilmiş rayonlar üzrə fırtına xəbərdarlığını, həmçinin dənizlərə naviqasiya xəbərdarlığının müntəzəm oalarq vaxtında alınmasını təşkil edir və həyata keçirir. Qəza radiorabitə vasitələrinin həmişə işə hazır olmasını təmin edir. Gündəlik radioteleqraf jurnalını yoxlayır və kapitana təqdim edir. Radiorabitənin texniki vasitələrinin etibarlı işini və onlara texniki xidməti təmin edir. Gəmi səfərə çıxmamışdan əvvəl texniki vasitələrin texniki vəziyyətini yoxlayır və onların işə hazırlığı haqqında kapitanın böyük köməkçisinə məlumat verir. Texniki vasitələrdə aşkar edilmiş nasazlıqları şəxsən və ya radiomütəxəssisləri cəlb etməklə aradan qaldırır (gəmi şəraitində bu işləri görmək mümkündürsə), sahil mütəxəsisləri tərəfindən texniki vasiitələrin təmiri və sazlanması üzrə görülən işlərin keyfiyyətinə nəzarət edir. Texniki vasitələr üzrə texniki formulyar, texniki baxış və təmirin uçotu jurnalını aparır, vaxtında təmir cədvəllərini tərtib edir və böyük mexanikə təqdim edir. Material-texniki təchizata sifarişlər tərtib edir, ehtiyat hissələri, ləvazimatı, alət və materialları qəbul edir və onların uçotunu aparır.
BİLMƏLİDİR: dənizdə beynəlxalq radiorabitənin təşkilini tənzimləyən materialları, sənədləri və təlimatları; rabitənin inkişafı sahəsində elmin və texnikanın ən yeni nailiyyətlərini; radiotexniki vasitələrin və quruluşu və iş prinsipini, onların istismarı üzrə təlimatları, iqtisadiyyatı, əməyin və idaraetmənin təşkilini.
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Ali ixtisas təhsili, Gəmidə radiooperator İş stajına tələb qoyulmadan ali ixtisas
vəzifəsində 1 ildən az olmayaraq iş təhsili və ya orta xüsusi (orta texniki)
stajı və yaorat xüsusi (orta texniki) təhsil, təhsil, gəmidə radiooperator vəzifəsində
gəmidə yaxın üzgüçülükdə radiostansiyanın və ya sahil təşkilatlarda ixtisas üzrə
rəisi vəzifəsində 1 ildən az olmayaraq iş stajı. 1 ildən az olmayaraq iş stajı.
VƏZİFƏ BORCU. Komanda-veriliş radioqurğuların, radioqəbul edicilərin, həmçinin Gəmi qəbuledicilərinin, maqnitofonların və telequrğuların etibarlı işini təmin edir. Aparaturaların texniki istismarını təmin edir.
BİLMƏLİDİR: gəmidə olan radio və telequrğuların quruluşu iş prinsipi və onlara texniki xidməti; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və təlimatları; iqtisadiyyatı, əməyin və idaraetmənin təşkilini.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
7-ci dərəcə - iş stajına tələb qoyulmadan ali ixtisas və ya orta xüsusi (orta texniki) təhsil.
VƏZİFƏ BORCU. Bütün soyudulan sahələrdə təyin edilmiş rejimin saxlanmasını təmin edir. Gəmi texniki vasitələrinin texniki istismar qaydalarını, inşaatçı zavodun təlimatlarının və başqa təlimatları yerinə yetirir, şəxsən və ya gəmi mütəxəssislərini cəlb etməklə texniki vasitələrin aşkar edilmiş nöqsanlarını aradan qaldırır, iş planını tərtib edir və onu böyük mexanikə təqdim edir. Təmir cədvəllərini tərtib edir, sahil və gəmi mütəxəssisləri tərəfindən görülən təmir işlərinin keyfiyyətinə nəzarət edir, işlərin təhlükəsiz görülməsini, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və təlimatlara əməl olunmasını təmin etməklə refrijerator maşinistləri və kömək üçün ayrılmış gəmi mütəxəssislərinin işinə rəhbərlik edir. Dəyişək-ehtiyat hissələri və material texniki təchizat üzrə sifarişlər tərtib edir və uçotunu aparır; təyin edilmiş texniki sənədləri aparır.
BİLMƏLİDİR: Donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları, gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini; refrijerator qurğularının soyuducu maşınlarının və havanı kondinsiyalaşdıran qurğuların, onlara xidmət edən texniki vasitələrlə birgə, quruluşunu və onlara xidmət etməni; dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ;
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
İş stajına tələb qoyulmadan ali ixtisas Orta ixtisas təhsili, komidə refrijerator
təhsili və ya orta ixtisas təhsili, uzan tor maşinisti və ya motorçu vəzifəsində üzgüçülükdə refrijerator maşinisti 1 ildən az olmayaraq iş stajı.
(motorçu) vəzifəsində 1 ildən az olmayaraq
4-cü qrup gəmilərdə refrijerator mexaniki 4-cü qrup gəmilərdə yaxın üzgüçülükdə
vəzifəsində 1 ildən və ya refrijerator refrijerator mexaniki vəzifəsində 1 ildən
maşinisti (motorçu) vəzifəsində 3 ildən və ya uzaq üzgüçülükdə refrijerator
az olmayaraq iş stajı. maşinisti (motorçu) vəzifəsində 2 ildən
az olmayaraq iş stajı.
VƏZİFƏ BORCU. Sərnişinlərin gəmiyə minməsi və gəmidən düşməsinin təşkilində və onların yerləşdirilməsində iştirak edir. Gəmidə sərnişinlərin olması və onlara xidmətlə əlaqədar olaraq informasiya-məlumat işini təmin edir. Sərnişin bürosunda (informasiya bürosunda) təsdiq edilmiş qrafikə uyğun olaraq növbə çəkir.
Səfər müddətində: gəmi radioşəbəkəsi ilə gəminin keçdiyi görməli yerlər, gəmi və onda keçirilən bütün mədəni-kütləvi tədbirlər, sərnişinlərə olan korrespondensiyalar haqqında məlumat verir. Sərnişin otaqlarını gəzir, bort bələdçilərinin işinə və yanğından mühafizəyə nəzarət edir, kapitanın sərnişin üzrə köməkçisinin olmadığı müddətdə onun vəzifələrini icra edir.
BİLMƏLİDİR: dəniz donanması Gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
7-ci dərəcə - iş stajına tələb qoyulmadan ali və ya orta ixtisas təhsil.
VƏZİFƏ BORCU: Gəmidəki texniki vasitələrin texniki istismarı qyadalarını, inşaatçı zavodun təlimatlarını və başqa təlimatları yerinə yetirir, texniki vasitələrin aşkar edilmiş qüsurlarını şəxsən və ya ona kömək üçün ayrılmış gəmi mütəxəssisləri ilə birgə aradan qaldırır, iş planını tərtib edir və ikinci mexanikə təqdim edir. Təmir cədvəllərini tərtib edir, sahil və gəmi mütəxəssisləri tərəfindən görülən təmir işlərinin keyfiyyətinə nəzarət edir. İşlərin təhlükəsiz görülməsinin təşkilini, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və təlimatların yerinə yetirilməsini təmin etməklə onu təhkim edilmiş - gəmi mütəxəssislərinik işinə rəhbərlik edir. Material-texniki təchizat üzrə sifarişləri tərtib edir və ikinci mexanikə təqdim edir, dəyişək ehtiyat hissələri və alətlərin uçotunu aparır. Təyin edilmiş texniki sənədləri aparır.
BİLMƏLİDİR: donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları, gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini; donanmanın texniki istismarı və texniki təchizatında, gəmi təmirində qabaqcıl nailiyyətləri dəniz donanması gəmilərində xidmət Nizamnaməsini, iqtisadiyyatı. əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Ali ixtisas təhsili, uzan üzgüçülükdə 4-cü Orta ixtisas təhsili, yaxın üzgüçülükdə
mexanik vəzifəsində 2 ildən az olmayaraq 4-cü mexanik vəzifəsində 2 ildən az
iş stajı və ya orta ixtisas təhsili, yaxın olmayaraq iş stajı və ya ali ixtisas təhsili
üzgüçülükdə 3-cü mexanik vəzifəsində 2 uzaq üzgüçülükdə 4-cü mexanik vəzifəsində
ildən az olmayaraq iş stajı. 1 ildən az olmayaraq iş stajı.
4-cü qrup gəmilərdə uzaq üzgüçülükdə 3-cü 4-cü qrup gəmilərdə 3-cü mexanik
mexanik vəzifəsində 2 ildən və ya yaxın vəzifəsində yaxın üzgüçülükdə 2 ildən və ya
üzgüçülükdə 2-ci mexanik vəzifəsində 3 4-cü mexanik vəzifəsində uzaq üzgüçülükdə
ildən az olmayaraq iş stajı. 3 ildən az olmayaraq iş stajı.
VƏZİFƏ BORCU. Gəmi elektrik avadanlığının texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qayda və təlimatları yerinə yetirir. Elektrik avadanlığının aşkar edilmiş nasazlıqlarını şəxsən və ya gəmi mütəxəssislərini cəlb etməklə aradan qaldırır; işlərin təşkilinin təhlükəsizliyini təmin etməklə ona kömək üçün ayrılmış gəmi mütəxəssislərinin işinə rəhbərlik edir. Təmir cədvəllərini tərtib edir. sahil və gəmi mütəxəssisləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarət edir. Material-texniki təchizata sifarişlər tərtib edir, dəyişək-ehtiyat hissələri və alətlərin uçotunu aparır; gəmi cədvəli üzrə növbə çəkir.
BİLMƏLİDİR: donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları, gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istismar güclərini, texniki xüsusiyyətlərini; gəmi inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri; gəmi elektrik avadanlığının quruluşu və iş prinsipini; dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
ÖDƏNİŞ DƏRƏCƏLƏRİNƏ İXTİSAS TƏLƏBLƏRİ:
Uzaq üzgüçülükdə Yaxın üzgüçülükdə
Ali ixtisas təhsili, gəmidə uzaq üzgüçülükdə Orta ixtisas təhsili, gəmidə 4-cü elektromexanik
4-cü elektromexanik vəzifəsində 1 ildən az vəzifəsində yaxın üzgüçülükdə 2 ildən və ya
olmayaraq iş stajı və ya orta ixtisas təhsili, uzaq üzgüçülükdə 1 ildən az olmayaraq iş stajı
gəmidə yaxın üzgüçülükdə 3-cü
elektromexanik vəzifəsində 2 ildən az
4-cü qrup gəmilərdə 3-cü elektromexanik 4-cü qrup Gəmilərdə yaxın üzgüçülükdə 3-cü
vəzifəsində uzaq üzgüçülükdə 1 ildən və ya elektromexanik vəzifəsində 1 ildən və ya
yaxın üzgüçülükdə 3 ildən az olmayaraq iş uzaq üzgüçülükdə 4-cü elektromexanik
stajı. vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
Vəzifələrin indiyədək qüvvədə olan adları (rusca)
Birinci radiooperator
Старший злектромеханик
Dördüncü elektromexanik
Четвертый злектромеханик
Elektromexanik (birinci
elektromexanik (elektroxodlarda)
Электромеханик (первый злектромеханик (на злектроходах)
Elektroradionaviqator
Злектрорадионавигатор
İkinci elektromexanik
Второй электромеханик (на
Kapitanın böyük köməkçisi
Старший помощниҝ капитана
Kapitanın ikinci köməkçisi
Второй помощник капитана
Kapitanın üçüncü köməkçisi
Третий помощник капитана
Kapitanın dördüncü köməkçisi
Четвертый помощник капитана
Kapitanın sərnişin üzrə köməkçisi
Помощник капитана по пассажирской части
Kapitanın yanğın üzrə köməkçisi
Помощник капитана по пожарной части
Kapitanın təsərrüfat üzrə
Gəmi sistemləri üzrə mexanik
Механик по судовым системам
Radiostansiyanın rəisi
Начальник радиостаниции
Refrijerator mexaniki
Рефрижераторный механик
Sərnişin xidmətinin müdiri
Адмнистратор пассажирской
Üçüncü elektromexanik
Третий злектромеханик (на злектроходах)
1. 3 may 2023-cü il tarixli 3-17/3-5-15/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305033515, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 may 2023-cü il)