“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
1. “Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin tarifləri” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2025-ci il 11 mart tarixli 3-27/3-7-1/2025 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Beynəlxalq səfərlər həyata keçirən gəmilərə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlərin tarifləri aşağıdakı düsturlar əsasında hesablanır:
1.1. Sərnişin-nəqliyyat və yük-sərnişin gəmiləri, gəmi-bərələr, eləcə də təkərli nəqliyyat vasitələrinin, yaxud konteynerlərin daşınması məqsədi ilə layihələndirilən yük gəmiləri (quru yük gəmiləri istisna olmaqla) üçün:
T – tarifin məbləği (manat, ƏDV-siz)
GT – gəminin ümumi tutumu (gross ton ilə)
Ə – gəminin ümumi tutumuna əsasən tətbiq olunan əmsal
S – dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlər üzrə müvafiq olaraq limana və dəniz əməliyyatları bazasına giriş-çıxışın, saatın, milin və ya təqvim gününün sayı
T – tarifin məbləği (manat, ƏDV-siz)
GT1 – gəminin ümumi tutumunun 6 min gross tona qədər (6 min gross ton daxil olmaqla) hissəsi
GT2 – gəminin ümumi tutumunun 6 min gross tondan artıq hissəsi
Ə1 – gəminin ümumi tutumunun 6 min gross tona qədər (6 min gross ton daxil olmaqla) olan hissəsi üzrə tətbiq olunan əmsal
Ə2 – gəminin ümumi tutumunun 6 min gross tondan artıq olan hissəsi üzrə tətbiq olunan əmsal
S – dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlər üzrə müvafiq olaraq limana və dəniz əməliyyatları bazasına giriş-çıxışın, saatın, milin və ya təqvim gününün sayı
1.3. Quru yük gəmiləri də daxil olmaqla digər gəmilər üçün:
T – tarifin məbləği (manat, ƏDV-siz)
GT1 – gəminin ümumi tutumu (gross ton ilə) 3 min gross tona qədər (3 min gross ton daxil olmaqla)
GT2 – gəminin ümumi tutumu (gross ton ilə) 3 min gross tondan artıq
Ə1 – gəminin ümumi tutumunun 3 min gross tona qədər (3 min gross ton daxil olmaqla) olan hissəsi üzrə tətbiq olunan əmsal
Ə2 – gəminin ümumi tutumunun 3 min gross tondan artıq olan hissəsi üzrə tətbiq olunan əmsal
S – dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlər üzrə müvafiq olaraq limana və dəniz əməliyyatları bazasına giriş-çıxışın, saatın, milin və ya təqvim gününün sayı
1.4. Bu Tariflərin 1.1-1.3-cü bəndlərində qeyd edilən tariflər üzrə aşağıdakı əmsallar tətbiq edilir:
Gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi (limana və dəniz əməliyyatları bazasına hər bir giriş-çıxış üzrə)
Dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili:
liman daxili (hər saat üzrə)
limandan xaric (hər mil üzrə)
Gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi (limana və dəniz əməliyyatları bazasına hər bir giriş-çıxış üzrə)
Gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması (hər təqvim günü üzrə)
2. Azərbaycan Respublikasının ərazi suları daxilində səfərlər həyata keçirən gəmilərə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlərin (bu Tariflərin 1.4-cü bəndində qeyd edilən) tarifləri xətti üzmə marşrutuna malik müntəzəm sərnişindaşıma həyata keçirən və ya eyni iki liman və liman akvatoriyası, dəniz əməliyyatları bazası və ya məntəqələr arasında səfərlər edən gəmilər üzrə giriş-çıxışın sayından asılı olmayaraq hər bir təqvim günü üzrə, digər gəmilər üzrə isə limana və liman akvatoriyasına, dəniz əməliyyatları bazasına və ya məntəqələrə hər bir giriş-çıxış üzrə aşağıdakı məbləğlərlə müəyyən edilir:
Gəminin ümumi tutumu 200 gross tonadək olduqda (200 gross tondaxil olmaqla)
Gəminin ümumi tutumu 200 gross tondan 400 gross tonadək olduqda (400 gross ton daxil olmaqla)
Gəminin ümumi tutumu 400 gross tondan 1400 gross tonadək olduqda (1400 gross ton daxil olmaqla)
Gəminin ümumi tutumu 1400 gross tondan 3400 gross tonadək olduqda (3400 gross ton daxil olmaqla)
Gəminin ümumi tutumu 3400 gross tondan 7500 gross tonadək olduqda (7500 gross ton daxil olmaqla)
Gəminin ümumi tutumu 7500 gross tondan yuxarı olduqda