“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Əsasnamənin 2-ci maddəsində, 6-cı maddəsinin üçüncü cümləsində, 8-ci maddəsində, 8-1-ci maddəsinin birinci cümləsində, 9-cu maddəsinin birinci və ikinci hissələrində, 10-cu maddəsinin birinci cümləsində, 11-ci maddəsinin birinci cümləsində, 12-ci maddəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci cümləsində, 13-1-ci maddəsində, 15-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 16-cı maddəsində, 17-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 mart 2008-ci il
1. 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1840)
2. 23 iyun 2021-ci il tarixli 1377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun 2021-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 592)
3. 31 may 2022-ci il tarixli 1701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 469)