11.1. Azərbaycan Respublikasında istehsal olunan və ya ölkəyə idxal edilən dərman vasitələrinin istifadəsi təlimatları Azərbaycan dilində aşağıdakı məlumatları əks etdirməlidir:
11.1.1. dərman vasitəsinin ticarət və patentləşdirilməmiş adını;
11.1.2. dərman vasitəsini istehsal edən ölkənin adını;
11.1.3. dərman vasitəsinin istehsalçısının adını və hüquqi ünvanını;
11.1.5. tətbiq olunma qaydasını, dozasını, formasını, qablaşmada olan dozaların sayını;
11.1.6. yararlılıq müddətini;
11.1.7. saxlanma və buraxılma şərtlərini;
11.1.8. dərman vasitəsinin tətbiqi zamanı təhlükəsizlik tədbirlərini;
11.1.9. dərman vasitəsinin tərkibindəki komponentlər haqqında məlumatı;
11.1.10. tətbiq sahəsini, əksgöstərişləri, əlavə təsirləri və digər dərman vasitələri ilə qarşılıqlı əlaqəsini;
11.1.11. dərman vasitəsinin xüsusi nəzarətdə olan dərman vasitəsinə aid olub-olmamasına dair məlumat.
11.2. Dərman vasitələrinin istifadəsi təlimatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
11.3. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi aptek təşkilatını Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.