Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”na uyğun olaraq və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müraciəti nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. “Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2023-cü il 5 dekabr tarixli 10 nömrəli Qərarına 1-1-ci bənd “Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri təsdiq edilsin (əlavə 3).” əlavə olunsun.
2. Bu qərar 2025-ci il 1 may tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 2 aprel 2025-ci il
Farmakonəzarət sənədlərinin ekspertizası (dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza keçirildikdə)
Orijinal dərman vasitələri
Dövri olaraq yenilənən təhlükəsizlik hesabatı sənədlərinin (DYTH) ekspertizası
Risk idarəetmə planı sənədlərinin (RİP) ekspertizası
Generik dərman vasitələri
Dövri olaraq yenilənən təhlükəsizlik hesabatı sənədlərinin (DYTH) ekspertizası
Risk idarəetmə planı sənədlərinin (RİP) ekspertizası
Farmakonəzarət sisteminin əsas dosyesinin (FSƏD) ekspertizası
* Eyni vəsiqə sahibinə münasibətdə təsiredici maddə əsas götürülməklə Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan dərman vasitəsinin fərqli dozaları və fərqli formaları nəzərdə tutulur.