Qanunvericilik › “Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.12.2023) › Tam mətn

“Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.12.2023)

“Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 26 dekabr 2023-cü il

Amerika Birləşmiş Ştatları;

Avropa Azad Ticarət Assosiasiyasına üzv olan ölkələr:

İslandiya Respublikası;

İsveçrə Konfederasiyası;

Lixtenşteyn Knyazlığı;

Avropa İttifaqına üzv olan və olmuş ölkələr:

Almaniya Federativ Respublikası;

Avstriya Respublikası;

Bolqarıstan Respublikası;

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;

Estoniya Respublikası;

Finlandiya Respublikası;

Xorvatiya Respublikası;

İrlandiya Respublikası;

İtaliya Respublikası;

Latviya Respublikası;

Lüksemburq Böyük Hersoqluğu;

Portuqaliya Respublikası;

Slovakiya Respublikası;

Sloveniya Respublikası;

Yunanıstan Respublikası;

Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi bağlamış ölkələr:

San-Marino Respublikası;

Türkiyə Respublikası.

Xarici (beynəlxalq) təşkilatlar:

Ümumdünya Səhiyyə Təşkilatı;

Avropa Dərman Agentliyi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver