9.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
9.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
9.3. Aşağıdakı məlumatların yayılmasına yol verilmir:
9.3.1. dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;
9.3.2. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;
9.3.3. dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;
9.3.4. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.
9.4. Media sahəsində çalışan işçilər bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına görə məsuliyyət daşıyırlar.