Qanunvericilik › Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Dini qurumlarda əmək-hüquq münasibətləri

Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dini qurumla işçi arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Dini qurum müəyyən edilmiş qaydada əmək müqaviləsini, ruhanilərin əmək haqqı şərtlərini müəyyən edən sənədləri qeydə alır.

Əmək müqaviləsi üzrə dini qurumda işləyən vətəndaşlar həmkarlar ittifaqının üzvü ola bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver