“Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 494 nömrəli Fərmanının 4.9-cu bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 4 fevral tarixli 20 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №2, maddə 99; 2004-cü il, №8, maddə 655) və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” 2004-cü il 9 avqust tarixli 109 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 655) 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 21 yanvar 2008-ci il
1.1. Bu Qaydalar “Diplomatik xidmət haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının (bundan sonra – diplomatik nümayəndəliklər) maliyyə təminatı ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydalar diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə diplomatik xidmət əməkdaşlarına və onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar, 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) ödənişlərin verilməsini və digər təminatların həyata keçirilməsini müəyyən edir.
1.1-1. Bu Qaydalara uyğun olaraq müəyyən edilən ödənişlər diplomatik xidmət əməkdaşlarına diplomatik nümayəndəlikdə işə təyin olunduqları tarixdən bu Qaydaların 4 nömrəli əlavəsində diplomatik nümayəndəliklər üzrə müəyyən edilmiş valyutada ödənilir. Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətini müvəqqəti itirmə dövrləri, eləcə də qanunvericilikdə işçinin iş yerinin və orta əməkhaqqının saxlandığı digər hallar istisna olmaqla, diplomatik xidmət əməkdaşları diplomatik nümayəndəlikdə təyin olunduqları iş yerində hər hansı səbəbdən öz vəzifələrini 30 təqvim günündən artıq müddətdə icra edə bilmədikdə, onlara dövlət məvacibi yalnız milli valyutada ödənilir.
1.2. Bu Qaydalar (6.8-ci bənd istisna olmaqla) diplomatik nümayəndəliklərdə inzibati-texniki xidməti həyata keçirən şəxslərə və onların ailə üzvlərinə şamil olunur.
1.3. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə, diplomatik nümayəndəliklər hər il növbəti ildə onların saxlanılması üçün xərclər smetalarına dair təklifləri və müvafiq təsdiqedici sənədləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edirlər. Bu təkliflər Xarici İşlər Nazirliyində ətraflı təhlil edildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilir və həmin təkliflərə diplomatik nümayəndəliklərin növbəti il üçün xərclərinin bölgüsü hazırlanarkən baxılır.
1.4. Diplomatik nümayəndəliklərin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin bölgüsü Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyinin birgə təklifləri əsasında hər il Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilir.
1.5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə, hər il dövlət büdcəsi təsdiq olunduqdan və büdcədə diplomatik nümayəndəliklərin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlərin bölgüsü Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra həmin bölgüyə əsasən Xarici İşlər Nazirliyi tərəfindən 10 gündən gec olmayaraq diplomatik nümayəndəliklərin növbəti il üçün xərclər smetaları tərtib olunur və Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilir.
1.6. Diplomatik nümayəndəliklərin ştat cədvəlləri Xarici İşlər Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra təsdiq edilir və hər il yanvarın 1-dək Maliyyə Nazirliyinə təqdim olunur.
1.6-1. Diplomatik nümayəndəliklərdə mühasibat uçotu və hesabatı işlərinin aparılması üçün “maliyyə məsələləri üzrə attaşe” vəzifəsi nəzərdə tutulur və diplomatik nümayəndəliyin ştat cədvəlinə əlavə edilir.
1.7. Diplomatik nümayəndəliyin saxlanılması xərcləri üzrə maliyyələşmə aparılarkən, onun mövcud vakant ştatları nəzərə alınır və bu vakant ştatların müqabilində xərclərin (əməkhaqqı, kirayə haqqı və s.) maliyyələşdirilməsi azaldılır.
1.8. Diplomatik nümayəndəliklərin saxlanılması xərcləri üzrə maliyyələşmə onların saxlanılması xərcləri üzrə təsdiq olunmuş rüblük bölgüyə uyğun olaraq növbəti rübə 20 gün qalmış Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən sifariş əsasında 10 gün ərzində Maliyyə Nazirliyi tərəfindən aparılır.
1.9. Qanunvericilikdə nəzərdə tutulan müddətdə növbəti il üçün dövlət büdcəsi təsdiq edilmədiyi hallarda, Maliyyə Nazirliyi tərəfindən növbəti ilin yanvar ayında diplomatik nümayəndəliklərin növbəti ildə saxlanılması üçün planlaşdırılan vəsaitin 1/12 hissəsi həcmində maliyyələşmə aparılır.
1.10. Diplomatik nümayəndəliklərin maliyyələşməsi dövlət büdcəsindən ayrılmış vəsaitlər dairəsində Xarici İşlər Nazirliyi tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə, mərkəzləşdirilmiş qaydada dövlət xəzinədarlığı vasitəsi ilə həyata keçirilir.
1.11. Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərdə büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsini, maliyyə hesabatlarının diplomatik nümayəndəliklərdən müəyyən olunmuş qaydada və müddətdə alınmasını və Maliyyə Nazirliyinə təqdim edilməsini, diplomatik nümayəndəliklərin maliyyə təminatı ilə bağlı təşkilati, maliyyə və digər məsələlər üzrə təkliflərin hazırlanmasını təmin edir.
1.12. Diplomatik nümayəndəliklərin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması məqsədi ilə Maliyyə Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış cədvələ əsasən mütəmadi olaraq yoxlamalar aparılır. Diplomatik nümayəndəlik tərəfindən maliyyə hesabatı vaxtında təqdim olunmadıqda, həmin diplomatik nümayəndəlikdə Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən növbədənkənar yoxlama aparıla bilər.
1.13. Dövlət büdcəsindən diplomatik nümayəndəliklərə ayrılan maliyyə vəsaitləri təyinatı üzrə istifadə edilməli və ilin sonuna istifadə olunmayan qalıq vəsait ilkin mənbəyə qaytarılmalıdır. Diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
1.13-1. Diplomatik nümayəndəliyin hesabına daxil olan maliyyə vəsaitlərinin xərclənməsi yalnız həmin nümayəndəliyin rəhbərinin (və ya onu əvəz edən şəxsin) və maliyyə məsələləri üzrə attaşesinin birgə imzası ilə banka təqdim olunan sənədə əsasən həyata keçirilir.
1.14. Diplomatik nümayəndəliklərin rəhbərləri diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin səmərəli istifadə olunması və maliyyə intizamına riayət edilməsi üzərində nəzarəti öz səlahiyyətləri daxilində həyata keçirirlər və bu Qaydaların tələblərinin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
2.1 Diplomatik nümayəndəliklərdə işləyən diplomatik xidmət əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilən dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir.
2.2. “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 17 iyun tarixli 77 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1965 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir.
2.3. Diplomatik nümayəndəliklərdə işləyən digər diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən diplomatik nümayəndəliyin rəhbərinin dövlət məvacibinin faiz nisbətində müəyyən edilir.
2.4. Aylıq əlavənin məbləği dövlət məvacibinə bu Qaydaların 2-1.1-ci bəndinə uyğun olaraq tətbiq edilən fərqləndirici əmsallar əsasında müəyyən olunur. Aylıq əlavə diplomatik nümayəndəliklərdə işləyən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibindən qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları (bundan sonra – digər icbari ödənişlər) və gəlir vergisi çıxıldıqdan sonra qalan vəsaitə fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğlə həmin qalan vəsait arasında fərqə bərabər götürülür.
2-1.1. Diplomatik nümayəndəliklərdə işləyən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibindən qanunla müəyyən olunmuş qaydada gəlir vergisi və digər icbari ödənişlər çıxıldıqdan sonra qalan vəsaitin ABŞ dollarında ekvivalenti müəyyən edilir və həmin məbləğə bu Qaydaların 2-1.3-cü bəndinə uyğun olaraq müəyyən edilən fərqləndirici əmsal tətbiq edilir. Alınan məbləğin diplomatik xidmət əməkdaşlarına ödənişi bu Qaydaların 1.1-1-ci bəndi nəzərə alınmaqla müvafiq valyutada həyata keçirilir.
2-1.2. Diplomatik nümayəndəliklərdə işləyən diplomatik xidmət əməkdaşlarının yaşayış səviyyəsinin diplomatik nümayəndəliyin yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun təmin edilməsi üçün onların dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsallar müəyyən edilərkən Birləşmiş Millətlər Təşkilatı (BMT) sistemində işləyən əməkdaşlar üçün BMT-nin Beynəlxalq Mülki Xidmət üzrə Komissiyası tərəfindən tərtib edilən əməkhaqqı şkalasında D1 səviyyəsinin 10-cu pilləsi üzrə əməkhaqqından və BMT-nin xidmət məntəqələri (xarici dövlət və onun müvafiq şəhəri) üzrə müəyyən edilən əmsallardan istifadə edilir. Xarici İşlər Nazirliyinin əsaslandırılmış və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında BMT-nin xidmət məntəqələri üzrə müəyyən edilən əmsallardan fərqli əmsallar tətbiq edilə bilər.
2-1.3. Diplomatik nümayəndəliklərdə işləyən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsal aşağıdakı düstura uyğun olaraq müəyyən edilir:
FƏ - fərqləndirici əmsal;
QVUN - BMT sistemində işləyən əməkdaşlar üçün müəyyən edilmiş əməkhaqqı şkalasında D1 səviyyəsinin 10-cu pilləsinə uyğun vəzifə üzrə təsbit edilmiş xalis aylıq baza əməkhaqqından yaşayış sahəsi, tibbi sığorta, pensiya təminatı, uşaqların ümumtəhsil müəssisəsində təhsili və avtonəqliyyat vasitəsinin istismarı üzrə xərclər çıxıldıqdan sonra qalan vəsaitdir. Xərclərin xalis aylıq baza əməkhaqqına nisbətdə xüsusi çəkisi aşağıda göstərilən şəkildə müəyyən edilir:
pensiya təminatı – 7.9%
uşaqların ümumtəhsil müəssisəsində təhsili – 3.9%
avtonəqliyyat vasitəsinin istismarı - 6.3%;
XDM – xalis dövlət məvacibi diplomatik nümayəndəlik rəhbəri üçün müəyyən edilmiş dövlət məvacibindən gəlir vergisi və digər icbari ödənişlər çıxıldıqdan sonra sərbəst qalan vəsaitin ABŞ dollarına olan ekvivalentidir;
MƏUN – məntəqə əmsalı BMT-nin hər bir xidmət məntəqəsində işləyən əməkdaşlarına verilən əməkhaqlarının alıcılıq qabiliyyətlərinin eyniləşdirilməsi məqsədilə 1 aprel 2022-ci il tarixinə müəyyən edilmiş əmsaldır.
2-1.4. Diplomatik nümayəndəliklərdə işləyən diplomatik xidmət əməkdaşlarının xalis dövlət məvaciblərinin ABŞ dollarına olan ekvivalentinə tətbiq edilən fərqləndirici əmsallar bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilir.
2-1.5. Aşağıdakı hallarda fərqləndirici əmsallara yenidən baxılır:
2-1.5.1. dörd ildə bir dəfə, BMT-nin əməkhaqqı sisteminə yenidən baxılmasının nəticələrinə uzlaşdırılması məqsədilə;
2-1.5.2. diplomatik nümayəndəliklərin fəaliyyət göstərdiyi dövlətlərin inflyasiya göstəricilərinin və valyuta məzənnələrində baş verən dəyişikliklərin qiymətləndirilməsinin nəticəsindən asılı olaraq, zərurət yaranan dövlətlər və onların şəhərləri üzrə iki ildən bir;
2-1.5.3. diplomatik nümayəndəliyin rəhbərinin dövlət məvacibində dəyişiklik olduqda.
3.1. Diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə diplomatik xidmət əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri müvafiq tibbi xidmətlə (tibbi sığorta ilə) təmin olunurlar. Bu məqsəd üçün diplomatik nümayəndəliklərin xərclər smetasında Xarici İşlər Nazirliyinə təqdim edilmiş təsdiqedici sənədlər əsasında diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə tibbi sığorta qiymətlərinin orta səviyyəsinə uyğun müvafiq vəsaitlər nəzərdə tutulur.
3.2. Diplomatik xidmət əməkdaşlarına və onlarla birlikdə yaşayan ailə üzvlərinə tibbi sığorta mərkəzləşmiş qaydada bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibbi sığorta üzrə bağlanmış müqaviləyə (tibbi sığorta müqavilələri bu sahədə tibbi sığorta proqramına uyğun olan həcmdə diplomatik xidmət orqanlarının yerləşdiyi ərazidə tibbi xidmət əldə etmək imkanı verən sığorta şirkəti ilə imzalanır) əsasən həyata keçirilə bilər.
3.3. Diplomatik xidmət əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilən tibbi sığorta zərfi bu Qaydaların 1 nömrəli əlavəsinə əsasən müəyyənləşdirilir.
4.1. Diplomatik nümayəndəliklərə işə təyin olunan və orada fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin nəqliyyat və yükün daşınması xərcləri (onların xarici dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla) diplomatik nümayəndəliyin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
4.2. Diplomatik xidmət əməkdaşına ödənilən illik məzuniyyət dövründə və ya diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan ailə üzvlərindən birinin ölümü ilə əlaqədar, diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri də eyni qaydada ödənilir.
4.3. Diplomatik nümayəndəliklərə ezam olunan, habelə diplomatik nümayəndəliklərdə fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşlarına və onlarla birlikdə yaşayan ailə üzvlərinin hər birinə müvafiq sənədlər əsasında 80 kq-dək (yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) yükün aparılması xərcləri diplomatik nümayəndəliklərin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.
5.1. Diplomatik xidmət əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə yaşayış sahəsi ilə təmin olunması üçün diplomatik nümayəndəliklərin xərclər smetasında müvafiq vəsaitlər nəzərdə tutulur.
5.2. Diplomatik xidmət əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri diplomatik xidmət əməkdaşlarının tutduğu vəzifələr və yerli şərait nəzərə alınmaqla, diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə mebellə təchiz edilmiş yaşayış sahəsi ilə təmin olunurlar.
5.3. Diplomatik xidmət əməkdaşlarının yaşayış sahəsi ilə təminatı diplomatik nümayəndəliklərin xərclər smetasında qeyd olunan məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilən normalar əsasında (diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkədə diplomatik nümayəndəliyin əməkdaşlarının yaşaması üçün yerli hakimiyyət orqanları tərəfindən xüsusi ərazilərin müəyyən edildiyi və Azərbaycan Respublikasının mülkiyyətində olan yaşayış binalarının mövcud olduğu hallar nəzərə alınmaqla) həyata keçirilir.
5.4. yaşayış sahəsinin icarə xərclərinin ödənilməsi diplomatik nümayəndəliyin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində diplomatik xidmət əməkdaşı ilə icarədar arasında bağlanmış icarə müqaviləsi (diplomatik xidmət orqanının rəhbəri tərəfindən təsdiq edilmiş) əsasında bank vasitəsi ilə həyata keçirilir. Yaşayış sahəsi üçün xərclər diplomatik nümayəndəlikdə işləyən ailə üzvlərindən birinə ödənilir.
5.5. Yaşayış sahəsinin icarəsi xərcləri aylıq ödənilir. Yaşayış sahəsinin icarəsi xərclərinin illik məbləğinin əvvəlcədən icarədara ödənilməsinə icazə verilmir. Müstəsna hallarda Xarici İşlər Nazirliyinin rəsmi razılığı olduğu təqdirdə, yaşayış sahəsinin icarə xərclərinin 6 aylıq məbləği əvvəlcədən ödənilə bilər.
5.6. Diplomatik xidmət əməkdaşının yaşayış sahəsinin icarəsi zamanı girov kimi depozitə qoyulmuş maliyyə vəsaitinin diplomatik nümayəndəliyə qaytarılması təmin olunmadığı halda, həmin vəsait aidiyyəti diplomatik xidmət əməkdaşından tutulur.
5.7. Diplomatik xidmət əməkdaşının yaşayış sahəsi üzrə kommunal xidmətlərinin haqqı diplomatik xidmət əməkdaşının vəsaiti hesabına ödənilir.
5.8. Diplomatik xidmət əməkdaşının yaşayış sahəsinin icarəsi üçün ödənilən haqqın məbləği diplomatik nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsində mövcud olan qiymətlərin orta səviyyəsinə uyğun müəyyən edilir. Qiymətlərin orta səviyyəsinin müəyyən edilməsi məqsədi ilə diplomatik nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsində yaşayış sahəsinin icarəsi ilə məşğul olan bir neçə şirkətə (3 şirkətdən az olmamaq şərti ilə) sorğu edilir.
5.9. Yaşayış sahəsinin ilkin seçimi diplomatik xidmət əməkdaşının ezam olunduğu diplomatik nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsinə gəlməmişdən əvvəl diplomatik nümayəndəlik tərəfindən aparılır. Diplomatik xidmət əməkdaşı diplomatik nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsinə gəldikdən sonra diplomatik nümayəndəlik tərəfindən ilkin seçilmiş yaşayış sahəsi icarə müqaviləsinin bağlanılması üçün ona təklif olunur.
5.10. Yaşayış sahəsinin icarə müqaviləsi orada yaşayacaq diplomatik xidmət əməkdaşı tərəfindən bağlanılır. Bu müqavilə diplomatik xidmət əməkdaşının ezam olunduğu diplomatik nümayəndəliyin yerləşdiyi ölkəyə gəldiyi tarixdən 15 gündən, fəaliyyətə yeni başlamış diplomatik nümayəndəliyin diplomatik xidmət əməkdaşı tərəfindən isə 30 gündən gec olmayaraq bağlanılmalıdır. Həmin müddət ərzində mehmanxanadan istifadə olunduqda, mehmanxana xərcləri həmin ölk ə üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş mehmanxana xərcləri normalarından artıq olmamalıdır. Qeyd olunan müddət ərzində müqavilə bağlanılmadıqda mehmanxana xərcləri diplomatik xidmət əməkdaşının vəsaiti hesabına ödənilir.
5.11. icarə müqaviləsində, o cümlədən aşağıdakılar da nəzərdə tutulmalıdır:
a) icarə müqaviləsində yaşayış sahəsi göstərilməlidir.
b) icarəçi heç bir vergi ödəməməlidir.
c) xidməti zərurətlə əlaqədar icarəçi icarə müqaviləsinə istənilən vaxt xitam verə bilər.
ç) yaşayış yeri və oradakı mebel, inventar və digər avadanlıq icarədarın hesabına sığortalanmalıdır.
d) mənzilin və oradakı mebel, inventar və digər avadanlığın təmir xərcləri (təbii aşınma nəzərə alınmaqla) icarədar tərəfindən ödənilməlidir.
5.12. Yaşayış yerinin və oradakı mebel, inventar və avadanlığın təbii aşınması ilə əlaqədar olmayan təmir xərcləri diplomatik xidmət əməkdaşının vəsaiti hesabına ödənilir.
5.13. Diplomatik xidmət əməkdaşı icarə etdiyi yaşayış yerini icarədara təhvil verərkən, icarədardan həmin diplomatik xidmət əməkdaşına qarşı heç bir iddianın olmadığı barədə yazılı təsdiqedici sənəd alaraq, diplomatik nümayəndəliyə təqdim etməlidir.
6.1. Diplomatik xidmət əməkdaşları ilə birlikdə yaşayan məktəbyaşlı ailə üzvlərinin təhsil haqqının və bu Qaydaların 6.4-cü bəndində qeyd olunan təhsil müavinətinin ödənilməsi üçün tələb olunan vəsaitlər diplomatik nümayəndəliklərin xərclər smetasında nəzərdə tutulur.
6.2. Məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı hər bir məktəbyaşlı ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğdə, lakin ayda 700 ABŞ dollarından və ya müvafiq valyutada onun ekvivalentindən çox olmamaq şərtilə ödənilir. Diplomatik nümayəndəliklərin rəhbərlərinin himayəsində olan məktəbyaşlı uşaqların təhsil haqqı isə diplomatik nümayəndəliyin yerləşdiyi dövlətin müvafiq təhsil müəssisəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında ödənilir.
6.3. Təhsil haqqı nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin fərq diplomatik xidmət əməkdaşının vəsaiti hesabına ödənilir.
6.4. Diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladları üçün illik təhsil haqqının 50 faizi məbləğində, lakin ildə 6,000.0 ABŞ dollarından və ya müvafiq valyutada onun ekvivalentindən çox olmamaq şərtilə təhsil müavinəti verilir.
6.5. Diplomatik xidmət əməkdaşına qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ərinə (arvadına) görə onun dövlət məvacibinə bu Qaydaların 2-1.1-ci bəndinə uyğun olaraq fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 6 (altı) faizi həcmində bu Qaydaların 1.1-1-ci bəndi nəzərə alınmaqla aylıq müavinət ödənilir.
6.6. Diplomatik xidmət əməkdaşına qəbul edən dövlətdə onunla birlikdə yaşayan 18 yaşına qədər hər bir uşağı üçün onun dövlət məvacibinə bu Qaydaların 2-1.1-ci bəndinə uyğun olaraq fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 2 (iki) faizi həcmində bu Qaydaların 1.1-1-ci bəndi nəzərə alınmaqla müavinət ödənilir.
6.7. Diplomatik xidmət əməkdaşına qəbul edən dövlətdə onunla birlikdə yaşayan yaşı 18-dən yuxarı əmək qabiliyyəti olmayan uşaqları üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əlilliyi müəyyən edilmiş şəxslərlə bağlı müavinətin ABŞ dolları ekvivalentində məbləğinə bu Qaydaların 5 nömrəli əlavəsi ilə müvafiq diplomatik nümayəndəlik üzrə müəyyən edilmiş fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğlə milli valyutada ödənilən müavinət arasında olan fərq həcmində müavinət bu Qaydaların 1.1-1-ci bəndi nəzərə alınmaqla müvafiq valyutada ödənilir.
6.8. Bu Qaydaların 2-1.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinə, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinə və Azərbaycan Respublikasının baş konsullarına onların dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 25 (iyirmi beş) faizi, səfir müavini, daimi nümayəndənin müavini, müşavir-elçi, müşavir, konsul və birinci katib vəzifələrini tutan diplomatik xidmət əməkdaşlarına onların dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 15 (on beş) faizi, digər diplomatik xidmət əməkdaşlarına onların dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 10 (on) faizi həcmində aylıq təmsilçilik müavinəti ödənilir.
6.9. Diplomatik nümayəndəliklərdə işə təyin olunan diplomatik xidmət əməkdaşlarına tutduqları vəzifə üzrə dövlət məvacibinin 1 (bir) misli həcmində birdəfəlik yerləşmə müavinəti ödənilir.
7.1. Diplomatik nümayəndəliklərin balansında olan Azərbaycan Respublikasına məxsus binalar və əmlak yanğın, partlayış, təbii fəlakət, oğurluq, soyğunçuluq, həmçinin istilik sistemi, su kəməri və kanalizasiya şəbəkəsində baş vermiş qəza, o cümlədən nəqliyyat vasitələri yol-nəqliyyat hadisəsi, yanğın, partlayış, oğurluq və oğurluğa cəhd risklərindən sığortalanır. Diplomatik nümayəndəliklərin rəhbərləri qeyd olunan risklərin sığortası, həmçinin nümayəndəliyin yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən müvafiq icbari sığorta növləri üzrə sığorta müqavilələrinin bağlanılmasının təmin edilməsinə görə şəxsən məsuliyyət daşıyırlar. Sığorta müqaviləsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra imzalanır. Sığorta haqlarının ödənilməsi üçün tələb olunan vəsaitlər diplomatik nümayəndəliklərin xərclər smetasında müvafiq təsdiqedici sənədlər əsasında nəzərdə tutulur.
7.2. Diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
7.3. Diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə diplomatik xidmət əməkdaşına və ya onunla birlikdə yaşayan ailə üzvlərinə öz xidməti vəzifələrini yerinə yetirərkən dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.
7.4. Diplomatik xidmət əməkdaşının və ya onunla birlikdə yaşayan ailə üzvünün cəsədinin Azərbaycan Respublikasına gətirilməsi xərcləri dövlət büdcəsi hesabına müvafiq qaydada ödənilir.
7.5. Diplomatik nümayəndəliyə ştatdankənar işçilərin işə qəbulu zamanı diplomatik nümayəndəliyə ezam olunmuş diplomatik xidmət əməkdaşları ilə birlikdə yaşayan ailə üzvlərinə üstünlük verilir.
7.6. Siyahısı bu Qaydaların 6 nömrəli əlavəsi ilə müəyyən edilmiş müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə faktiki fəaliyyət göstərən diplomatik nümayəndəliklərin diplomatik xidmət əməkdaşlarına onların dövlət məvacibinə bu Qaydaların 2-1.1-ci bəndinə uyğun olaraq fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 30 (otuz) faizi həcmində kompensasiya ödənilir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hər rübün əvvəlində bu Qaydaların 6 nömrəli əlavəsi ilə müəyyən edilmiş müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə faktiki olaraq fəaliyyət göstərməyən diplomatik nümayəndəliklər barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Diplomatik nümayəndəliklərin fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısında dəyişiklik edilməsinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vəsatəti əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən baxılır.
8.1. İl ərzində zərurət yarandığı təqdirdə, diplomatik nümayəndəliklərin mövcud ştat sayı və ümumi əməkhaqqı fondu dairəsində ayrı-ayrı diplomatik nümayəndəliklərin ştat sayında və işçilərinin vəzifə adlarında Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qaydada dəyişikliklər edilə bilər. Bu halda ştat cədvəlləri yenidən təsdiq edilərək Maliyyə Nazirliyinə təqdim olunur.
8.2. Diplomatik nümayəndəliyə ştatdankənar işçilərin işə qəbul edilməsi bu məqsəd üçün xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər dairəsində Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla diplomatik nümayəndəliklə və işçi arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Ştatdankənar işçilərin aylıq əməkhaqqı diplomatik nümayəndəliyin yerləşdiyi ölkədə mövcud olan orta aylıq əməkhaqqından yuxarı səviyyədə olmamalıdır.
8.3. Diplomatik nümayəndəliklərdə xidməti minik və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddinin və istismar xərclərinin normaları, xidməti minik avtomobillərinin say həddi (limiti) bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən müəyyən edilir.
8.4. Diplomatik nümayəndəliklərdə nəqliyyat vasitələrinin lizinq vasitəsilə alınmasına icazə verilmir (iqtisadi cəhətdən səmərəli olduğu təsdiq edildiyi hallar istisna olmaqla).
8.5. Fəaliyyətə yeni başlamış diplomatik nümayəndəliklərdə xidməti minik avtomobilləri alınana qədər 30 gün ərzində 2 ədəd nəqliyyat vasitəsi orta qiymətlər əsasında icarəyə götürülə bilər.
8.5-1. Diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi yerin iqlimi və coğrafi şəraiti nəzərə alınmaqla, xidməti minik avtomobili yüksəkkeçidli avtomobil kateqoriyasından ola bilər.
8.6. Diplomatik xidmət əməkdaşının təqsiri üzündən baş vermiş avtomobil qəzası ilə bağlı diplomatik nümayəndəliyin çəkdiyi xərclər həmin diplomatik xidmət əməkdaşının vəsaiti hesabına ödənilir.
8.7. Azərbaycan Respublikasının rəsmi bayramları və digər əlamətdar günləri, habelə Azərbaycan Respublikasının ali və yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin diplomatik nümayəndəliklərin yerləşdikləri ölkələrə səfərləri ilə bağlı diplomatik nümayəndəliklər tərəfindən müvafiq ziyafətlərin və digər tədbirlərin keçirilməsi üçün tələb olunan vəsaitlər diplomatik nümayəndəliklərin xərclər smetasında nəzərdə tutulur.
8.8. Ziyafətlərin və digər tədbirlərin keçirilməsi üçün ödənilən məbləğ diplomatik nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsində mövcud olan qiymətlərin orta səviyyəsinə uyğun müəyyən edilir. Qiymətlərin orta səviyyəsinin müəyyən edilməsi məqsədi ilə diplomatik nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsində ziyafətlərin və digər tədbirlərin keçirilməsi üçün xidmət göstərən bir neçə şirkətə (3 şirkətdən az olmamaq şərti ilə) sorğu edilir. Həmin sorğular, habelə sorğulara cavablar diplomatik nümayəndəliyin müvafiq hesabatına əlavə edilir.
8.9. Ziyafətlər və digər tədbirlər diplomatik nümayəndəliklərin inzibati binalarında, onların keçirilməsi üçün icarəyə götürülmüş xüsusi yerlərdə, eləcə də diplomatik nümayəndəliklərin rəhbərlərinin iqamətgahlarında keçirilə bilər.
8.10. Ziyafətlərin və digər tədbirlərin keçirilməsi üçün diplomatik nümayəndəlik tərəfindən əvvəlcədən müvafiq xərclər smetası və dəvət olunanların siyahısı tərtib edilməli və faktiki xərcləri təsdiq edən sənədlər də əlavə edilməklə, müvafiq hesabatlar diplomatik nümayəndəliyin mühasibatlığına təqdim olunmalıdır.
8.11. Diplomatik nümayəndəlik tərəfindən xidməti zərurətlə bağlı hədiyyələrin verilməsi də müvafiq qaydada sənədləşdirilməlidir. Bununla bağlı diploma tik nümayəndəliyin mühasibatlığına təqdim edilən hesabatda hədiyyənin adı, dəyəri və hədiyyənin verilməsi məqsədi barədə məlumatlar göstərilməlidir.
8.12. Diplomatik nümayəndəliyin rəhbəri xidməti kartdan istifadə etdiyi halda, bu kartdan istifadə edilməsi üzrə müvafiq hesabatlar (xərcləri təsdiq edən sənədlər də əlavə edilməklə) ayda bir dəfə diplomatik nümayəndəliyin mühasibatlığına təqdim edilməlidir.
8.13. Diplomatik nümayəndəliklərin aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin geri alınması diplomatik nümayəndəliklər tərəfindən müvafiq qaydada təmin edilir və bu barədə Xarici İşlər Nazirliyinə mütəmadi məlumat verilir. Geri alınan əlavə dəyər vergisinin məbləği diplomatik nümayəndəliyin saxlanılması xərcləri üzrə sonrakı maliyyələşmə zamanı nəzərə alınır.
8.14. Diplomatik nümayəndəliyin xərclər smetasının tərtibi zamanı xərclərin dürüstlüyünü və şəffaflığını təmin etmək məqsədi ilə onun yerləşdiyi ölkənin iqtisadi göstəriciləri (ölkədə mövcud olan qiymətlər, yaşayış minimumu, istehlak səbəti, minimum əməkhaqqı, adambaşına düşən ÜDM və s.) barədə məlumat cari ilin yanvar və iyul aylarının 15-nə kimi Xarici İşlər Nazirliyinə təqdim edilir. Xarici İşlər Nazirliyi öz növbəsində həmin məlumatların surətini 10 gün ərzində Maliyyə Nazirliyinə göndərir.
8.15. Diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə il ərzində malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı qiymət və tariflərin səviyyəsi 10 faiz və daha çox artdıqda, diplomatik nümayəndəliklərin Xarici İşlər Nazirliyinə vaxtında təqdim etdikləri təsdiqedici sənədlər əsasında Maliyyə Nazirliyi tərəfindən onların xərclər smetalarına müvafiq qaydada yenidən baxıla bilər.
8.16. Diplomatik nümayəndəliklərdə işə təyin olunan diplomatik xidmət əməkdaşlarına birdəfəlik yerləşmə müavinəti, yol xərci və yüklərin daşınması ilə bağlı xərclər diplomatik nümayəndəliyin xərclər smetası hesabına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ödənilir və sonradan müvafiq diplomatik nümayəndəliyin xərclərinə aid edilir.
Qeyd. Bu Qaydaların məqsədləri üçün Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi, həmçinin Avronun, Böyük Britaniya funt sterlinqinin, İsveçrə frankının və Yaponiya yeninin ABŞ dollarına olan çarpaz məzənnəsi Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il iyulun 1-nə olan məzənnə göstəricilərinə əsasən müəyyən edilir.
1. Terapevt və digər tibbi mütəxəssislər tərəfindən aparılan müalicə xərcləri.
2. Təxirəsalınmaz ambulator tibbi yardım.
3. Təxirəsalınmaz ambulator stomatoloji yardım və stasionar müalicə.
4. Ambulator cərrahiyyə.
1. Xəstəxanada qalma xərcləri.
2. Təyin edilmiş dərman və materialların xərci.
3. Təcili cərrahiyyə əməliyyatları (əməliyyatdan əvvəlki və sonrakı müalicə daxil olmaqla).
4. Kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası, positron emissiya tomoqrafiyası (stasionar və ambulator müalicə zamanı).
5. Yaşı 18-dən az olan xəstə ilə valideynlərdən birinin qalması xərcləri.
6. Təxirəsalınmaz stasionar stomatoloji yardım.
7. Hospitalizasiyadan dərhal sonrakı reabilitasiya müalicəsi.
8. Yerli təcili yardım xidməti.
10. Evakuasiya olunan şəxsin bir nəfər tərəfindən müşayiət edilməsi xərcləri.
11. Akuşer-ginekoloji yardımın göstərilməsi.
Qeyd. Bu siyahıya daxil olmayan tibbi xidmətlərdən istifadə xərcləri diplomatik xidmət əməkdaşının öz vəsaiti hesabına ödənilir.
Fövqəladə və səlahiyyətli səfir, daimi nümayəndə
Səfir müavini, daimi nümayəndənin müavini
Birinci katib, konsul, ikinci katib, vitse-konsul, maliyyə məsələləri üzrə attaşe
Üçüncü katib, konsul agenti, attaşe, mühafizəni həyata keçirən zabitlər
Digər işçilər, əməliyyat əməkdaşı
Qeydlər: 1. Diplomatik nümayəndəlikdə çalışan diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan 2 və daha çox ailə üzvü olduqda, diplomatik nümayəndəliyin rəhbəri göstərilən yaşayış sahəsinin yuxarı həddini (adambaşına düşən yaşayış sahəsi 12 kv. metrdən artıq olmamaqla) artıra bilər.
2. Yaşayış yerinin sahəsi nəzərdə tutulmuş normalardan (diplomatik nümayəndəliyin rəhbəri tərəfindən müvafiq qaydada artırılmış normalar nəzərə alınmaqla) yuxarı olduğu təqdirdə, artıq olan sahənin haqqı diplomatik xidmət əməkdaşının öz şəxsi vəsaiti hesabına ödənilir.
3. Yaşayış sahəsinə yataq otaqlarının tutduğu sahə daxil edilir.
1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində tam iş vaxtı üzrə xidməti minik və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddinin normaları aşağıdakı kimi müəyyən edilir:
Diplomatik nümayəndəliklərin rəhbərlərinin xidməti minik avtomobilləri
Digər xidməti minik avtomobilləri və mikroavtobuslar
2. İşin xüsusiyyətləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda, avtonəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.
3. Xidməti zərurət və ya işin xüsusiyyətləri nəzərə alınmaqla, diplomatik nümayəndəliyin rəhbərinin xidməti minik avtomobili üçün aylıq yürüş həddi 40 faiz artırılır.
4. Diplomatik nümayəndəliyin balansında olan yararsız (istismar müddəti bitmiş) xidməti minik avtomobillərinin yeniləri ilə əvəz edilməsi, habelə müəyyən olunmuş limitə əsasən çatışmayan xidməti minik avtomobillərinin alınması hər il bu məqsəd üçün diplomatik nümayəndəliklərin xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilir.
5. Avtonəqliyyat vasitələrinin 1 ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtonəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun olaraq müəyyən edilir.
6. Yanacaq sərfinin xətt normaları (hər 100 km yürüşə görə yanacaq sərfi) aşağıdakı hallarda artırılır:
6.1. qış mövsümündə işlədikdə - 5 faizə qədər;
6.2. dəniz səviyyəsinə görə yüksəklikdə işlədiyi vaxt:
6.2.1. 1000 metrdən 1500 metrə qədər - 5 faiz;
6.2.2. 1501 metrdən 2000 metrə qədər - 10 faiz;
6.2.3. 2001 metrdən yuxarı - 15 faiz;
6.3. əsaslı təmirdən çıxmış və təzə avtomobillərin istismarı zamanı birinci 1000 km yürüşə görə - 5 faizə qədər.
7. Kondisioner istifadə olunduğu hallarda, yanacaq sərfi avtonəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən müəyyən edilir.
8. Avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə diplomatik nümayəndəliklərin balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il xərclər smetasında vəsaitlər aşağıdakı qaydada nəzərdə tutulur:
8.1. avtonəqliyyat vasitələrinə yanacaq xərcləri - hər bir avtonəqliyyat vasitəsinə bu normanın tələblərinə uyğun olaraq hesablanmış yanacaq tələbatının dəyəri həcmində;
8.2. sürtkü materiallarının (mühərrik yağının, əyləc mayesinin, soyuducu və digər mayelərin) alınması xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən nəzərdə tutulmuş yanacaq xərcinin 10 faizi məbləğində;
8.3. avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - avtonəqliyyat vasitəsinin ilkin dəyərinin 2 faizi məbləğində.
9. Avtonəqliyyat vasitələrinin əsaslı təmiri təqdim olunan sənədlər əsasında (əsaslı təmirə dayanmanın səbəbləri haqqında arayış, qüsur aktı, təmir işlərini aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd və s.) xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
10. Diplomatik nümayəndəliklərin istifadəsində olan xidməti minik avtomobillərinin say həddi (limiti) diplomatik nümayəndəliyin ştat cədvəlinə uyğun olaraq, "birinci katib" və daha yüksək vəzifə tutan diplomatik xidmət əməkdaşlarının hər bir nəfərinə bir ədəd, digər diplomatik xidmət əməkdaşlarının isə hər iki nəfərinə bir ədəd hesabı ilə müəyyən edilir.
11. Avtomobillərin lizinq üsulu ilə icarəyə götürüldüyü hallarda, müəyyən edilmiş say həddi (limiti) gözlənilməlidir.
Amerika Birləşmiş Ştatları
Argentina Respublikası
Birləşmiş Ərəb Əmirlikləri
Braziliya Federativ Respublikası
Cənubi Afrika Respublikası
Çin Xalq Respublikası
Efiopiya Federativ Demokratik Respublikası
Əlcəzair Xalq Demokratik Respublikası
Əfqanıstan İslam Respublikası
Hindistan Respublikası
İordaniya Haşimilər Krallığı
İndoneziya Respublikası
Qazaxıstan Respublikası
Meksika Birləşmiş Ştatları
Misir Ərəb Respublikası
Özbəkistan Respublikası
Pakistan İslam Respublikası
Səudiyyə Ərəbistanı Krallığı
Suriya Ərəb Respublikası
Tacikistan Respublikası
Vyetnam Sosialist Respublikası
Albaniya Respublikası
Almaniya Federativ Respublikası
Avstriya Respublikası
Bolqarıstan Respublikası
Bosniya və Herseqovina
Estoniya Respublikası
Xorvatiya Respublikası
İran İslam Respublikası
Portuqaliya Respublikası
Slovakiya Respublikası
Yunanıstan Respublikası
Böyük Britaniya funt sterlinqi
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
İsveçrə Konfederasiyası
Albaniya Respublikası, Tirana şəhəri
Almaniya Federativ Respublikası, Berlin şəhəri
Amerika Birləşmiş Ştatları, Vaşinqton şəhəri
Amerika Birləşmiş Ştatları, Nyu-York şəhəri
Amerika Birləşmiş Ştatları, Los-Anceles şəhəri
Argentina Respublikası, Buenos-Ayres şəhəri
Avstraliya İttifaqı, Kanberra şəhəri
Avstriya Respublikası, Vyana şəhəri
Belarus Respublikası, Minsk şəhəri
Belçika Krallığı, Brüssel şəhəri
Bəhreyn Krallığı, Manama şəhəri
Birləşmiş Ərəb Əmirlikləri, Abu-Dabi şəhəri
Birləşmiş Ərəb Əmirlikləri, Dubay şəhəri
Bolqarıstan Respublikası, Sofiya şəhəri
Bosniya və Herseqovina, Sarayevo şəhəri
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, London şəhəri
Braziliya Federativ Respublikası, Brazilia şəhəri
Cənubi Afrika Respublikası, Pretoriya şəhəri
Çex Respublikası, Praqa şəhəri
Çin Xalq Respublikası, Pekin şəhəri
Efiopiya Federativ Demokratik Respublikası, Əddis-Əbəbə şəhəri
Estoniya Respublikası, Tallin şəhəri
Əlcəzair Xalq Demokratik Respublikası, Əlcəzair şəhəri
Əfqanıstan İslam Respublikası, Kabil şəhəri
Fransa Respublikası, Paris şəhəri
Fransa Respublikası, Strasburq şəhəri
Fələstin Dövləti, Ramallah şəhəri
Gürcüstan, Tbilisi şəhəri
Gürcüstan, Batumi şəhəri
Hindistan Respublikası, Nyu Dehli şəhəri
Xorvatiya Respublikası, Zaqreb şəhəri
İordaniya Haşimilər Krallığı, Amman şəhəri
İndoneziya Respublikası, Cakarta şəhəri
İran İslam Respublikası, Tehran şəhəri
İran İslam Respublikası, Təbriz şəhəri
İraq Respublikası, Bağdad şəhəri
İspaniya Krallığı, Madrid şəhəri
İsrail Dövləti, Təl-Əviv şəhəri
İsveç Krallığı, Stokholm şəhəri
İsveçrə Konfederasiyası, Bern şəhəri
İsveçrə Konfederasiyası, Cenevrə şəhəri
İtaliya Respublikası, Roma şəhəri
Kanada, Ottava şəhəri
Keniya Respublikası, Nayrobi şəhəri
Koreya Respublikası, Seul şəhəri
Kuba Respublikası, Havana şəhəri
Küveyt Dövləti, Küveyt şəhəri
Qazaxıstan Respublikası, Astana şəhəri
Qazaxıstan Respublikası, Aktau şəhəri
Qətər Dövləti, Doha şəhəri
Qırğız Respublikası, Bişkek şəhəri
Latviya Respublikası, Riqa şəhəri
Litva Respublikası, Vilnüs şəhəri
Livan Respublikası, Beyrut şəhəri
Liviya Dövləti, Tripoli şəhəri
Macarıstan, Budapeşt şəhəri
Malayziya, Kuala-Lumpur şəhəri
Meksika Birləşmiş Ştatları, Mexiko şəhəri
Mərakeş Krallığı, Rabat şəhəri
Misir Ərəb Respublikası, Qahirə şəhəri
Moldova Respublikası, Kişinyov şəhəri
Niderland Krallığı, Haaqa şəhəri
Oman Sultanlığı, Maskat şəhəri
Özbəkistan Respublikası, Daşkənd şəhəri
Pakistan İslam Respublikası, İslamabad şəhəri
Polşa Respublikası, Varşava şəhəri
Portuqaliya Respublikası, Lissabon şəhəri
Rusiya Federasiyası, Moskva şəhəri
Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri
Rusiya Federasiyası, Yekaterinburq şəhəri
Rusiya Federasiyası, Mahaçqala şəhəri
Rumıniya, Buxarest şəhəri
Serbiya Respublikası, Belqrad şəhəri
Səudiyyə Ərəbistanı Krallığı, Ər-Riad şəhəri
Slovakiya Respublikası, Bratislava şəhəri
Suriya Ərəb Respublikası, Dəməşq şəhəri
Tailand Krallığı, Banqkok şəhəri
Tacikistan Respublikası, Düşənbə şəhəri
Türkiyə Respublikası, Ankara şəhəri
Türkiyə Respublikası, İstanbul şəhəri
Türkiyə Respublikası, Qars şəhəri
Türkmənistan, Aşqabad şəhəri
Ukrayna, Kiyev şəhəri
Vyetnam Sosialist Respublikası, Hanoy şəhəri
Yaponiya, Tokio şəhəri
Yunanıstan Respublikası, Afina şəhəri
Əfqanıstan İslam Respublikası
Suriya Ərəb Respublikası
İran İslam Respublikası
1. 14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 359)
2. 26 dekabr 2012-ci il tarixli 322 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1385)
3. 12 iyul 2013-cü il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 iyul 2013-cü il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 874)
4. 14 avqust 2013-cü il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2013-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1010)
5. 25 dekabr 2013-cü il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1641)
6. 24 dekabr 2015-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1598)
7. 27 mart 2017-ci il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 502)
8. 23 sentyabr 2020-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1224)
9. 31 yanvar 2023-cü il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 fevral 2023-cü il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 148)
10. 6 noyabr 2023-cü il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 noyabr 2023-cü il, “Azərbaycan” qəzeti, 15 noyabr 2023-cü il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1570)
11. 23 aprel 2025-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 aprel 2025-ci il, “Xalq” qəzeti, 26 aprel 2025-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, II kitab, maddə 415)
12. 23 fevral 2026-cı il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2026-cı il, “Xalq” qəzeti, 4 mart 2026-cı il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 186)
13. 27 avqust 2026-cı il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 29 avqust 2026-cı il, № 156) (Bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.)
14. 8 sentyabr 2026-cı il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 10 sentyabr 2026-cı il, № 164)