Qanunvericilik › “Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.12.2020) › Tam mətn

“Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.12.2020)

“Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.12.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 dekabr 2020-ci il

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların ötürüləcəyi informasiya ehtiyatları və sistemləri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə:

“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə:

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə:

“Elektron hökumət” portalı

2. Dəfnlərin vahid dövlət reyestrindən vətəndaşların dəfni ilə bağlı məlumatların ötürüləcəyi informasiya ehtiyatları və sistemləri

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə:

Statistik məlumatlar (göstəricilər) üzrə informasiya ehtiyatı

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə:

“Elektron hökumət” portalı

1. 31 may 2023-cü il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 01 iyun 2023-cü il, “Xalq” qəzeti, 03 iyun 2023-cü il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 741)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver