“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.3-cü və 1.1.6-cı yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar” təsdiq edilsin (əlavə olunur).
2. “Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 sentyabr 2022-ci il
1.1. Bu Meyarlar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.10-cu maddəsinə əsasən hazırlanmışdır və donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarları müəyyən edir.
1.2. Gözləmə siyahısında olan resipiyentlər donor orqanların transplantasiyası metodu ilə müalicə üçün bu Meyarlara uyğun olaraq müəyyən edilmiş təcililik statusu nəzərə alınmaqla seçilirlər.
1.3. Bu Meyarlarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Böyrəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar aşağıdakılardır:
2.1.1. hemodializ üsulu ilə müalicənin aparılmasına tibbi göstərişi olan şəxsdə damar yolu girişinin təmin edilməsinin mümkün olmaması;
2.1.2. peritoneal dializin aparılmasına əks-göstərişin olması.
3.1. Qaraciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşdan yuxarı şəxslər üçün meyarlar aşağıdakılardır:
3.1.1. fulminant qaraciyər çatışmazlığı;
3.1.2. anhepatik (qaraciyər xaric edilmiş) şəxs;
3.1.3. qaraciyər köçürülmüş şəxsdə 7 (yeddi) gün ərzində qaraciyərin funksiya göstərməməsi, AST >= 3000 v/l;
3.1.4. qaraciyər köçürülmüş şəxsdə 7 (yeddi) gün ərzində qaraciyər arteriyasının trombozu, AST >= 3000 v/l;
3.1.5. kəskin dekompensasiya olunmuş Vilson xəstəliyi.
3.2. Qaraciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusu 18 yaşınadək şəxslər üçün Status 1A və Status 1B üzrə müəyyən edilir.
3.3. 18 yaşınadək şəxslər üçün Status 1A üzrə meyarlar aşağıdakılardır:
3.3.1. fulminant qaraciyər çatışmazlığı;
3.3.2. qaraciyər köçürülmüş şəxsdə 7 (yeddi) gün ərzində qaraciyərin funksiya göstərməməsi, AST >= 2000 v/l;
3.3.3. qaraciyər köçürülmüş şəxsdə 14 (on dörd) gün ərzində qaraciyər arteriyasının trombozu;
3.3.4. kəskin dekompensasiya olunmuş Vilson xəstəliyi.
3.4. 18 yaşınadək şəxslər üçün Status 1B üzrə meyarlar aşağıdakılardır:
3.4.1. biopsiya ilə təsdiqlənən və metastazı aşkar olunmayan hepatoblastoma;
3.4.2. ən azı 30 (otuz) gün davam edən üzvi asidemiya və ya sidik cövhəri dövranının defekti ilə əlaqəli metabolik xəstəlik;
3.4.3. MELD (Model for End-stage Liver Disease - son mərhələ qaraciyər xəstəliyi modeli) və ya PELD (Pediatrik End-stage Liver Disease - pediatrik son mərhələ qaraciyər xəstəliyi) - balı 25 və daha çox olan və aşağıdakılardan ən azı biri ilə müşayiət olunan:
1. süni tənəffüsün aparılması;
2. son 24 saat ərzində ən azı 30 ml/kq eritrositar kütlənin köçürülməsinə ehtiyac yaradan mədə-bağırsaq qanaxması;
3. hemodializ və ya hemofiltrasiya tələb edən böyrək çatışmazlığı;
4. 48 saat ərzində Glasgow koma balının 10-dan aşağı olması.
Qeyd. 18 yaşınadək şəxslərdə Status 1A təcililiyinə görə Status 1B-dən üstündür.
4.1. Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşından yuxarı şəxslər üçün meyarlar aşağıdakılardır:
4.1.1. veno-arterial ekstrakorporal membran oksigenasiyanın (ECMO) aparılması;
4.1.2. endovaskulyar olmayan, cərrahi yolla implantasiya olunmuş biventrikulyar dəstək cihazının (Biventricular support device) tətbiq edilməsi;
4.1.3. qan dövranına mexaniki dəstək cihazının (Mechanical circulatory support device) tətbiq edilməsi.
4.2. Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşınadək şəxslər üçün meyarlar aşağıdakılardır:
4.2.1. davamlı süni tənəffüsün aparılması;
4.2.2. aortadaxili balon cihazının (Intra-aortic balloon pump) tətbiq edilməsi;
4.2.3. arterial (Botal) axarından asılı olan kiçik və ya böyük qan dövranı (Ductal dependent pulmonary or systemic circulation). Axarın açıq vəziyyətinin stend və ya prostaqlandin infuziyası ilə təmin edilməsi vəziyyəti;
4.2.4. hemodinamikaya ciddi təsir göstərən ürəyin anadangəlmə qüsuru, eyni zamanda bir neçə inotrop dərman vasitəsi və ya yüksək dozada tək inotrop dərman vasitəsindən istifadə;
4.2.5. qan dövranına mexaniki dəstək cihazının (Mechanical circulatory support device) tətbiq edilməsi.
5.1. Ağciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar aşağıdakılardır və yalnız 12 yaşadək şəxslərə münasibətdə tətbiq edilir:
5.1.1. süni tənəffüsün aparılmasını tələb edən tənəffüs çatışmazlığı;
5.1.2. ağciyər hipertenziyası (aşağıdakılardan biri olmaqla):
1. ən azı 3 ağciyər venasının stenozu;
2. aparılan dərman müalicəsinə baxmayaraq ürək indeksinin (cardiac index) 2 l/dəq/m-dən az olması, bayılmalar və qanhayxırmanın qeyd olunması.
6.1. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-cı və 6.2-ci maddələrində qeyd edilmiş digər orqanlara münasibətdə təcililik statusuna dair meyarlar müəyyən olunmur.
Qeyri-spesifik infeksion xəstəliklər:
Kəskin qeyri-spesifik infeksion xəstəliklər (sağalma qeyd olunana qədər)
Xronik qeyri-spesifik infeksion xəstəliklərin kəskinləşməsi (sağalma qeyd olunana qədər)
Spesifik infeksion xəstəliklər:
Epşteyn-Barr virus daşıyıcılığı
Sitomeqalovirus daşıyıcılığı
İnsan immunçatışmazlığı virus (İİV) daşıyıcılığı (İİV olan canlı donordan İİV olan resipiyentə orqanın köçürülməsi mümkündür, belə olduğu təqdirdə resipiyent bu barədə məlumatlandırılaraq razılıq verməlidir)
Toksoplazmoz (sağalma qeyd olunana qədər)
Bədxassəli onkoloji xəstəliklər
Köçürülən orqanla bağlı xəstəliklər:
Nefropatiya ilə nəticələnmiş arterial hipertenziya
I tip və II tip şəkərli diabet
Alfa-1 -antitripsin zülalının irsi çatışmazlığı: ZZ, Z-sıfır, sıfır-sıfır və S-sıfır fenotipləri üçün
Aktiv bakterial infeksiyalar:
Bağırsaqların perforasiyası və ya qanqrenası
Aktiv virus infeksiyaları:
İnsan immunçatışmazlığı virusu (İİV olan meyit donordan İİV olan resipiyentə orqanın köçürülməsi mümkündür. Belə olduğu təqdirdə resipiyent bu barədə məlumatlandırılaraq razılıq verməlidir)
Sadə herpes (Herpes simplex)
Suçiçəyi (Varicella zoster)
Sitomeqalovirus mənşəli viremiya və ya pnevmoniya
Epşteyn-Barr virusu (mononukleoz)
SARS virusları, o cümlədən SARS-CoV-2 (COVID-19)
Aktiv göbələk infeksiyaları:
Kəskin kriptokokkoz, asperqilloz, histoplazmoz, kandidemiya
Kəskin parazitar xəstəliklər:
Prion mənşəli xəstəliklər
Aplastik anemiya, aqranulositoz
Bədxassəli onkoloji xəstəliklər (mövcud olan şişlər, metastazlar, anamnezdə melanomanın olması)
Qanın onkoloji xəstəlikləri:
Kəskin bakteriya, virus, göbələk, parazit mənşəli meningit və ya ensefalit
1. 7 mart 2024-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Xalq” qəzeti, 12 mart 2024-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 306)