Qanunvericilik › “Donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin Siyahısı”nın və “Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.03.2006) › Tam mətn

“Donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin Siyahısı”nın və “Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.03.2006)

“Donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin Siyahısı”nın və “Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.03.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının 1.5-ci və 1.8-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin Siyahısı” və “Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 6 mart 2006-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1. Hemotransmissiv xəstəliklər:

- insan immunçatışmazlığı virusu, qazanılmış immunçatışmazlıq sindromu (İİV/QİÇS);

- sifilis (anadangəlmə və ya qazanılma);

- virus hepatitləri (virus hepatitləri markerlərinə görə müayinənin müsbət nəticəsi olduqda);

- vərəm (bütün formaları);

2. Somatik xəstəliklər:

2.1. bədxassəli şişlər;

2.2. qan xəstəlikləri (beta-talassemiyanın daşıyıcılarında hemoqlobinin səviyyəsi normal olduqda, onlar donor ola bilərlər);

2.3. mərkəzi sinir sisteminin üzvi xəstəlikləri;

2.4. eşitmə və nitq qabiliyyətinin tam yoxluğu;

2.5. ruhi xəstəliklər;

2.6. narkomaniya, alkoqolizm;

2.7. ürək-damar xəstəlikləri:

- hipertoniya xəstəliyi (II-III dərəcəli);

- ürəyin işemik xəstəliyi;

- ateroskleroz, aterosklerotik kardioskleroz;

- obliterasiya edən endoarterit, qeyri-spesifik aortoarterit, residiv edən tromboflebit;

- endokardit, miokardit;

2.8. tənəffüs orqanlarının xəstəlikləri:

- bronxoektaziya xəstəliyi, ağciyərlərin emfizeması, obstruktiv bronxit, diffuz pnevmoskleroz (dekompensasiya dövrü);

2.9. həzm orqanlarının xəstəlikləri:

- mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi;

2.10. qaraciyər və öd yollarının xəstəlikləri:

- qaraciyərin xroniki xəstəlikləri, o cümlədən toksik təbiətli və naməlum etiologiyalı;

- təkrar tutmalarla və xolangit əlamətləri ilə keçən kalkulyoz xolesistit;

- qaraciyərin sirrozu;

2.11. böyrəklərin və sidikçıxaran yolların xəstəlikləri (dekompensasiya mərhələsində):

- böyrəklərin diffuz və ocaqlı zədələnməsi;

- sidikdaşı xəstəliyi;

2.12. birləşdirici toxumanın diffuz xəstəlikləri;

2.14. endokrin sisteminin xəstəlikləri (funksiyasının və maddələr mübadiləsinin nəzərə çarpan pozuntuları olduğu hallarda);

2.15. LOR orqanlarının xəstəlikləri:

- digər kəskin və xroniki ağır irinli-iltihablı xəstəliklər;

2.16. göz xəstəlikləri:

- uveitin qalıq əlamətləri (irit, iridosiklit, xorioretinit);

- yüksək miopiya (6 D və daha yüksək);

2.17. dəri xəstəlikləri:

- dərinin yayılmış iltihabi və infeksion xarakterli xəstəliklər;

- yayılmış psoriaz, eritrodermiya, ekzema, qırmızı qurdeşənəyi, qabarıqlı dermatozlar;

- dərinin və daxili orqanların göbələk xəstəlikləri (mikrosporiya, trixofitiya, favus, epidermofitiya, dərin mikozlar);

- dərinin irincikli xəstəlikləri (piodermiya, furunkulyor, sikoz);

2.18. kəskin və xroniki osteomiyelit;

2.19. orqanların cərrahi rezeksiyası (mədə, böyrəklər, öd kisəsi, dalaq, uşaqlıq, yumurtalıqlar və s.), orqan və toxumaların transplantasiyası.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1.1. Qan və qan komponentləri donorlarının tibbi müayinədən keçirilməsində əsas məqsəd onların sağlamlığının qənaətbəxş olmasını təyin etməklə yanaşı, həm donorların, həm də resipiyentlərin sağlamlığına xələl gətirməməkdir.

1.2. Donor olmaq istəyən şəxsin tibbi müayinəsi qan xidməti müəssisələrində həyata keçirilir.

1.3. Qan xidməti müəssisələrində donorların qəbulu onların şəxsiyyətini təsdiq edən sənədlər (pasport, şəxsiyyət vərəqəsi, hərbi bilet, sürücü vəsiqəsi) əsasında həyata keçirilir.

1.4. Donor olmaq istəyən hər bir şəxs öz səhhəti, keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi və s. barədə aidiyyəti tibb işçisinə düzgün məlumat verməli və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən xüsusi sorğu vərəqəsini doldurmalıdır.

1.5. Donorun sorğu vərəqəsi elə doldurulmalıdır ki, onun sağlamlığı və həyat tərzi haqqında lazımi məlumatların əldə edilməsinə kömək etsin. Həmin vərəqə donor tərəfindən başa düşülən olmalı və donorlara hər gəlişləri zamanı təqdim edilməlidir.

1.6. Lazım olan bütün sualların cavablandırılmasını təsdiq etmək məqsədilə sorğu vərəqəsi donor və qiymətləndirilməni aparan həkim tərəfindən imzalanmalıdır. Sorğu vərəqəsinin tam doldurulmasını təmin etmək üçün sorğu aparan xüsusi ixtisas təlimi keçmiş tibb işçisi tərəfindən istiqamətləndirici suallar verilə bilər.

1.7. donorların tibbi müayinəsi həkim tərəfindən aparılır. Həkim donorun ümumi vəziyyətini qiymətləndirir, onun göz skleralarına, dərisinə, ağız boşluğunun selikli qişasına baxır, arterial təzyiqini ölçür, nəbzini yoxlayır və donorun kliniki müayinəsini aparır.

1.8. Qan donorunu təyin edərkən həkim “Donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin Siyahısı”na yığılan anamnezin və müayinələrin nəticələrinə əsaslanmalıdır.

1.9. Yalnız sağlam və heç bir əks-göstəriciləri (donorluğa müvəqqəti əksgöstərişlər əlavə olunur) olmayan şəxslər müalicə məqsədilə istifadə edilən qan məhsullarının donoru ola bilərlər.

1.10. Hər qanvermə zamanı donorlarda aşağıdakı laboratoriya müayinələri aparılır:

- qan qrupunun və rezus mənsubiyyətinin təyini;

- hemoqlobinin səviyyəsinin təyini;

- İİV 1/2 qarşı anticismlərin təyini;

- hepatit B virusunun səthi antigeninin təyini;

- hepatit C virusuna qarşı anticisimlərin təyini;

- sifilisə qarşı anticismlərin təyini.

Hemoqlobinin səviyyəsinin və qan qrupunun təyin edilməsi qangötürülmədən əvvəl donordan bilavasitə götürülən qanın, qalan müayinələr və qan qrupunun təkrar müayinəsi isə qan götürüldükdən sonra qanvermə zamanı xüsusi flakona götürülmüş donorun qan nümunəsinin müayinəsi vasitəsilə aparılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qərarı ilə bu müayinələrin (malyariyanın, bruselyozun və s. təyini) siyahısı genişləndirilə bilər.

1.11. Donorun yaş həddi 18-65 arasında olmalıdır. 65 yaşdan sonra ilkin donorluğa cəlbolunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.

1.12. Müayinə zamanı donorda nəbzin vurması müntəzəm olaraq bir dəqiqədə 50-100 arasında olmalıdır. Sistolik qan təzyiqi 180 mm c.s, diastolik təzyiq isə 100 mm c.s-dən artıq olmamalıdır. Hemoqlobinin miqdarı qadınlarda 120 q/l-dən, kişilərdə isə 130q/l-dən az olmamalıdır. Trombositaferez donorları üçün trombositlərin miqdarı 180x10/1-dən 320x10/1-dək olmalıdır.

1.13. Alkoqolun görünən təsiri altında olan şəxslər onun təsiri keçənə qədər donorluqdan kənarlaşdırılırlar.

1.14. Donorluq üçün əks-göstərişlər olduqda, donordan imtina edilir, imtinanın səbəbi donora izah olunur və bu haqda tibbi sənədlərdə müvafiq qeydlər edilir.

1.15. Donorluğa əks-göstərişlər olmadıqda, həkim donorluğun növünü (qan, plazma, qan hüceyrələri) və götürüləcək qanın həcmini təyin edir. Donorun sağlamlığı, götürüləcək qan və ya onun komponentlərinin həcmi haqqında məlumatlar müvafiq tibbi sənədlərdə qeyd edilir və donor qanvermə proseduruna göndərilir.

1.16. Qan donorlarının qanvermə prosedurları arasındakı interval 60 gündən az olmamalıdır. Bir il müddətində qanvermələrin sayı 5-dən artıq ola bilməz.

1.17. Plazma və trombosit donorlarında plazmaferez və trombositaferez prosedurları arasındakı interval 14 gündən az olmamalıdır.

1.18. Donor haqqında məlumat məxfi, dəqiq və izlənə biləcək olmalıdır.

2.1. Qan torbası açılmazdan əvvəl onun yararlılıq müddəti yoxlanılmalı və bağlamanın bütövlüyünə vizual nəzarət edilməlidir.

2.2. Qan torbasından 15-20 sm aralı qan borusuna ilgək vurulmalı və ya iynəyə yaxın yerdən boruya sıxac qoyulmalıdır.

2.3. Elastik qaytanla donorun qolunun bazu hissəsi bağlandıqdan sonra dirsək büküyü antiseptik məhlulla təmizlənməlidir. Bundan sonra tibb bacısı iynənin üstündəki qoruyucu qapağı çıxarmalı və iynəni donorun venasına yeritməlidir.

2.4. Qanın lazımi dozası götürüldükdən sonra venada olan iynə çıxarılmalı və donorun dirsək büküyü bağlanmalıdır.

2.5. Qan götürülən vaxt donor hər 10-12 saniyədən bir əlini sıxıb açmalıdır.

2.6. Qangötürmə prosesində qan ehtiyatla qan torbasında olan konservləşdirici məhlulla qarışdırılmalıdır. Qarışdırma əl ilə və ya xüsusi cihaz vasitəsilə aparıla bilər.

2.7. Qanın laxtalanma qabiliyyətinin fəallaşmaması üçün qanın fasiləsiz axmasına fikir verilməlidir.

2.8. Donordan qan analizləri üçün istifadə edilən 20 ml qanı hesaba almayaraq, maksimum 500 ml həcmində götürülür.

2.9. Əgər donordan qan komponentinin alınması nəzərdə tutulubsa, bu zaman qan adi qayda üzrə götürülməli, müvafiq komponent ayrılmalı və sonra qanın digər formalı elementləri geriyə - donorun özünə köçürülməlidir.

qanın, qan komponentlərinin götürülməsi

Hemotransmissiv xəstəliklərlə nəticələnə bilən hallar:

qan və qan komponentlərinin köçürülməsi

cərrahi müdaxilələr, o cümlədən abortlar

Bədənə şəkillər döydürmə (tatu) və ya iynə batırma ilə müalicə

Tropik və subtropik ölkələrdə (Asiya, Afrika, Cənubi və Mərkəzi Amerika) olmaq

hepatitli xəstələrlə kontakt:

Keçirilmiş xəstəliklər:

“Donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin Siyahısı”nda göstərilməyən infeksion xəstəliklər

anamnezdə malyariyanın olması (xəstəliyin simptomlarının olmaması və immunoloji testlərin nəticələrinin mənfi olması)

qarın yatalağı tam sağaldıqdan sonra

angina, qrip, kəskin respirator virus infeksiyaları

“Donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin Siyahısı”nda və bu əlavənin 2.1-ci bəndində göstərilməyən digər infeksion xəstəliklər

kəskin və ya xroniki iltihablı proseslər (kəskinləşmə mərhələsində) lokalizasiyasından asılı olmayaraq

vegetativ-damar distoniyası

allergik xəstəliklər (kəskinləşmə mərhələsində)

Hamiləlik və laktasiya dövrü

öldürülmüş vaksinlərlə (hepatit B, tetanus, difteriya, göyöskürək, paratif, vəba, qrip), anatoksinlərlə peyvənd edilmə

diri vaksinlərlə peyvənd edilmə (bruselyoz, taun, tulyaremiya, BCG vaksini, çiçək, məxmərək, poliomiyelit), antitetanus peyvəndinin vurulması (inyeksiya yerində iltihablı əlamətlərin olmadığı zaman)

hepatit B-yə qarşı immunoqlobulinin vurulması

quduzluğa qarşı peyvənd edilməsi

Dərman preparatlarının qəbul edilməsi:

antibiotiklər preparatların qəbulundan sonra

analgetiklər, salisilatlar

2 avqust 2007-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 847)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver