Qanunvericilik › “DOST” mərkəzlərində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsinə dair inzibati reqlament”in təsdiq edilməsi barədə” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 08.07.2019) › Tam mətn

“DOST” mərkəzlərində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsinə dair inzibati reqlament”in təsdiq edilməsi barədə” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 08.07.2019)

“DOST” mərkəzlərində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsinə dair inzibati reqlament”in təsdiq edilməsi barədə” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 08.07.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

“DOST” mərkəzlərində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsinə dair inzibati reqlament”in təsdiq edilməsi barədə”

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 8.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

1. “DOST” mərkəzlərində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsinə dair inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.

3. Bu Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya üzrə vəzifə bölgüsünə əsasən həyata keçirilsin.

1.1. Bu inzibati reqlament Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (bundan sonra - Agentlik) “DOST” mərkəzlərində (bundan sonra – Mərkəzlər) göstərilən xidmətlərin Nazirliyin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsinin prosedurlarını müəyyən edir.

1.2. Mərkəzlər tərəfindən xidmətlərin Nazirliyin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na, həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası”na (bundan sonra - Qayda) və bu inzibati reqlamentə uyğun olaraq təmin edilir.

1.3. Mərkəzlər tərəfindən Nazirliyin aidiyyəti qurumları ilə xidmətlərin (o cümlədən elektron xidmətlərin) əlaqəli şəkildə həyata keçirilməsi, habelə müraciətlərin qəbulu və həmin müraciətlərin cavablandırılması Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (bundan sonra - MEİS) vasitəsi ilə təmin edilir.

1.4. Mərkəzlərdə xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilməsi üçün Nazirliyin aidiyyəti qurumlarına göndərilmiş müraciətlərə vaxtında və mahiyyəti üzrə baxılması Mərkəzlər tərəfindən izlənilir.

1.5. Vaxtında və mahiyyəti üzrə baxılmayan müraciətlər barədə Mərkəzlər tərəfindən Agentliyə məlumat verilir. Agentlik qeyd olunan məlumatları dərhal tədbir görülməsi məqsədilə Nazirliyə təqdim edir.

2.1. Mərkəzlər tərəfindən xidmətlərin Nazirliyin aidiyyəti qurumları ilə əlaqəli şəkildə göstərilməsi aşağıdakı iki formada həyata keçirilir:

2.1.1. Qaydanın 3.2.8-ci yarımbəndinə uyğun olaraq, şəxslərin müraciətləri üzrə Mərkəzlərdə qərarın qəbul edilməsi;

2.1.2. xidmətlərə dair müraciətlərin Nazirliyin aidiyyəti qurumlarının iştirakı ilə icra edilməsi.

2.2. MEİS vasitəsi ilə xidmətlərlə bağlı şəxslərin müraciətlərinin araşdırılması və nəticəsi üzrə Mərkəzlər tərəfindən qərarın qəbul edilməsi mümkün olduğu hallarda şəxslərin müraciətləri və onlara əlavə olunan sənədlər əsasında müvafiq məlumatlar MEİS-də yoxlanılır, nəticəsi üzrə Mərkəzlər tərəfindən qərar qəbul edilir, vətəndaşa təqdim olunur və MEİS-ə daxil edilir.

2.3. Xidmətlərlə bağlı şəxslərin müraciətlərinin araşdırılması və nəticəsi üzrə yerində müvafiq qərarın qəbul edilməsinin mümkün olmadığı hallarda Mərkəzlər tərəfindən xidmətlə bağlı sənədlər müvafiq qərarın qəbul edilməsi məqsədilə MEİS vasitəsi ilə Nazirliyin aidiyyəti qurumlarına göndərilir.

2.4. Xidmətin göstərilməsinə dair təqdim edilmiş sənədlərdə çatışmazlıq olduqda Nazirliyin aidiyyəti qurumları tərəfindən müraciətin daxil olduğu tarixdən 3 (üç) iş günündən gec olmayaraq bu barədə Mərkəzlər məlumatlandırılır və sənədlərin tamlığı Mərkəzlər tərəfindən təmin olunur.

2.5. Nazirliyin aidiyyəti qurumları tərəfindən xidmətin göstərilməsi müddətinin bitməsinə ən azı 1 (bir) iş günü qalmış Mərkəzlərə müraciətə baxılmasının nəticəsi barədə məlumat verilir və həmin məlumat Mərkəzlər tərəfindən 1 (bir) iş günündən gec olmayaraq şəxsin “e-sosial” portalındakı şəxsi kabinetinə yerləşdirilir. Müraciətin nəticəsinə dair məlumatın şəxsin poçt ünvanına göndərilməsi, habelə şəxsən verilməsi yalnız Mərkəzlər vasitəsi ilə həyata keçirilir.

2.6. Mərkəzlərdə göstərilən xidmətlər haqqında aylıq, rüblük və illik hesabatlar, ümumi xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər də daxil olmaqla Agentlik tərəfindən Nazirliyə təqdim edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver