Qanunvericilik › “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.2026) › Tam mətn

“Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.2026)

“Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 629 nömrəli Fərmanının 2.1.2.2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin yuxarı həddinin müəyyənləşdirilməsi məqsədilə “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Publik hüquqi şəxslərə tapşırılsın ki, müvafiq Vahid Tarif-İxtisas Sorğu Kitabçaları ilə müəyyən edilmiş vəzifə (peşə) adları və ya tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla, mövcud vəzifələrin bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya müvafiq olaraq dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasını tətbiq etsinlər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 iyul 2026-cı il

aparat rəhbərinin müavini

aparat rəhbərinin müavini

departament müdiri, müstəqil şöbə müdiri

departament müdirinin müavini, müstəqil şöbə müdirinin müavini

şöbə müdirinin müavini

rəhbərin müşaviri, rəhbərin köməkçisi

rəhbərin müşaviri, köməkçisi

bütün adlardan olan digər struktur bölmə (departamentin tabeliyindəki şöbə, sektor, qrup, müstəqil sektor və s.) rəhbəri və rəhbər kateqoriyasına aid edilən baş mütəxəssis (baş mühəndis, baş iqtisadçı, baş mühasib və s.)

sektor müdiri, baş mühasib

struktur bölmədə (departament, şöbə, sektor, qrup və s.) çalışan baş mütəxəssis

əməyinin ödəniş dərəcəsi 11-ci dərəcə və yuxarı olanlar

əməyinin ödəniş dərəcəsi 8-10-cu dərəcə olanlar

əməyinin ödəniş dərəcəsi 7-ci dərəcə və aşağı olanlar

əməyinin ödəniş dərəcəsi 5-ci dərəcə və yuxarı olanlar

əməyinin ödəniş dərəcəsi 3-cü və 4-cü dərəcə olanlar

əməyinin ödəniş dərəcəsi 2-ci dərəcə olanlar

əməyinin ödəniş dərəcəsi 1-ci dərəcə olanlar

idarəetmə orqanının rəhbəri

idarəetmə orqanının rəhbərinin müavini

departament müdiri, müstəqil şöbə müdiri

rəhbərin müşaviri, rəhbərin köməkçisi, departament müdirinin müavini, müstəqil şöbə müdirinin müavini

şöbə müdirinin müavini

bütün adlardan olan digər struktur bölmə (departamentin tabeliyindəki şöbə, sektor, qrup, müstəqil sektor və s.) rəhbəri və rəhbər kateqoriyasına aid edilən baş mütəxəssis (baş mühəndis, baş iqtisadçı, baş mühasib və s.)

sektor müdiri, baş mühasib

struktur bölmədə (departament, şöbə, sektor, qrup və s.) çalışan baş mütəxəssis

əməyinin ödəniş dərəcəsi 11-ci dərəcə və yuxarı olanlar

əməyinin ödəniş dərəcəsi 8-10-cu dərəcələr olanlar

əməyinin ödəniş dərəcəsi 7-ci dərəcə və aşağı olanlar

əməyinin ödəniş dərəcəsi 5-ci dərəcə və yuxarı olanlar

əməyinin ödəniş dərəcəsi 3-cü və 4-cü dərəcələr olanlar

əməyinin ödəniş dərəcəsi 2-ci dərəcə olanlar

əməyinin ödəniş dərəcəsi 1-ci dərəcə olanlar

bütün adlardan olan struktur bölmə (departament, şöbə, sektor, qrup və s.) rəhbəri və rəhbər kateqoriyasına aid edilən baş mütəxəssis (baş mühəndis, baş iqtisadçı, baş mühasib və s.);

sektor müdiri, baş mühasib

struktur bölmədə (departament, şöbə, sektor, qrup və s.) çalışan baş mütəxəssis

əməyinin ödəniş dərəcəsi 11-ci dərəcə və yuxarı olanlar

əməyinin ödəniş dərəcəsi 8-10-cu dərəcələr olanlar

əməyinin ödəniş dərəcəsi 7-ci dərəcə və aşağı olanlar

əməyinin ödəniş dərəcəsi 5-ci dərəcə və yuxarı olanlar

əməyinin ödəniş dərəcəsi 3-cü və 4-cü dərəcələr olanlar

əməyinin ödəniş dərəcəsi 2-ci dərəcə olanlar

əməyinin ödəniş dərəcəsi 1-ci dərəcə olanlar

Qeyd. Tabeliyi olmayan publik hüquqi şəxslərdə və dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı və ixtisas dərəcəsi olmayan fəhlə vəzifələrində çalışan işçilərin aylıq vəzifə maaşları müvafiq olaraq “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının 2-ci hissəsi ilə müəyyən edilmiş 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında həmin vəzifələr üzrə aylıq vəzifə maaşı məbləğində, dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə eyniadlı vəzifələrdə çalışan işçilərin aylıq vəzifə maaşları isə 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında həmin vəzifələr üzrə aylıq vəzifə maaşı məbləğində müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver