Qanunvericilik › Dövlət borcu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin icrası

Dövlət borcu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zamin verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Zamin bu məqsəd üçün dövlət borcuna xidmət xərcləri və ya Təminat Fondunun vəsaitindən istifadə edə bilər.

14.2. Əsas borcalanın öhdəliklərini yerinə yetirmiş zamin ödədiyi məbləğin və digər xərclərin əvəzini əsas borcalandan Azərbaycan Respublikasının qanunvericiliyində və onunla bağladığı müqavilədə nəzərdə tutulan həcmdə və qaydada ödənilməsini tələb etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver