Qanunvericilik › Dövlət borcu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Dövlət zəmanətinə xitam verilməsi

Dövlət borcu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Dövlət zəmanətinə aşağıdakı hallarda xitam verilir:

15.1.1. zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zamin tərəfindən tam icra edildikdə;

15.1.2. zəmanət müddəti başa çatdıqda;

15.1.3. kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə;

15.1.4. zəmanət sazişinin şərtlərində başqa qayda nəzərdə tutulmayıbsa, əsas borcalanla kreditor arasında razılığa əsasən zəmanət verilmiş borcun təkrar strukturlaşdırılması aparıldıqda;

15.1.5. zəmanət sazişində nəzərdə tutulan digər hallarda.

15.2. Zamin ən geci 3 iş günü ərzində dövlət zəmanətinə xitam verilməsi barədə kreditora və əsas borcalana məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver