17.1. Azərbaycan Respublikası rezidentlərinin, Azərbaycan Respublikasının qeyri-rezidentləri qarşısında cari şərtsiz, dövlət öhdəliyi yaratmayan, xarici valyutada olan borc öhdəlikləri dövlət borcu hesab edilmir və Azərbaycan Respublikası bu borc üzrə heç bir məsuliyyət daşımır.
17.2. Ölkənin tədiyyə balansını tərtib etmək üçün müvafiq icra hakimiyyəti orqanı hər rübün yekunları üzrə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş bankların dövlət öhdəliyi yaratmayan xarici borcalmaları barədə məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Belə məlumatların tərkibi və təqdim olunma qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilir.