Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin "Minimum aylıq əmək haqqının artırılması haqqında" 2007-ci il 26 dekabr tarixli 2577 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
2. "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 mart tarixli 52 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 308) 2-ci bəndi istisna olmaqla, qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 30 dekabr 2007-ci il
12 sentyabr 2008-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 857)