Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli, “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 5 dekabr tarixli 1867 nömrəli, “Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 6 dekabr tarixli 1868 nömrəli, “Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 7 dekabr tarixli 1869 nömrəli, “Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 8 dekabr tarixli 1870 nömrəli, “Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 9 dekabr tarixli 1871 nömrəli, “Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 10 dekabr tarixli 1872 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
2. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 832; 2011, № 7, maddə 736) (2-ci bənd istisna olmaqla) ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 13 dekabr 2011-ci il
1. 30 avqust 2013-cü il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1036)