Qanunvericilik › Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.04.1998) › Tam mətn

Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.04.1998)

Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.04.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KabİnetİnİN QƏrarı

“Azərbaycan Respublikasının 1998-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 dekabr tarixli 653 nömrəli Fərmanına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 2 mart tarixli 680 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri 15 aprel 1998-ci il

1.1. Bu Əsasnamə iqtisadi islahatların keçirilməsi ilə əlaqədar normativ sənədlərin, orta və uzun müddətli proqramların, analitik təhlil və tövsiyələrin, görüləcək digər işlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş “iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə edilməsi qaydalarını müəyyən edir.

1.2. İqtisadi islahatların keçirilməsini təmin etmək üçün büdcə xərcləri hesabına aşağıdakı işlər görülür:

1.2.1. aşağıdakı orta və uzun müddətli proqramların (layihələrin) və normativ sənədlərin hazırlanması;

iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması;

iqtisadiyyatda idarəetmə strukturunun təkmilləşdirilməsi;

sənayedə struktur dəyişikliklərinin aparılması;

maliyyə-bank, vergi və gömrük sisteminin təkmilləşdirilməsi;

investisiya prosesinin fəallaşdırılması;

təsərrüfat fəaliyyətinin yeni formalarının tətbiqi və inkişaf etdirilməsi;

iqtisadiyyatın sosial sahəsində (əməyin ödənilməsi, pensiya təminatı və şəxsi sığorta, mənzil-kommunal təsərrüfatı sistemində, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində) islahatların aparılması;

yanacaq-energetika kompleksinin inkişaf etdirilməsi;

təbii inhisar fəaliyyətinin tənzimlənməsi;

aqrar-sənaye kompleksinin inkişaf etdirilməsi;

məşğulluq probleminin həll edilməsi;

regional inkişaf və məskunlaşma;

ixrac strukturunun təkmilləşdirilməsi və istehlak bazarının tənzimlənməsi;

təsərrüfat fəaliyyətinin ətraf mühitə mənfi təsirinə yol verməməsi nəzərə alınmaqla təbii resurslardan səmərəli istifadə edilməsi;

ticarətin və pullu xidmətlərin inkişafının tənzimlənməsi və s.

1.2.2. Aşağıdakı analitik təhlil və tövsiyələrin hazırlanması:

sosial-iqtisadi inkişafın qiymətləndirilməsi, nəticələr və tövsiyələr;

iqtisadiyyatın infrastrukturu da daxil olmaqla, onun ayrı-ayrı sahələrinin inkişafının təhlili, nəticələr və tövsiyələr;

bank fəaliyyətinin, pul tədavülünün və valyuta bazarının təhlili, nəticələr və tövsiyələr;

iqtisadiyyata investisiya qoyuluşu prosesinin təhlili;

özəlləşdirmə proqramının reallaşdırılması gedişinin və yekunlarının təhlili, nəticələr və tövsiyələr;

iqtisadiyyatın bazar strukturları inkişafının təhlili və həmin prosesin optimallaşdırılması üzrə tövsiyələr;

xarici iqtisadi əlaqələrin inkişafının təhlili;

istehlak bazarının formalaşmasının təhlili, nəticələr və tövsiyələr;

əhalinin ayrı-ayrı kateqoriyalarının həyat səviyyəsinin təhlili, nəticələr və tövsiyələr;

ətraf mühitin ekoloji vəziyyətinin təhlili, nəticələr və tövsiyələr;

Azərbaycanda iqtisadi dəyişikliklərin həyata keçirilməsi barədə zəruri məlumat-informasiya materiallarının və digər təcrübənin vaxtaşırı icmalının hazırlanması;

dünya bazarının konyukturlarının təhlili, nəticələr, tövsiyələr və s.

1.2.3. Kompüter-texniki bazanın yaradılması, o cümlədən:

zəruri avadanlığın və inventarın alınması, quraşdırılması, sazlanması və treninqi;

informasiya təminatı sisteminin abonent mərkəzinin yaradılması;

məlumat bazasının yaradılması (Azərbaycan Respublikasının və xarici ölkələrin qanunvericilik və başqa normativ aktlar, başqa ölkələr haqqında statistik informasiya və məlumatlar, dünya qiymətləri haqqında məlumat, xarici firmalar və şirkətlər haqqında informasiya və s.);

informasiyadan istifadə sisteminin yaradılması;

zəruri proqram təminatının işlənib hazırlanması;

kadrların öyrədilməsi və s.

2. İqtİsadİ İslahatların həyata keçİrİlməsİ İlə bağlı dövlət büdcəsİnİn xərclər maddəsİndə nəzərdə tutulan vəsaİtdən İstİfadə olunmasının malİyyələşməsİ forması

Bu Əsasnamənin 1.2-ci bəndində göstərilən işlərin yerinə yetirilməsi xərcləri büdcənin məxaric hissəsinin “iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının dövlət büdcəsindən əvəzsiz maliyyə yardımının ayrılması formasında maliyyələşdirilir.

3. Dövlət büdcəsİnİn İqtİsadİ İslahatların həyata keçİrİlməsİ İlə bağlı xərclər maddəsİndə nəzərdə tutulan vəsaİtdən İstİfadə olunmasının malİyyələşdİrİlməsİ üçün tələblər

3.1. Bu Əsasnamənin 1.2-ci bəndində göstərilən işlərin yerinə yetirilməsi üçün maliyyə vəsaiti müvafiq layihələr üzrə İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən texniki tapşırıq əsasında ayrılır. Təqdim olunmuş sifariş-layihələrin (kontraktların, smetaların və s.) dəyəri hər bir konkret halda 250 (iki yüz əlli) milyon manatdan və icra müddəti bir ildən yuxarı olmamalıdır.

3.2. Zəruri kompüter avadanlığının və inventarının, başqa avadanlığın və inventarın alınması, quraşdırılması, sazlanması və treninqi dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun həyata keçirilir.

4. Dövlət büdcəsİnİn İqtİsadİ İslahatların həyata keçİrİlməsİ İlə bağlı xərclər maddəsİndə nəzərdə tutulan vəsaİtdən İstİfadə olunması haqqında qərarın qəbul edİlməsİ və malİyyələşdİrmənİn açılması qaydaları

4.1. Bu Əsasnamənin 1.2-ci bəndində göstərilən işlər (və ya ayrı-ayrı işlər) üzrə təkliflərin seçilməsi və yerinə yetirilmiş işlərin qəbul edilməsi üçün müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının yaradılması İqtisadiyyat Nazirliyinə həvalə edilir.

4.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Mərkəzi Bank ilə birlikdə müsabiqə komissiyasının tərkibini müəyyən edir.

4.3. Bu Əsasnamənin 1.2-ci bəndində təsbit olunan işlərin görülməsi üçün təkliflər (sifarişlər) növbəti büdcə ilinin başlanmasına üç ay qalmış bu işləri yerinə yetirən nazirlik, idarə və təşkilatlar tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunur.

Təkliflərdə (sifarişlərdə) layihələrin qısa məzmunu, məqsədi, icra müddəti, xərclər smetası, idarə olunma sxemi, strukturu, rəhbəri və icraçıları barədə məlumatlar verilir.

İqtisadiyyat Nazirliyi həmin sifarişlərə (təkliflərə) baxır, Maliyyə Nazirliyi ilə razılaşdıqdan sonra onları təsdiq edir və baxılmaq üçün müsabiqə komissiyasına göndərir.

İqtisadiyyat Nazirliyi müsabiqə komissiyasının Əsasnaməsini təsdiq edir və onun işini tənzimləyir. Müsabiqə komissiyasının üzvləri bərabər hüquqlu olmaqla onların hərəsi bir səsə malikdir. Müsabiqə komissiyasının üzvlərinin dörddə üç hissəsi tərəfindən lehinə səs verilmiş qərarlar icra üçün qəbul oluna bilər.

4.4. Müsabiqə komissiyası sifarişlərə (təkliflərə) baxır və müvafiq qərar qəbul edir.

İqtisadiyyat Nazirliyi müsabiqə komissiyasının qərarını təsdiq edir və qəbul edilmiş işləri dövlət büdcəsində "İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər" maddəsində müəyyən olunan vəsait çərçivəsində maliyyələşdirmək üçün Azərbaycan Respublikasının nazirlər Kabinetinə müvafiq qaydada təklif verir.

4.5. Azərbaycan Respublikası Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin təklifinə əsasən layihələrin maliyyələşdirilməsi haqqında müvafiq qərar qəbul edir.

4.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi Nazirlər Kabinetinin qərarı (sərəncamı) ilə ayrılmış vəsait çərçivəsində yerinə yetiriləcək işlərin dəyərinin 30 faizini avans şəklində, qalan hissəsini isə mərhələlərlə icraçı təşkilatların hesabına köçürür.

4.7. İcraçı təşkilatlar görülmüş işlər və xərclənmiş vəsait haqqında İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə hesabat verirlər.

4.8. "İqtisadiyyat Nazirliyində icraçı təşkilatların rəhbərlərinin və müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə layihələrin yerinə yetirilməsi və onlara çəkilən xərclərin düzgünlüyü müzakirə edilib İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunduqdan sonra işlər yekunlaşdırılmış hesab edilir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir.

4.9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitin məqsədli və səmərəli istifadəsinə nəzarət edir.

1. 16 avqust 2002-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 545)

2. 28 oktyabr 2002-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 649)

3. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)

4. 30 iyul 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 610)

5. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

6. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

7. 17 dekabr 2019-cu il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2064)

8. 25 yanvar 2024-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-cü il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 113)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver