“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının 9.4.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 yanvar 2023-cü il
1.1. Bu Qayda “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 56-cı maddəsinin 1-ci hissəsinə əsasən hazırlanmışdır və dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi qaydasını və bu məqsədlə dövlət ekoloji ekspertiza haqqının (bundan sonra – ekspertiza haqqı) məbləğini müəyyən edir.
1.2. Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi dövlət sifarişi olduğu hallarda dövlət büdcəsi, digər hallarda isə sənədlərin sifarişçisinin vəsaiti hesabına həyata keçirilir.
1.3. Dövlət ekoloji ekspertizasının obyektlərinə münasibətdə bu Qaydada nəzərdə tutulan ekspertiza haqqı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hesablanır və tətbiq edilir.
1.4. Dövlət ekoloji ekspertizasının obyektləri üzrə layihə sənədlərinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi üçün əsasdır.
1.5. Bu Qaydada istifadə olunan anlayışlar “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən mənaları ifadə edir.
2.1. Qanunun 52-ci maddəsinin 10.13-cü bəndinə, 55-ci maddəsinin 1.3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın 2.23-cü bəndinə əsasən sifarişçi dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün ekspertiza haqqının hesablanması məqsədilə Agentliyə dövlət ekoloji ekspertiza obyektinin layihəsinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğini təsdiq edən və ya layihənin ümumi smeta dəyərinə dair sənədi (müqaviləni) təqdim etməklə yazılı müraciət edir.
2.2. Agentlik müraciətin daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində bu Qaydanın tələbləri nəzərə alınmaqla ekspertiza haqqını hesablayır və sifarişçiyə hesab-faktura və elektron qaimə təqdim edir.
2.3. Sifarişçi məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliklə qarşılıqlı razılaşma əsasında müəyyən edilən əlavə haqq ödəməklə dövlət ekoloji ekspertizasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası” ilə müəyyən edilmiş müddətdən tez yerinə yetirilməsini xahiş edə bilər.
2.4. Sifarişçi bu Qayda ilə müəyyən olunmuş haqqı Agentliyin xüsusi hesabına köçürür. Ekspertiza haqqının ödənilməsinə dair maliyyə sənədlərinin surətləri Agentliyə təqdim edildiyi halda sənədlər dövlət ekoloji ekspertizasına qəbul olunmuş hesab edilir.
2.5. Ekspertiza haqqı ekspertiza obyektinin layihəsinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə uyğun olaraq bu Qaydanın 1-3-cü əlavələrində nəzərdə tutulmuş digər hallar və icra müddəti nəzərə alınmaqla aşağıdakı düsturla müəyyən edilir:
D - obyektlər üçün layihə sənədlərinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğindən və ya layihənin ümumi smeta dəyərindən asılıdır və aşağıdakı şərtlərə uyğun müəyyən edilir:
1) 2 (iki) min manata qədər olduqda - bütün məbləğin 6 (altı) faizi;
2) 2 (iki) min manatdan 20 (iyirmi) min manata qədər olduqda - 1-ci şərt + hər növbəti 2 (iki) min manat üçün əlavə 25 (iyirmi beş) manat;
3) 20 (iyirmi) min manatdan 200 (iki yüz) min manata qədər olduqda - 1-ci şərt + 2-ci şərt + hər növbəti 20 (iyirmi) min manat üçün əlavə 70 (yetmiş) manat;
4) 200 (iki yüz) min manatdan yuxarı olduqda - 1-ci şərt + 2-ci şərt + 3-cü şərt + hər növbəti 200 (iki yüz) min manat üçün əlavə 150 (yüz əlli) manat;
Ə1 - dövlət ekoloji ekspertiza obyektlərinin növündən asılı olaraq bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilir;
Ə2 - layihələrin həyata keçiriləcəyi ərazidə ekoloji şərait nəzərə alınmaqla, bu Qaydanın 2 nömrəli əlavəsi ilə, bir neçə şərt (2 nömrəli əlavədə qeyd olunan ekoloji şərtlər nəzərdə tutulur) olduqda kəmiyyətlərin bir-birinə vurulması yolu ilə müəyyən edilir:
Ə2,1 x Ə2, ^.......................... x Ə2,n;
Ə3 - atılan tullantıların həcminə və toksikliyinə əsasən obyektin ətraf mühitə potensial təsirini nəzərə alan əmsal beş dərəcəli sistem üzrə, obyektlərin SN 245-71 sanitariya təsnifatı normaları əsas götürülməklə müəyyənləşdirilir və I dərəcə üçün - 1,14, II dərəcə üçün - 1,13, III dərəcə üçün - 1,12, IV dərəcə üçün - 1,11, V dərəcə üçün - 1,0 təşkil edir (layihə sənədlərinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləği və ya layihənin ümumi smeta dəyəri 2000 (iki min) manatadək olduqda tətbiq edilmir);
Ə4 - obyektlərin layihələrinin xüsusiyyətlərini nəzərə alan əmsal dövlət sifarişi ilə həyata keçirilən birtipli layihələrə dair sənədlər üçün - 1,2-yə, fərdi layihələrə dair sənədlər üçün 1,3-ə, pilot layihə qaydasında hazırlandıqda - 1,4-ə bərabərdir;
Ə5 - nəzərdə tutulan təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin, layihəqabağı və layihə sənədlərinin ƏMTQ bölmələrinin dolğunluğu, təqdim edilən sənədlərin keyfiyyəti əsas götürülməklə bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilir;
E - bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan əlavə ödənişdir.
2.6. Ekspertizanın həyata keçirilməsi müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası” ilə müəyyən edilir.
2.7. Təqdim edilmiş sənədlərdə imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, müraciətin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq, Agentlik bütün çatışmazlıqlar barədə sifarişçini məlumatlandırır. Çatışmazlıqların aşkar edilməsi ekspertiza haqqının hesablanmasından imtinaya səbəb olmur, bu zaman ekspertiza haqqının hesablanması ilə bağlı müddətin axımı dayandırılır və sifarişçi tərəfindən həmin çatışmazlıqlar məlumat aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırıldıqdan sonra müddətin axımı bərpa olunur.
2.8. Sifarişçi aşkar olunmuş catışmazlıqları bu Qaydanın 2.7-ci bəndində qeyd olunan müddətdə aradan qaldırmadıqda, Agentlik müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində sifarişçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.
Qeyd. Ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi üzrə torpaqayırma sənədlərinin ekspertiza haqqı istehsalat və sənaye təyinatlı torpaqlara münasibətdə minimum əməkhaqqının 2 (iki) misli, digər hallarda minimum əməkhaqqının 1 (bir) misli məbləğində müəyyən edilir.
1. Ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri, strateji sənədlərin layihələrinə dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədləri.
2. İstehsal, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırmalar (TİƏ), ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri.
1. Sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırmalar (TİƏ) və ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədləri.
2. Yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən idxalına və ixracına dair sənədlər.
3. Tikinti layihələrinin ekologiya bölməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda).
1. Ətraf mühitin mühafizəsi sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların layihələri.
2. Regionların, ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər.
3.Təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilə (kontrakt) və razılaşmaların layihələri.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitar mühafizə zonasının daxilində
Xüsusi hüquqi rejimli mühafizə zonalarının daxilində
Ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət elan olunmuş zonaların daxilində
ƏMTQ üzrə qiymətləndirici cəlb edilməklə və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci, 4.9-cu və 5.3-cü maddələrinin tələblərinə uyğun olaraq və elmi tədqiqat işləri aparılmaqla tam həcmdə yerinə yetirilmişdir
ƏMTQ üzrə qiymətləndirici cəlb edilməklə, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci, 4.9-cu və 5.3-cü maddələrinin tələblərinə uyğun mövcud ədəbiyyat və fond materialları, o cümlədən texniki normativ sənədlər əsasında xüsusi tədqiqatlar aparılmadan, lakin kəmiyyət və keyfiyyət göstəriciləri müəyyənləşdirilməklə yerinə yetirilmişdir
ƏMTQ “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci, 4.9-cu və 5.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, təsviri məlumatlarla məhdudlaşan səviyyədə yerinə yetirilmişdir
ƏMTQ qismən yerinə yetirilmişdir, aid olduğu obyektin ətraf mühitə və insan sağlamlığına təsirin qiymətləndirilməsinin nəticələrini tam ehtiva etmir
1. 7 mart 2024-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Xalq” qəzeti, 12 mart 2024-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 306)