25.1. Dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi mediada həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir.
25.2. Özəlləşdirilən dövlət müəssisəsi (obyekti) barədə məcburi qaydada dərc olunmalı məlumatların siyahısı Dövlət Proqramında müəyyən edilir.
25.3. Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin nəticələri haqqında məlumat 15 gün müddətində mediada dərc olunmalıdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin nəticələri haqqında məlumatın məzmunu Dövlət Proqramında müəyyən edilir.
25.4. Dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.