4.0. Bu Qanun aşağıdakılara şamil edilmir:
4.0.1. torpaq fondunun özəlləşdirilməsi (özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri istisna olmaqla);
4.0.2. dövlət mənzil fondunun özəlləşdirilməsi;
4.0.3. faydalı qazıntı yataqlarının özəlləşdirilməsi;
4.0.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları;
4.0.5. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları.