Qanunvericilik › Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 02.02.2001) › Tam mətn

Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 02.02.2001)

Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 02.02.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 382 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 2 fevral 2001-ci il

Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır və alıcılar tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısını və həmin sənədlərin təqdim edilməsi qaydalarını müəyyən edir.

2.1. Müəyyən olunmuş müddətdə sifariş vermiş, özəlləşdirmənin keçirilməsi haqqında məlumatda dərc olunmuş sənədləri lazımi qaydada tərtib və təqdim etmiş fiziki və hüquqi şəxslər dövlət əmlakının mövcud qanunvericiliyə uyğun olaraq hərraclarda, müsabiqələrdə və digər üsullarla özəlləşdirilməsində alıcı kimi iştirak edə bilərlər.

2.2. Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün sifarişçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) müəyyən etdiyi formada ərizəni tərtib edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən tarixdə həyata keçirilir. Ərizə iki nüsxədə tərtib olunur.

2.3. Dövlət əmlakının özəlləşdirilməsi üsullarından asılı olaraq özəlləşdirmədə iştirak etmək istəyən şəxslər ərizəyə aşağıdakı sənədləri əlavə edirlər:

hüquqi şəxsin təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;

dövlət özəlləşdirmə payları;

satışa çıxarılan səhmlərin dəyərinin ödənilməsi (pul və ya özəlləşdirmə çekləri ilə) haqda sifariş;

hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

səhmlərin dəyəri özəlləşdirmə çekləri ilə ödənildikdə - özəlləşdirmə çekləri;

ixtisaslaşdırılmış pul hərraclarında pul vəsaitinin Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba ödənildiyini təsdiq edən sənəd;

hərracda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə - nümayəndənin sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə;

hərraclarda iştirak etmək üçün sifariş;

Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

hərracda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə - nümayəndənin sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə;

iddiaçı tərəfindən müsabiqənin şərtlərinin icrasının təmin olunmasını təsdiq edən və müvafiq qaydada tərtib olunmuş sənəd (bank zəmanəti, zaminlik müqaviləsi, girov müqaviləsi və s.);

investisiya proqramı;

icarə müqaviləsinin surəti;

hüquqi şəxslər üçün hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;

fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

qeyri-yaşayış sahəsinin texniki pasportu;

Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri (fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti);

hərracda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə nümayəndənin sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə.

Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək istəyən şəxslərdən bu Qaydalarla nəzərdə tutulmuş sənədlərdən başqa, digər sənədlərin tələb olunmasına yol verilmir.

2.3-1. Bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

2.4. Dövlət Xidməti tərəfindən sənədləri qəbul etməyə vəkil edilmiş şəxs qəbul edilmiş hər bir ərizəyə və sənədlərə nömrə və tarix qoyur və onların qəbul edilməsi barədə ərizənin digər nüsxəsində müvafiq qeyd aparır. Həmin nüsxə ərizə və sənədləri vermiş şəxsə və ya onun nümayəndəsinə qaytarılır.

2.5. Sənədlər dövlət əmlakının satışının keçirilməsi barədə məlumatda qeyd edilən müddət bitdikdən sonra qəbul edilmir.

2.6. Sənədlər tam tərkibdə təqdim edilmədikdə və ya qanunvericiliyə uyğun olaraq tərtib edilmədikdə (bu Qaydaların 2.3-1-ci bəndinin müddəaları nəzərə alınmaqla) onlar sifarişçinin tələbi ilə bir iş günü müddətinə geri qaytarılır. Bu halda həmin sənədləri təqdim edən şəxslər (və ya onların nümayəndələri) müəyyən edilmiş çatışmazlıqları aradan qaldırdıqdan sonra, elanda göstərilən müddət ərzində sənədləri təkrarən təqdim edə bilərlər.

Dövlət əmlakının alıcıları tərəfindən təqdim edilən sənədlərin siyahısı və qaydaları ilə bağlı vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

1. 25 oktyabr 2001-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 664)

2. 16 avqust 2002-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 8, maddə 545)

3. 28 noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1076)

4. 22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472)

5. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

6. 30 mart 2022-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2022-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 289)

7. 4 noyabr 2023-cü il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 noyabr 2023-cü il, “Xalq” qəzeti, 7 noyabr 2023-cü il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1566)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver