Qanunvericilik › Dövlət əmlakının (səhmlərin, hissələrin) investisiya müsabiqəsində hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamənin doldurulması Qaydaları (Əmlak Məsələləri Dövlət Komitəsi, 19.06.2007) › Tam mətn

Dövlət əmlakının (səhmlərin, hissələrin) investisiya müsabiqəsində hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamənin doldurulması Qaydaları (Əmlak Məsələləri Dövlət Komitəsi, 19.06.2007)

Dövlət əmlakının (səhmlərin, hissələrin) investisiya müsabiqəsində hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamənin doldurulması Qaydaları (Əmlak Məsələləri Dövlət Komitəsi, 19.06.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli, 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"nın 6.4-cü bəndinin icrasını təmin etmək üçün hazırlanmışdır və "Dövlət əmlakının (səhmlərin, hissələrin) investisiya müsabiqəsində hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamə"nin doldurulması qaydalarının tənzimləyir.

2.1. Dövlət əmlakı (səhmləri, hissələri) investisiya müsabiqəsində satılarkən hüquqi və fiziki şəxslərə "Dövlət əmlakının (səhmlərin, hissələrin) investisiya müsabiqəsində hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamə" verilir (əlavə № 1).

2.2. Şəhadətnamədə mülkiyyətçinin:

2.2.1. Hüquqi şəxs olduqda onun tam adı, təşkilati-hüquqi forması və hüquqi ünvanı;

2.2.2. Fiziki şəxs olduqda adı, soyadı, atasının adı, yaşayış yeri;

2.2.3. İnvestisiya müsabiqəsində satılan əmlak barədə qeydlər;

2.2.4. Alınmış əmlakın tərkibi;

2.2.5. Əmlakın satış qiyməti;

2.2.6. Dövlət əmlakının alınması nəticəsində dövlət büdcəsinə köçürülmüş məbləğ və hesablaşma hesabı göstərilir.

2.3. Şəhadətnamədə reyestr kitabının səhifəsi və nömrəsi, Şəhadətnamənin verilmə tarixi və qeydiyyat nömrəsi yazılır.

2.4. Şəhadətnamə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi tərəfindən imzalanır və gerbli möhürlə təsdiq edilir.

Bu Şəhadətnamə verilir

________________________________________________________________________

_________________________________________________________________________ ona görə ki, o (onlar) həqiqətən

________________________________________________________________________________________________________

________________________________________________________________________________________________________

________________________________________________________________________________________________________

________________________________________________________________________________________________________

qüvvədə olan qanunvericilik əsasında satın almışdır.

Dövlət əmlakının (səhmlərin, hissələrin) alınması müqabilində alıcı tərəfindən

________________________________________________________________________________________________________

________________________________________________________________________________________________________

_______________________________________________________________________________

və digər şərtlər yerinə yetirilmişdir.

Dövlət əmlakının (səhmlərin, hissələrin) alınması nəticəsində dövlət büdcəsinə,

____________________________________________________________________________________

________________________________________________________________________________________________________

manat məbləğində pul köçürülmüşdür.

Reyestr kitabı № ___________

Qeydiyyat № __________

1. 25 dekabr 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 01-02)

2. 6 iyun 2023-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306060012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 iyun 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver