Qanunvericilik › "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.02.2007) › Tam mətn

"Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.02.2007)

"Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.02.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

2. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət fitosanitar nəzarətini həyata keçirən vəzifəli şəxslərinin xüsusi vəsiqəsinin nümunəsi və fərqləndirici nişanlı geyim formasının nümunəsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 oktyabr tarixli 203 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 272 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2000-ci il 31 may tarixli 97 nömrəli qərarının 3-cü bəndi və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 fevral tarixli 17 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2005-ci il 29 iyun tarixli 122 nömrəli qərarının 12-ci bəndi çıxarılsın.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 13 fevral 2007-ci il

1. 17 yanvar 2014-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 yanvar 2014-cü il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 61)

2. 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2162)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver