Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.80-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə həmin Əsasnamənin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
1. “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 6 iyul tarixli 3-27/3-7-6/2023 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər” (bundan sonra – Texniki Tələblər) dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri müəyyən edir.
1.2. Bu Texniki Tələblərdə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə müəyyən olunmuş mənaları ifadə edir.
2.1. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra – qurum) tərəfindən informasiya ehtiyatının və sisteminin formalaşdırılması mərhələləri planlaşdırılmalı və bununla əlaqədar olaraq müvafiq layihə sənədinin hazırlanması təmin olunmalıdır.
2.2. Layihə sənədində aşağıdakılar qeyd edilməlidir:
2.2.1. dövlət informasiya ehtiyatına və sisteminə dair ümumi tələblər:
2.2.1.1. dövlət informasiya ehtiyatının və sisteminin strukturu;
2.2.1.2. məlumat təhlükəsizliyi;
2.2.1.3. məlumatların formalaşdırılması və istifadəsi;
2.2.1.4. məlumat mübadiləsinin forma və üsulları;
2.2.1.6. monitorinqlərin keçirilməsi;
2.2.1.7. dayanıqlılıq;
2.2.1.8. istismar, texniki xidmət və təmir işləri;
2.2.1.9. məlumatların və əməliyyatların tarixçəsinin saxlanması (loqlanması) qaydaları;
2.2.1.10. lisenziyalar;
2.2.1.11. risk planı.
2.2.2. proqram təminatına dair tələblər:
2.2.2.1. proqram təminatındakı hər bir funksionallığa dair şərhin yazılması;
2.2.2.2. versiyaların nömrələnməsi;
2.2.2.3. proqram təminatının elementlərində müəlliflik hüququnun təmin edilməsi;
2.2.2.4. bazaya daxil edilərkən məlumatların cari interfeys məlumatları üzərindən, habelə baza məlumatları əsasında yoxlanılması.
2.2.3. məlumat bazalarına dair tələblər:
2.2.3.1. metadatalar və digər təkrarolunmaz məlumatlar üzrə unikallığın təmin edilməsi;
2.2.3.2. məlumat bazalarındakı elementlərə şərhlərin yazılması;
2.2.3.3. bazaya daxil edilərkən məlumatların baza məlumatları əsasında yoxlanılması;
2.2.3.4. normallaşma (məlumat bazasında məlumatların mühafizəsinin və əlaqəliliyinin təmini məqsədilə verilənlərin təşkili) prinsiplərinə əməl olunması;
2.2.3.5. məlumatların ilkin mənbədən əldə olunmasının təmin edilməsi;
2.2.3.6. məlumat bazalarında FİN və VÖEN-lə əlaqəliliyin təmin edilməsi;
2.2.3.7. avtorizasiya və identifikasiya məlumatlarının şifrələnməsinin təmin edilməsi.
2.2.4. texniki təminat;
2.2.5. linqvistik təminat;
2.2.6. təşkilati təminat;
2.2.7. metodoloji təminat;
2.2.8. dövlət informasiya ehtiyatının və sisteminin funksiyaları üzrə prioritet istiqamətlər;
2.2.9. yaradılacaq modulların siyahısı;
2.2.10. detallı iş cədvəli:
2.2.10.1. tədbirlər planı (görüləcək işlərin ardıcıllığı və müddəti göstərilməklə);
2.2.10.2. texniki resursların siyahısı;
2.2.10.3. məsul işçi heyətinin siyahısı.
2.3. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması üzrə qurum tərəfindən aşağıdakı istiqamətlərdə təhlillər aparılmalıdır:
2.3.1. cari daxili (qurumdaxili) və xarici (digər dövlət qurumlarının) dövlət informasiya ehtiyatının və sisteminin təhlili:
2.3.1.1. mövcud vəziyyətin öyrənilməsi;
2.3.1.2. inteqrasiya oluna bilmə imkanlarının təhlili.
2.3.2. məlumat mənbələrinin müəyyən edilməsi və məlumatların əldə olunması imkanının təhlili:
2.3.2.1. daxili və xarici mənbələrdə yerləşməsi;
2.3.2.2. elektron olması;
2.3.2.3. qeyri-elektron olması.
2.3.3. məlumat toplularının müəyyən edilməsi;
2.3.4. məlumatların modelləşdirilməsi:
2.3.4.1. məlumat axınının modelləşdirilməsi;
2.3.4.2. əməliyyatların modelləşdirilməsi.
2.3.5. proqram tətbiqlərinin və modulların modelləşdirilməsi:
2.3.5.1. mərhələli formada;
2.3.5.2. əlaqəli formada.
2.3.6. istifadəçi tələblərinin müəyyənləşdirilməsi və təkliflər hazırlanması;
2.3.7. təklif olunan həllərin araşdırılması və zəruri hallarda modellərə düzəlişlər edilməsi;
2.3.8. risk təhlilinin aparılması və risklərin nəzərə alınması.
2.4. Dövlət informasiya ehtiyatının və sisteminin, o cümlədən altsistemlərin formalaşdırılması ilə bağlı proseslərin və tələblərin ətraflı təsvir edilməsi məqsədilə texniki tapşırıq sənədi (bundan sonra - TT) hazırlanmalıdır.
2.5. TT-nin hazırlanması zamanı qurum tərəfindən aşağıdakı tədbirlər görülməlidir:
2.5.1. qeyri-müəyyənliklərə yol verilməməli, ifadələr dəqiq və tam olmalı, danışıq dilindən istifadə edilməməli, terminoloji təsvirə üstünlük verilməli və xüsusi anlayışların istifadəsi zamanı onların açıqlaması qeyd edilməlidir;
2.5.2. bütün bəndlər nömrələnməli və bəndlər arası istinad üçün bu nömrələnmədən istifadə edilməlidir;
2.5.3. dövlət informasiya ehtiyatının və sisteminin funksiyalarının və tələblərin təsvirində qeyri-müəyyən ifadələrin istifadəsinə yol verilməməli, funksiyaların avtomatlaşdırılması üçün təsviri tam və dəqiq olmalıdır.
2.6. Qurum tərəfindən TT-də aşağıdakı məlumatlar əks etdirilməlidir:
2.6.1. dövlət informasiya ehtiyatının və sisteminin təyinatı və formalaşdırılma məqsədi;
2.6.2. dövlət informasiya ehtiyatının və sisteminin funksiyaları;
2.6.3. dövlət informasiya ehtiyatının və sisteminin proqram təminatının hər bir modulunun detallı təsviri;
2.6.4. dövlət informasiya ehtiyatının və sisteminin inkişaf perspektivi;
2.6.5. dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılmasında iştirak edəcək insan resursları haqqında məlumatlar;
2.6.6. proqram təminatı, məlumat bazası və inteqrasiya üzrə detallı texniki təsvir;
2.6.7. proqram təminatı, məlumat bazası və inteqrasiya üzrə əməliyyatların tarixçəsinin saxlanmasının (loqlanmasının) detallı təsviri;
2.6.8. istifadəçilər və dövlət informasiya ehtiyatı və sistemi arasındakı qarşılıqlı əlaqə.
2.7. Qurum tərəfindən TT-yə düzəlişlər müvafiq cədvəldə tarixçə, düzəlişin mahiyyəti və düzəliş edən şəxs barədə məlumatlar qeyd edilməklə həyata keçirilməlidir.
2.8. Proqram və texniki təminatın hazırlanması aşağıdakı mərhələlər üzrə aparılmalıdır:
2.8.1. vizual dizaynın hazırlanması və təsdiqlənməsi;
2.8.2. məlumat bazasının formalaşdırılması:
2.8.2.1. arxitekturanın hazırlanması;
2.8.2.2. məlumat bazasının qurulması;
2.8.2.3. məlumatlarla bağlı aparılan əməliyyatlar üzrə prosedurların qurulması;
2.8.2.4. məlumat bazasının struktrunun modelləşdirilməsi.
2.8.3. proqram təminatının yaradılması:
2.8.3.1. modulların yaradılması;
2.8.3.2. məlumat bazası ilə əlaqələndirmə;
2.8.3.3. inteqrasiyanın təmin edilməsi.
2.8.4. texniki infrastrukturun təşkil olunması:
2.8.4.1. serverlərin qurulması və sazlanması;
2.8.4.2. şəbəkə avadanlıqlarının qurulması və sazlanması;
2.8.4.3. proqramların yazılması və sazlanması.
2.8.5. təhlil və analiz üçün hesabatların hazırlanması.
2.9. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması zamanı həmin informasiya ehtiyatını və sistemini formalaşdıran qurum, yaxud sahibkarlıq subyekti tərəfindən test mühiti yaradılmalıdır.
2.10. Dövlət informasiya ehtiyatının və sisteminin tətbiq edilməsi aşağıdakı mərhələləri əhatə etməlidir:
2.10.1. dövlət informasiya ehtiyatının və sisteminin aşağıdakı bölmələr üzrə test (tamlıq, dayanıqlılıq, inteqrasiya) edilməsi:
2.10.1.1. texniki vasitələr;
2.10.1.2. məlumatlar;
2.10.1.3. prosedurlar;
2.10.1.6. funksiyalar (funksionallıqlar).
2.10.2. test mərhələsində qarşıya çıxmış problemlərin aradan qaldırılması üçün dəyişikliklərin edilməsi;
2.10.3. istifadəçi təlimatlarının hazırlanması;
2.10.4. istifadəçilər üçün təlimlərin keçirilməsi;
2.10.5. dövlət informasiya ehtiyatının və sisteminin pilot versiyada istifadəyə verilməsi;
2.10.6. dövlət informasiya ehtiyatının və sisteminin uyğunluğunun yoxlanılması;
2.10.7. dövlət informasiya ehtiyatının və sisteminin istismara verilməsi.
2.11. Aşağıda qeyd edilən şəxslər üçün istifadəçi təlimatları hazırlanmalıdır:
2.11.1. informasiya texnologiyaları üzrə işçilər;
2.11.2. digər işçilər;
2.11.3. istifadəçilər.
2.12. Qurum tərəfindən dövlət informasiya ehtiyatının və sisteminin nüsxələnməsi (backup) üzrə strategiya müəyyən edilməlidir.
2.13. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması və istismarı zamanı Azərbaycan Respublikası Prezidentinin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” 2023-cü il 1 avqust tarixli 2279 nömrəli və “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanlarına uyğun olaraq, Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS), EHİS-in Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi (elektron sənəd dövriyyəsi sistemlərinə münasibətdə) və “Normativ hüquqi aktlar” informasiya sisteminə (normayaratma fəaliyyətinin elektron qaydada həyata keçirilməsinə münasibətdə) inteqrasiya imkanı təmin edilməlidir.
3.1. Qurum tərəfindən dövlət informasiya ehtiyatının və sisteminin inkişaf strategiyası hazırlanmalıdır.
3.2. Dövlət informasiya ehtiyatının və sisteminin istifadəçiləri, habelə aşağıda qeyd edilən texnoloji avadanlıqları və proqram təminatları üzrə təhlükəsizlik qaydaları hazırlanmalıdır:
3.2.1. tətbiqi proqram təminatı;
3.2.2. məlumat bazaları;
3.2.4. antivirus proqramı;
3.2.6. əməliyyat sistemi.
3.3. Dövlət informasiya ehtiyatının və sisteminin fasiləsiz fəaliyyəti üçün aşağıdakılar təmin edilməlidir:
3.3.1. dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyəti üçün ayrılmış əsas və ehtiyat mərkəzlər olmalıdır;
3.3.2. əsas və ehtiyat mərkəzdə dövlət informasiya ehtiyatının və sisteminin paralel işlək versiyası olmalıdır.
3.4. Dövlət informasiya ehtiyatının və sisteminin aşağıdakı sahələr üzrə ehtiyat nüsxələri yaradılmalı və bu nüsxələr əsasında onun bərpası üçün təlimatlar hazırlanmalıdır:
3.4.1. proqram təminatı;
3.4.2. istifadə tarixçəsi;
3.4.3. məlumat bazaları.
3.5. Dövlət informasiya ehtiyatının və sisteminin aşağıdakı bölmələr üzrə ehtiyat mərkəzdə saxlanması, mütəmadi yenilənməsi və test edilməsi təmin edilməlidir:
3.5.1. məlumat bazaları;
3.5.2. proqram təminatları;
3.5.3. ehtiyat nüsxələr;
3.5.4. əməliyyat tarixçələri (loqlar).
3.6. Dövlət informasiya ehtiyatı və sistemi üzrə sənədlər toplusunun ehtiyat mərkəzdə saxlanılması təmin edilməlidir.
3.7. Dövlət informasiya ehtiyatında və sistemində edilən bütün əməliyyatların tarixçələri (loqlar) saxlanmalıdır. Əməliyyatların tarixçələrinin (loqların) dövri olaraq arxivləşdirilməsi təmin edilməli, saxlanılma müddətləri müəyyən olunmalı və bununla əlaqədar olaraq müvafiq təlimat hazırlanmalıdır.
3.8. Dövlət informasiya ehtiyatının və sisteminin dayanma hallarının və yüklülük səviyyəsinin qeydiyyatı aparılmalıdır.
3.9. Dövlət informasiya ehtiyatında və sistemində lisenziyalaşdırılan proqram təminatından istifadə edilməlidir.
3.10. Texniki dəstək fəaliyyətinin aşağıdakı sahələr üzrə həyata keçirilməsi təmin olunmalıdır:
3.10.1. proqram təminatı;
3.10.2. məlumat bazaları;
3.10.3. əməliyyat sistemləri;
3.10.5. avadanlıqlar.
3.11. Dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətinin mütəmadi monitorinqi həyata keçirilməlidir. Dövlət informasiya ehtiyatı və sistemi ilə əlaqəli komponentlərin fəaliyyətinin izlənilməsi üçün onların monitorinq sisteminə qoşulması təmin edilməlidir.
3.12. Dövlət informasiya ehtiyatına və sisteminə düzəlişlərin və ya dəyişikliklərin edilməsi ilə bağlı qaydalar hazırlanmalıdır.
3.13. Dövlət informasiya ehtiyatı və sistemi ilə bağlı mənbə (source) kodların saxlanılması və qorunması təmin edilməli, onların digər şəxlərə ötürülməsinə yol verilməməlidir.
3.14. Dövlət informasiya ehtiyatı və sistemi üzrə təkliflərin verilməsi, səhvlərin aradan qaldırılması, düzəlişlərin edilməsi, optimallaşdırma işlərinin görülməsi və ya dəyişikliklər olunması ilə bağlı qeydiyyatın aparılması təmin edilməlidir.
3.15. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması mərhələsində hazırlanmış sənədlərə aparılma dövründə təkmilləşdirilmə və düzəlişlərlə bağlı əlavələr olunmalıdır.
3.16. Dövlət informasiya ehtiyatının və sisteminin ehtiyat planı hazırlanmalı və aşağıdakı bəndlər üzrə həyata keçirilməlidir:
3.16.1. fövqəladə hallar zamanı fəaliyyət planı (hazırlandıqdan sonra test edilməlidir);
3.16.2. bərpa planı (hazırlandıqdan sonra test edilməlidir);
3.16.3. texniki xidmətlə bağlı plan.
3.17. Fövqəladə hallar zamanı fəaliyyət planı üzrə aşağıdakılar təmin edilməlidir:
3.17.1. fövqəladə hallar üzrə məsul şəxsin müəyyənləşdirilməsi;
3.17.2. fövqəladə hallar barədə məlumatlandırmanın həyata keçirilməsi;
3.17.3. kritik emal prosesləri üzrə prioritetlərin müəyyənləşdirilməsi;
3.17.4. fövqəladə hallar üzrə icra qrupunun müəyyənləşdirilməsi (vəzifə bölgüsünün aparılması, əlaqə vasitələrinin müəyyən edilməsi və s.);
3.17.5. ehtiyat sistemlərin işə salınması;
3.17.6. bərpa planının işə salınması;
3.17.7. fövqəladə hallar zamanı fəaliyyət planının dəyişən şəraitə uyğun mütəmadi yenilənməsi.
3.18. Bərpa planı üzrə aşağıdakılar təmin edilməlidir:
3.18.1. bərpa üzrə prioritetlərin müəyyənləşdirilməsi;
3.18.2. bərpa komandasının müəyyənləşdirilməsi;
3.18.3. komanda üzvlərinin vəzifələrinin müəyyənləşdirilməsi;
3.18.4. komanda üzvlərinin vəzifələrinin və tapşırıqlarının icrası üçün vaxtın müəyyənləşdirilməsi.
3.19. Dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətinə təsir edən amillər təhlil edilməli və risk planı hazırlanmalıdır.
3.20. Dövlət informasiya ehtiyatının və sisteminin aparılması üzrə təlimlərin keçirilməsini təmin etməlidir.
3.21. Dövlət informasiya ehtiyatının və sisteminin idarə olunmasına dair işlərin və vəzifələrin bölgüsü aparılmalıdır. İşçilərin görəcəyi işlər əvvəlcədən yazılı şəkildə təsbit olunmalıdır.
3.22. Dövlət informasiya ehtiyatının və sisteminin daxili və xarici (zəruri hallarda) auditi təşkil olunmalı və nəticəsi barədə hesabat hazırlanmalıdır.
4.1. Dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası zamanı məlumat mübadiləsi aşağıdakı vasitələrdən istifadə edilməklə həyata keçirilməlidir:
4.1.1. paylaşılmış məlumat bazası və ya cədvəl vasitəsilə (“batch processing” metodu – toplu məlumatların ötürülməsi ilə bağlı);
4.1.2. veb servis vasitəsilə;
4.1.3. hazır proqram təminatı vasitəsilə.
4.2. İnteqrasiya EHİS-in qurumlar arasında təhlükəsiz məlumat mubadiləsinin aparılmasını təmin edən Milli Məlumat Mübadiləsi şəbəkəsi üzərindən həyata keçirilməlidir.
4.3. İnteqrasiya olunan dövlət informasiya ehtiyatı və sistemi REST (Representational State Transfer) və ya SOAP (Simple Object Access Protocol) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.
4.4. Sorğunun cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmadan 2 (iki) saniyədən artıq olmamalıdır.
4.5. Məlumatların ötürülməsində uyğun şəbəkə avadanlığından istifadə edilməlidir.
4.6. Dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyasına dair reqlament hazırlanan zaman aşağıdakı tələblər həmin reqlamentdə öz əksini tapmalıdır:
4.6.1. reqlamentə edilmiş dəyişikliklər haqqında cədvəl;
4.6.2. inteqrasiya prosesi haqqında qısa məlumat və izah;
4.6.3. inteqrasiya olunacaq modul və ya alt sistem haqqında məlumat;
4.6.4. məlumat mübadiləsinin istiqaməti (ötürən/qəbul edən, A>>>B, A<<<B);
4.6.5. ötürüləcək məlumatın təsviri;
4.6.6. ötürüləcək şəbəkə haqqında məlumat;
4.6.7. modul və ya alt sistemin tələbləri;
4.6.8. məlumatın ilkin mənbədən götürülməsinin təmin edilməsi;
4.6.9. sorğu veriləcək məlumat;
4.6.10. sorğu üzrə alınacaq məlumat;
4.6.11. məlumat mübadiləsinin vaxtları (real vaxt rejimində, reqlamentə uyğun və s.).
4.7. İnteqrasiya prosseslərinin həyata keçirilməsi ilə bağlı test mühiti və test məlumatları formalaşdırılmalıdır.
4.8. İnteqrasiya proseslərinin tarixçəsi (loqları) saxlanılmalı və mümkün bütün ssenarilər üzrə testlər həyata keçirilməlidir.
4.9. İnteqrasiya prosesləri bu tələblərə uyğun olmaqla yerinə yetirildikdən sonra istismara verilməlidir.
5.1. Aşağıdakı komponentlər ilə bağlı dövlət informasiya ehtiyatının və sisteminin arxivləşdirilməsi üzrə siyasət sənədi hazırlanmalıdır:
5.1.1. məlumat bazaları;
5.1.2. media fayllar;
5.1.3. sazlama faylları;
5.1.4. proqram təminatları;
5.1.5. giriş məlumatları;
5.1.6. texniki sənədləşmə;
5.1.7. problemlərin qeydiyyatı
5.2. Arxivləşdirmə üzrə siyasət sənədi aşağıdakıları əhatə etməlidir:
5.2.1. məlumatların saxlanma qurğularında saxlanılma formatı və dövrləri:
5.2.1.1 aktiv sistemdə;
5.2.1.2. onlayn saxlanma qurğuları arxivində;
5.2.1.3. oflayn saxlanma qurğuları arxivində.
5.2.2. arxivlənmə prosedurlarının hazırlanması və daim təkmilləşdirilməsi;
5.2.3. arxivlərin qorunması üçün təlimatın hazırlanması;
5.2.4. arxivlərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi;
5.2.5. məlumatların arxivləşdirilməsi ilə bağlı tələblərdən asılı olaraq digər vəzifə və istiqamətlər.
5.3. Arxivləşdirilmə işinin avtomatlaşdırılması təmin edilməli, detallı qeydiyyatı aparılmalı və mütəmadi monitorinqləri keçirilməlidir.
5.4. Arxivləşdirilmə üzrə məsul şəxs təyin edilməlidir.
5.5. Arxivlərin zamanla dəyişən informasiya texnologiyalarına uyğunlaşdırılması təmin edilməlidir.
5.6. arxivləşdirilmə məlumatlarının arxitekturası müəyyən edilməlidir.
5.7. Arxivlərdən məlumatların axtarılması və oxunması təmin edilməlidir.
5.8. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər qurum tərəfindən təmin edilir.
1. 15 iyul 2024-cü il tarixli 3-27/3-7-11/2024 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202407153711, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2024-cü il)