Qanunvericilik › “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017) › Tam mətn

“Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017)

“Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 29 dekabr 2017-ci il

1.1. Bu Qayda “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanunun 11.4-cü maddəsi ilə müəyyən edilmiş məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan dövlət müəssisələrinə (bundan sonra – müəssisələr) qəbul edilmiş uşaqların (bundan sonra – uşaqlar) müəssisələrdə sosial müdafiəsi məsələlərini tənzimləyir.

1.2. Müəssisələrdə uşaqların irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə görə ayriseçkiliyə yol verilmir.

2.1. Müəssisələrdə uşaqların sosial müdafiəsinin təmin edilməsi, onların intellektual, fiziki və psixi inkişafının, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, tərbiyəsi istiqamətlərində aşağıdakı tədbirlər həyata keçirilir:

2.1.1. yaş kateqoriyası nəzərə alınmaqla uşaqlar münasib şəraitlə təmin edilirlər;

2.1.2. uşaqların yaşı və səhhəti nəzərə alınmaqla, qida qəbul etmək tələbatları müəssisənin tibb işçisi tərəfindən qiymətləndirildikdən sonra onlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qida normalarına əsasən yeməklə təmin edilirlər;

2.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternat tipli ümumi təhsil müəssisələrində təhsilalanlar və dövlət və ya bələdiyyə tərəfindən yaradılan uşaq evləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində tərbiyə olunan uşaqların geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması”na uyğun olaraq, uşaqlar yumşaq inventarlarla, geyim və ayaqqabı ilə təmin edilirlər;

2.1.4. uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının inkişafını stimullaşdıran mühit yaradılır. Uşaqlar onlar üçün təhlükə yaratmayan və yaşlarına uyğun oyuncaqlarla təmin edilirlər;

2.1.5. dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış proqramlar əsasında beş yaşına çatmış uşaqların məktəbə hazırlığı təşkil edilir;

2.1.6. öz bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq yaradıcılıq evlərinə göndərilməsi, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakına köməklik göstərilir;

2.1.7. uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr, yaradıcı insanlarla görüşlər keçirilir, bayram və istirahət günlərinin, tətillərin səmərəli təşkili, onların ekskursiyalara, konsert və teatr tamaşalarına, muzeylərə aparılması, ölkənin tarixinin və mədəniyyət abidələrinin öyrədilməsi təmin edilir;

2.1.8. inkişafında pozuntular olan və təhsildə çətinlik çəkən uşaqlara onların yaradıcılıq, intellektual və fiziki imkanlarına, yaş xüsusiyyətlərinə uyğun olaraq sosial-psixoloji və pedaqoji yardım göstərilir;

2.1.9. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən uşaqlara tibbi xidmət göstərilir;

2.1.10. yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlara profilaktik peyvəndlər aparılır;

2.1.11. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində qeyd edilmiş xüsusi kateqoriyadan olan uşaqların sosial problemlərinin aradan qaldırılması məqsədi ilə onların müəyyən edilərək aidiyyəti üzrə yönləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir;

2.1.12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçirilir.

2.2. Uşaqların sosial müdafiəsinin təmin edilməsi istiqamətində bu Qaydanın 2.1-ci bəndində qeyd edilən tədbirlərlə yanaşı, ixtisaslaşdırılmış müəssisələr tərəfindən həmçinin aşağıdakı xidmətlər də göstərilir:

2.2.1. sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində:

2.2.1.1. psixoloji-tibbi-pedaqoji komissiyaların rəylərinə əsasən uşaqlara qabaqlayıcı-inkişafedici yardım edilir, onların valideynlərinə (digər qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstək göstərilir və müvafiq məsləhətlər verilir;

2.2.1.2. uşaqların funksional bacarıqlarının bərpa edilməsi, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyası, idman terapiyası və digər tədbirlər həyata keçirilir;

2.2.1.3. uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarı ilə müəyyən edilmiş həcmdə müavinət ödənilir;

2.2.2. uşaq evləri və ailə tipli kiçik qrup evlərində:

2.2.2.1. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uşaqlara mütəmadi tibbi xidmət göstərilməsinin təmin edilməsi məqsədi ilə onlar müəssisənin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində qeydiyyata götürülürlər;

2.2.2.2. uşaqların çətin həyat şəraitində olması, o cümlədən valideyn himayəsindən məhrum olması səbəbindən yaranmış psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanın yaradılması, psixoloji inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlər həyata keçirilir;

2.2.2.3. uşaqların himayəyə və qəyyumluğa verilməsi üçün qəyyumluq və himayə orqanları ilə əməkdaşlıq edilir.

3.1. Müəssisələrdə uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsi, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

1. 9 aprel 2020-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2020-ci il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 480)

2. 12 sentyabr 2020-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2020-ci il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1208)

3. 24 noyabr 2020-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1403)

4. 24 aprel 2024-cü il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 aprel 2024-cü il, “Xalq” qəzeti, 30 aprel 2024-cü il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 479)

5. 6 sentyabr 2024-cü il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1067)

6. 14 yanvar 2026-cı il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 82)

7. 25 iyun 2026-cı il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver