1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın "Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı"nın 3.7-ci bəndinin icrası məqsədilə, Azərbaycan Respublikası Prezidentinin "İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında" 1997-ci il 6 sentyabr tarixli, 629 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar dövlət müəssisə və təşkilatlan (bundan sonra müəssisə və təşkilatlar) tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair müraciətlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən baxılmasını və razılıq verilməsini tənzimləyir.
1.3. Müəssisə və təşkilatlar tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair müraciətlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən baxılması və razılıq verilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daimi fəaliyyət göstərən komissiyası (bundan sonra-komissiya) tərəfindən həyata keçirilir.
1.4. Daşınar dövlət əmlakının icarəçisi və istifadəçisi kimi hüquqi və fiziki şəxslər çıxış edə bilər.
2.1. Müəssisə və təşkilatlar tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair müraciətlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduqdan sonra komissiyaya təqdim edilir.
2.2. Müəssisə və təşkilatlar tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair müraciətlərlə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir:
- daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi barədə müqavilənin layihəsi;
- daşınar əmlakın icarəyə verilməsi üçün müəyyən edilən icarə haqqının əsaslandırılması;
- daşınar əmlakın icarəyə və istifadəyə verilməsi barədə dövlət müəssisə və təşkilatlarına müraciət edən hüquqi və fiziki şəxslərin müraciətinin surəti;
- daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə müəssisə və təşkilatların idarəçiliyini həyata keçirən icra hakimiyyəti orqanının və ya baş idarənin razılıq məktubu;
- nəqliyyat vasitəsinin və digər bu kimi əsas vəsaitlərin texniki pasportunun və ya ona bərabər tutulmuş sənədin surəti;
- müəssisə və təşkilatın rəhbərinin və baş mühasibinin imzası ilə və möhürlə təsdiq olunmuş daşınar əmlakın texniki vəziyyəti barədə və digər məlumatlan (buraxılış və əldə olunma tarixi, ilkin balans dəyəri və s.) əks etdirən akt.
2.2-1.Müəssisə və təşkilatlar tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair müraciətlərə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müəssisə və təşkilatlardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müəssisə və təşkilatın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müəssisə və təşkilat tərəfindən təmin edilir.
2.3. Təqdim olunmuş (bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) sənədlərdə göstərilən məlumatların düzgünlüyü üçün müəssisə və təşkilatların rəhbərləri və baş mühasibləri məsuliyyət daşıyırlar.
2.4 Müəssisə və təşkilatlar tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinin mümkünlüyü həmin müəssisə və təşkilatlar tərəfindən təqdim edilmiş (bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) sənədlər əsasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq komissiya tərəfindən müəyyən edilir.
2.5. Komissiya tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinin mümkünlüyünün müəyyən edilməsi zamanı əmlakdan səmərəli istifadə edilməsi, əmlakın icarəyə verildiyi müddətdə müəssisə və təşkilatın fəaliyyəti üçün vacib və zəruri olmaması, əmlakın icarəyə verilməsindən alman icarə haqqının müəssisə və təşkilatın fəaliyyəti üçün müəyyən əhəmiyyət kəsb etməsi kimi meyarlar əsas götürülür.
2.6. Müəssisə və təşkilatlar tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi mümkün hesab olunduqda komissiyanın razılığı 15 iş günü ərzində müəssisə və təşkilatların rəhbərliyinə yazılı surətdə bildirilir.
2.7. Müəssisə və təşkilatlar tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi mümkün hesab olunmadıqda komissiyanın rəyi 15 iş günü ərzində müəssisə və təşkilatların rəhbərliyinə bildirilir, təqdim olunmuş sənədlərdə çatışmazlıq (bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar olunduqda komissiya 10 iş günü müddətində müəssisə və təşkilatlara məlumat verir və müvafiq iradlar aradan qaldırıldıqdan sonra yenidən edilən müraciətə baxılması 10 iş günü ərzində təmin edilir.
3.1. Müəssisə və təşkilatlar tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinin mümkün hesab olunması barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi məktubuna əsasən müəssisə və təşkilatlar tərəfindən daşınar əmlakın icarəyə və istifadəyə verilməsi barədə müqavilənin bağlanılması həyata keçirilir və bu sahədə nəzarətin həyata keçirilməsi məqsədilə müqavilənin bir nüsxəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunur.
3.2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi barədə bağlanılmış müqavilələrin şərtlərinə riayət edilməsi, dövlət əmlakının səmərəli istifadə edilməsi və icarə haqqının vaxtında ödənilməsinin təmin edilməsi üçün mütəmadi olaraq monitorinq aparılır və nəzarət həyata keçirilir.
3.3. Aparılmış monitorinq və nəzarətin nəticələrindən asılı olaraq dövlət əmlakından səmərəli istifadəni təmin etməyən icarəçi və istifadəçilərlə bağlanılmış müqavilələrin ləğv edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər.
4.1. Dövlət əmlakının özəlləşdirilməsi prosesində təsis olunmuş və tam özəlləşdirilməmiş, səhmlərin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə, habelə nizamnamə kapitalında dövlətin payı olan digər hüquqi şəxslərə məxsus daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi barədə müraciətlərə baxılması və razılıq verilməsi, bu sahədə nəzarət bu Qaydalara uyğun olaraq həyata keçirilir.
4.2. Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
1. 25 dekabr 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 01-02)
2. 6 iyun 2023-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306060012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 iyun 2023-cü il)
3. 1 aprel 2024-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202404010004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 aprel 2024-cü il)