"Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında" Əsasnamənin təsdiq edilmәsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 7.4-cü bəndində "müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativ hüquqi akt" dedikdə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” nəzərdə tutulur;
müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 3-cü hissəsində və 7.8-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər;
müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 4-cü hissəsində və 7.11-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 5-ci və 9-cu hissələrində, 7.2-ci bəndində, 7.7-ci bəndinin birinci və ikinci abzaslarında, 7.8-ci bəndinin ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
bir ay müddətində müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 7.11-ci yarım-bəndini nəzərə alaraq səhmdar cəmiyyətinin səhmlərinin bir hissəsi dövlətdə qaldıqda cəmiyyətin ümumi yığıncağında iştirak etmək məqsədi ilə dövlət mülkiyyətində qalan səhmlərin sayına uyğun olaraq dövlət orqanlarının nümayəndələrinin təyin edilməsi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
müvafiq Qanunla təsdiq edilmiş Əsasnamədən irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 1996-cı il
1. 7 fevral 1997-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 1997-ci il, № 27)
2. 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844)
3. 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
4. 19 iyul 2004-cü il tarixli 87 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526)
5. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 590)
6. 28 dekabr 2007-ci il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1246)
7. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)
8. 28 dekabr 2022-ci il tarixli 1935 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1445)