Qanunvericilik › “Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2026) › Tam mətn

“Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2026)

“Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2026-cı il

1.1. Bu Qaydalar dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara (bundan sonra – sahibkarlıq subyektləri), həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qeyri-kommersiya hüquqi şəxslərə tətbiq edilən dövlət dəstəyi mexanizmlərinə şamil edilmir.

1.3. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstəklərin səmərəliliyinin qiymətləndirilməsi qeyd olunan qurumların daxili qaydalarına uyğun olaraq aparılır.

1.4. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.4.1. sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi (bundan sonra – qiymətləndirilmə) - sahibkarlıq fəaliyyətinin dayanıqlı və rəqabətli inkişaf etdirilməsi məqsədilə dövlət orqanı (qurumu) tərəfindən sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyi mexanizminin səmərəliliyinin qiymətləndirilməsi;

1.4.2. dövlət dəstəyi mexanizmini göstərən qurum – dövlət dəstəyi mexanizmini tətbiq etməkdə səlahiyyətli olan dövlət orqanı (qurumu);

1.4.3. dövlət dəstəyi mexanizmi – dövlət dəstəyi mexanizmini göstərən qurum tərəfindən sahibkarlıq subyektlərinə verilən güzəştli maliyyə dəstəkləri, mal və xidmətlərin ixracı sahəsində stimullaşdırıcı tədbirlər, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə dövlət tərəfindən güzəştli əsaslarla sahibkarlıq subyektlərinə təqdim edilən məkan və yerlər, kənd təsərrüfatının təşviqi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitləri, sahibkarlıq subyektlərinə göstərilən təlim, məsləhət, informasiya xidmətləri sahəsində dəstəklər, sahibkarlıq subyektlərinin istehsal etdikləri mal və xidmətlərin tanıdılması istiqamətində dəstəklər, habelə dövlət dəstəyinin istiqamətləri üzrə dövlət dəstəyi mexanizmini göstərən qurumlar tərəfindən sahibkarlıq subyektlərinə göstərilən digər dövlət dəstəyi tədbirləri;

1.4.4. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar – mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı, onların investisiya və innovasiya fəallığının artırılması, istehsal etdikləri malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlarda yayılması sahəsində fəaliyyət göstərən kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri;

1.4.5. dövlət dəstəyi mexanizminin səmərəliliyinin qiymətləndirilməsi – sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyi mexanizminin sahibkarlığın inkişafına təsirinin hesablanması üsulu.

1.5. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Qiymətləndirilmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən qanunçuluq, obyektivlik, şəffaflıq, sahibkar məmnunluğu və peşəkarlıq prinsipləri əsasında bu Qaydaların əlavəsi olan Dövlət dəstəyi mexanizmlərinin qiymətləndirilməsi Metodologiyasına (bundan sonra – Metodologiya) uyğun olaraq aparılır.

2.2. Qiymətləndirmə hər təqvim ili üzrə oktyabrın 1-dək aparılır.

2.3. Nazirlik dövlət dəstəyi mexanizminin qiymətləndirilməsini aşağıdakı qaydada aparır:

2.3.1. dövlət dəstəyi mexanizmini göstərən qurumdan dövlət dəstəyi mexanizminin qiymətləndirilməsi ilə əlaqədar bu Qaydaların əlavəsinə uyğun olaraq zəruri olan məlumatları və təsdiqedici sənədləri toplayır;

2.3.2. dövlət dəstəyi mexanizmindən yararlanan sahibkarlıq subyektlərindən göstərilən dövlət dəstəyi mexanizminin təsirləri ilə bağlı müvafiq məlumatların toplanılması məqsədilə sahibkarlıq subyektləri arasında müxtəlif sorğular (yazılı, elektron və səyyar) keçirir, dəyirmi masalar, yığıncaqlar və ictimai müzakirələr təşkil edir;

2.3.3. toplanılmış məlumatları ümumiləşdirir, təhlil edir və Metodologiyaya uyğun olaraq qiymətləndirilməni aparır;

2.3.4. əldə edilmiş nəticələrə dair müvafiq hesabat hazırlayır.

2.4. Dövlət dəstəyi mexanizmini göstərən qurum bu Qaydaların 2.3.1-ci yarımbəndinə uyğun olaraq sorğu edilən sənədləri və məlumatları sorğu daxil olduqdan sonra 15 (on beş) gün müddətində Nazirliyə təqdim edir.

2.5. Nazirlik bu Qaydaların 2.2-ci bəndi ilə müəyyən edilmiş müddətdə ən geci 15 (on beş) gün müddətində hesabatı münasibət bildirilməsi məqsədilə dövlət dəstəyi mexanizmini göstərən quruma təqdim edir.

2.6. Bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq aidiyyəti üzrə təqdim edilən ümumiləşdirilmiş hesabatda aşağıdakılar əks etdirilir:

2.6.1. dövlət dəstəyi mexanizminin səmərəliliyinin nəticələrinə dair məlumatlar;

2.6.2. dövlət dəstəyi mexanizmini göstərən qurum tərəfindən hesabatla bağlı təqdim edilmiş arayış (mövcud olduqda);

2.6.3. dövlət dəstəyi mexanizminin səmərəliliyinin artırılması üzrə təkliflər (mövcud olduqda).

2.7. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstəklərin səmərəliliyinin qiymətləndirilməsi nəticələrinə dair məlumatlar hər təqvim ili üzrə dekabrın 1-dək Nazirliyə təqdim edilir.

2.8. Sahibkarlıq subyektlərinin fərdi məlumatlarının toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında”, kommersiya sirri ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsi isə “Kommersiya sirri haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

Təqvim ilinin dekabrın 30-dək hər bir qiymətləndirilmə üzrə hazırlanmış hesabatlar bir ümumiləşdirilmiş hesabat şəklində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

𝐷𝐷𝑋 - sahibkara yönəlik dövlət dəstəyi mexanizminin xərclərinin diskontlaşdırılmış dəyərinin məbləği, pul ifadəsində;

t - dövlət dəstəyi mexanizminin tətbiq edildiyi andan qüvvədə olduğu vaxtadək keçən müddət, il;

i - nəticələrə görə hesablamaların aparıldığı ilin sıra nömrəsi;

𝑇𝐴𝑖 - dövlət dəstəyi mexanizmi tətbiq olunmadığı halda t ilində bütün vergi və gömrük daxilolmalarını məbləği, pul ifadəsində;

𝐺𝑇𝑖 - dövlət dəstəyi mexanizmi tətbiq edildiyi halda t ilində hesablanmış bütün vergi və gömrük daxilolmalarının məbləği, pul ifadəsində;

∆𝑇𝐼𝑋𝑖 - t ilində dövlət dəstəyi mexanizminin tətbiqi ilə əlaqədar vergi inzibatçılığı xərclərində artım, pul ifadəsində;

∆𝐺𝐼𝑋𝑖 - t ilində dövlət dəstəyi mexanizminin tətbiqi ilə əlaqədar gömrük inzibatçılığı xərclərində artım, pul ifadəsində;

∆𝐵𝐺𝐼𝑋𝑖 - t ilində dövlət dəstəyi mexanizminin tətbiqinə məsul dövlət qurumlarının inzibatçılıq xərclərində artım, pul ifadəsində;

∆𝐵𝐺𝑆𝑇𝑋𝑖 - t ilində dövlət dəstəyi mexanizminin tətbiqinə məsul dövlət qurumlarının dəstəklə bağlı xərclərin artımı, pul ifadəsində;

k – diskontlaşdırma əmsalıdır.

𝑆 - dövlət dəstəyi mexanizminin iqtisadi səmərəliliyi;

İ𝐹𝑖 – t ilində dövlət dəstəyi mexanizmi tətbiq olunmadığı şəraitdə sahibkarlar tərəfindən yaradılmış əlavə dəyər;

𝐺İ𝐹𝑖 – t ilində dövlət dəstəyi mexanizminin tətbiq edilməsi şəraitində sahibkarlar tərəfindən yaradılmış əlavə dəyər.

Dövlət dəstəyi mexanizminin səmərəliliyinin hesablanması üçün yuxarıda verilən yanaşma universaldır və bu yanaşma ilə ölkə üzrə bütövlükdə, habelə ayrı-ayrı iqtisadi fəaliyyət sahələri, regionlar və eyni zamanda sahibkarlıq sahəsində dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi həyata keçirilə bilər.

Dövlət dəstəyi mexanizminin səmərəliliyinin təhlili iki istiqamətdə aparılır:

Əgər dövlət dəstəyi mexanizminin səmərəlilik əmsalı 𝑆 < 1 olarsa, o zaman təhlil edilən dövlət dəstəyi mexanizmi iqtisadi cəhətdən səmərəsizdir; əgər 𝑆 = 1, yəni iqtisadi göstəricilərin dəyər artımı dövlət dəstəyi mexanizminin xərclərinə bərabərdirsə, bu fayda iqtisadi cəhətdən neytraldır; əgər 𝑆 > 1, yəni iqtisadi göstəricilərin dəyər artımı dövlət dəstəyi mexanizminin xərclərini üstələyirsə, belə bir fayda iqtisadi cəhətdən səmərəlidir.

Bundan ötəri formalaşdırılmış məlumat bazaları əsasında hər il üçün hesablanmış səmərələrin zaman sırası ilə hər il üçün hazırlanmış dövlət dəstəyi mexanizmi ilə əlaqədar xərclərinin zaman sıraları arasındakı səbəb əlaqəsi yoxlanılır. Bu məqsədlə sıraların stasionarlığı xüsusi meyarlarla yoxlanılır. Əgər sıralar ayrılıqda stasionar deyildirsə, bu sıraların hər birinin fərqlərindən yeni sıralar düzəltməklə stasionar sıralar formalaşdırılır. Alınmış yeni sıralar arasındakı korrelyasiya testlərlə yoxlanılır, sıralar arasında yalançı (saxta) korrelyasiyanın olub-olmaması aşkar edilir, səbəb-nəticə əlaqəsi testləri yoxlanılır və reqressiya əlaqələrinin reallığı tapılır. Nəticədə dövlət dəstəyi mexanizmi ilə əlaqədar vergi xərclərinin əlavə dəyərdəki artımının səbəbi kimi çıxış etməsi barədə nəticəyə gəlinir. Əks təqdirdə hesab edilir ki, sahibkarlar tərəfindən yaradılmış əlavə dəyərdəki artım dövlət dəstəyi mexanizmindən qaynaqlanmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver