Qanunvericilik › Dövlət orqanları, təşkilatları və müəssisələri əməkdaşlarının xarici dövlətlərə ezamiyyəti qaydalarının tənzimlənməsi haqqında (Prezidentin fərmanı, 16.11.1992) › Tam mətn

Dövlət orqanları, təşkilatları və müəssisələri əməkdaşlarının xarici dövlətlərə ezamiyyəti qaydalarının tənzimlənməsi haqqında (Prezidentin fərmanı, 16.11.1992)

Dövlət orqanları, təşkilatları və müəssisələri əməkdaşlarının xarici dövlətlərə ezamiyyəti qaydalarının tənzimlənməsi haqqında (Prezidentin fərmanı, 16.11.1992) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ali dövlət idarəetmə orqanlarının, nazirliklərin, baş idarələrin və birliklərin xarici siyasi və iqtisadi əlaqələrinin genişlənməsi ilə əlaqədar olaraq bu orqanların rəhbər və digər məsul işçilərinin xidməti işlər üzrə xarici ölkələrə ezamiyyətlərinin sayının artması dövlətin valyuta vəsaitlərinin ifrat dərəcədə-xərclənməsinə gətirib çıxarır.

Xarici dövlətlərə xidməti ezamiyyətlərin tənzimlənməsi, bu sahədə artıq valyuta israfçılığının qarşısının alınması məqsədilə qərara alıram:

1. Ali dövlət idarəetmə orqanlarının, nazirliklərin, baş idarələrin və birliklərin rəhbər və digər məsul işçilərinin xarici dövlətlərə xidməti ezamiyyəti olduqda, bu ezamiyyətin məqsədləri barədə həmin orqanların rəhbərlərinin imzasını ilə əsaslandırılmış proqramla Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

2. Xarici dövlətlərə bu Fərmanın 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin xidməti ezamiyyətlərinin qeydiyyatı Azərbaycan Respublikasının Dövlət katibinin xidmətində aparılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 2 iyul tarixli “Xidməti işlər üzrə ezamiyyətlərin və onların valyuta təminatının qaydaya salınması haqqında” qərarının 4-cü bəndinə əlavə olunmuş “Nümayəndə heyətlərinin, mütəxəssislərin və digər şəxslərin xidməti ezamiyyətə getmələri haqqında qərar qəbul etmək hüququ olan orqanların siyahısı” dəyişdirilsin və həmin siyahı bu Fərmana əlavədə olduğu kimi verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 2 iyul tarixli 373 nömrəli qərarının 6-cı bəndi qüvvəsini itirmiş hesab edilsin. həmin qərarın və bu Fərmanın icrasına nəzarət Azərbaycan Respublikasının Dövlət katibinə tapşırılsın.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 1992-ci il.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver