18.1. İddiaçılar layihə təkliflərini bu Qanunun 17-ci maddəsində nəzərdə tutulan müsabiqənin şərtlər toplusuna uyğun hazırlamalı və təqdim etməlidirlər.
18.2. Layihə təklifləri müsabiqənin şərtlər toplusu ilə müəyyən edilmiş son müddətə qədər təqdim olunmalıdır. Müəyyən edilmiş müddətdən sonra təqdim olunan təkliflər qəbul edilmir.